Portal:Seylor Mun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Seylor Mun (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn?, orijinal tərcüməsi Gözəl Qoruyucu Seylor Mun və daha sonra Gözəl Qoruyucu Seylor Mun)yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şəhzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō?) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi?) komandasına başçılıq edir.


Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl Qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır. Manqa seriyasından ilham alınaraq ranobelər, kart oyunları, şəkillər, myuzikllar, musiqilərvideo oyunlar da hazırlanmışdır. Manqanın ingilis versiyasının Şimali Amerikada yayımlanması Kodansha Comics USA tərəfindən, AvstraliyaYeni Zelandiyada yayımlanması Random House Australia tərəfindən lisenziyalaşdırılmışdır. Animenin ingiliscə dublajının Şimali Amerikada göstərilməsi Viz Media tərəfindən, AvstraliyaYeni Zelandiyada göstərilməsi Madman Entertainment tərəfindən lisenziya hüququ əldə etmişdir.


Redaktə Seçilmiş məqalə

"Sailor Moon: La Luna Splende" (azərb. Seylor Mun: Parlayan Ay‎) — Yaponiyanın Bandai Namco video oyun şirkətinin 16 mart 2011-ci ildə İtaliyada yayımladığı 2D video oyun. Oyun italyan dilində olan ilk "Seylor Mun" video oyunu xüsusiyyətini daşıyır.

Video oyun 2011-ci ilin 16 martında Nintendo DS platformaları üçün yayımlanmışdır və "Seylor Mun" video oyunlarının son versiyasıdır. Oyun İtaliyada satışa buraxılmış və adını "Seylor Mun" animesinin ikinci mövsümünün italyanca dublajındakı adından almışdır. Adını ikinci mövsümdən alsa da, video oyunun baş düşməni olan Kunsayt sadəcə birinci mövsümdə görünmüşdür. Video oyundakı personajların adları seriyanın italyanca versiyasına uyğunlaşdırılmışdır. "Sailor Moon: La Luna Splende" italyan dilində olan və Nintendo DS platformaları üçün istehsal olunan ilk "Seylor Mun" video oyunudur.

Redaktə Seçilmiş bioqrafiya

Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko?, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu)yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır.

1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür.

Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var. O, ailəsinin üzvlərinin adlarını "Seylor Mun" manqasında istifadə etmişdir. Bunu verdiyi açıqlamaqlarda və müsahibələrdə tez-tez bildirir.


Redaktə Xəbərlər
Son xəbərlər


Redaktə Seçilmiş şəkil
Redaktə Seçilmiş personaj

Seylor Mars (セーラーマーズ, Sērā Māzu?) — Naoko Takeuti tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei?) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.

Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir. Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir.

"Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur.

Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja?, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının FobosDeymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi.

Redaktə Bilirsinizmi...
  • ...Aparılmış bir tədqiqat zamanı məlum olmuşdur ki, 2004-cü ildə dünyada Mikki Maus haqqında 491.000 veb sayt olduğu halda, "Seylor Mun" haqqında 3.335.000 veb sayt vardı.


Redaktə Seçilmiş sitat

Starlaytlar dedilər mənə...əgər mən təslim olmasam, onlar həmişə mənim yanımda olacaqlar! Mən təslim olsam, hər kəs, doğrudan da, gedə bilər! Buna görə də təslim olmayacağam! Heç vaxt!

Seylor Mun, animenin 200-cü seriyasında düşməni Seylor Qalaksiya qarşısında.



Redaktə Mövzular
Redaktə Vikilayihələr

Serverin keşini təmizlə