Piqmalion

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Piqmalion
q.yun. Πυγμαλίων
Mifologiya qədim yunan mifologiyası
Cinsi kişi[d]
Qardaşı və bacısı Frasi[d]
Arvadı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Piqmalion (q.yun. Πυγμαλίων) — yunan mifologiyasında fil sümüyündən heykəl yaradan və yaradıcılığına aşiq olan heykəltaraş.[1][2]

Piqmalion BelAnxinoyanın oğlu, Kipr adasında yaşayan heykəltaraş idi. O, fil sümüyündən bir qadın heykəlini oynmuş və ona aşiq olmuşdur. Heykəltəraş ona hədiyyələr vermiş, bahalı paltarlar geyindirmişdir. Buna baxmayaraq, heykəl heykəl olaraq qalmış və Piqmalionun sevgisi qarşılıqsız qalmışdır. Piqmalion Afroditaya həsr olunmuş bayram zamanı tanrıçaya yalvararaq ona düzəltdiyi heykəl qədər gözəl bir həyat yoldaşı verməsini xahiş etmişdir. Piqmalion heykəli diriltməyi xahiş etməyə cəsarət edə bilməmişdir. Belə bir məhəbbətdən duyğulanan Afrodita Piqmalionun həyat yoldaşı olmuş heykəlini canlandırmışdır.[3] Mütəxəssislərə görə, bu mifi ədəbiyyata Kizikli Neanf gətirmiş olması ehtimalı var.[4]

Qədim mənbələrdə Piqmalionun arvadının adı çəkilmir. Jan Jak Russo 1762-ci ildə yazdığı "Piqmalion" əsərində onu Qalateya adlandırmışdı. Bu adı başqa bir qədim yunan mifi olan eyniadlı nereidadan götürmüşdür.[5]

  1. Мифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.312
  2. Любкер Ф. Реальный словарь классических древностей. 3. М. 2001. 179.
  3. См. Нонн. Деяния Диониса XXXII 212. Климент. Протрептик 57, 3 (ссылка на Филостефана).
  4. Торшилов, Дмитрий Олегович. Античная мифография. — СПб, 1999. — С. 84.
  5. Meyer Reinhold, "The Naming of Pygmalion’s Animated Statue" The Classical Journal 66.4 (1971), pp. 316–319.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]