Petar Koçiç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Petar Koçiç
serb. Петар Кочић
Doğum tarixi 29 iyun 1877(1877-06-29)[1][2]
Doğum yeri
Vəfat tarixi 27 avqust 1916(1916-08-27)[1][2] (39 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Yeni Belqrad qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti şair, jurnalist, romançı, siyasətçi
Əsərlərinin dili serbcə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Petar Koçiç (serb. Петар Кочић; 29 iyun 1877[1][2], Striçiçi[d], Bosniya vilayəti, Osmanlı imperiyası[3]27 avqust 1916[1][2], Belqrad, Serbiyada imperiya və kral hərbi administrasiyası[d], Avstriya-Macarıstan[3]) — Serbiya və Bosniya yazıçısı, dramaturq, ictimai xadim, novellaçı və satirik. XX əsrin əvvəllərində serb ədəbiyyatının ən görkəmli xadimlərindən biri.

Vyana Universitetində slavyanşünaslıq üzrə təhsil almışdır. Skopyedəki gimnaziyada dərs deyirdi. Sarayevo və ömrünün sonunda Belqradda yaşamışdır.

Fəal radikal siyasətçi idi, ilk öncə ölkəsinin Avstriya Macarıstan tərəfindən işğalı, sonra da Bosniya və Herseqovinanın ilhaqı barədə narazılığını açıq şəkildə bildirirdi. Radikal görüşlərinə görə iki dəfə, 1907 və 1909-cu illərdə Avstriya-Macarıstan hakimiyyəti tərəfindən təqib edilərək həbs olunmuşdur. 1910-cu ildə Bosniya parlamentinə seçildi.

Belqradın Yeni Qəbiristanlığında dəfn edildi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Serb ədəbiyyatı tarixinə görkəmli novellaçı və satirik kimi düşdü. P. Koçiçin yaradıcılığı Avstriya-Macarıstan hakimiyyətinin terroru, feodal istismar və türk əsarətindən əziyyət çəkən Bosniya kəndlilərinin faciəli taleyinə həsr edilmişdir.

O, nəsr və dramatik əsərlərində personajların həyatı və taleyi, habelə xalq nitqinin rəngarəng nümunələrini göstərmişdir. Realist və satira payı ilə Avstriya-Macarıstan hökümətinin hökmdarlığının mənfi sosial nəticələrini təsvir etmişdir.

Onun ən vacib əsəri "Porsuq məhkəmə qarşısında" (1904) («Jazavac pred sudom») adlı satirik pyesidir, uzun müddət səhnələrdə göstərilirdi və tamaşaçılar arasında böyük rəğbət qazandı.

Belqrad şəhərində heykəli
  • Petar Koçiçin həyatı və əsərləri ölkəsində çox hörmətkaranə sayılır.
  • Serbiya və Bosniya və Herseqovinanın bir neçə şəhərində onun şərəfinə abidələr ucaldılmışdır.
  • Yazıçının şəkli 1993-cü ildə çıxarılan Serb Respublikasının dinarının bütün əskinasları və Bosniya və Herseqovinanın milli valyutasında (1998-ci ilin 100 konvertasiya olunan markası nominalında) əks olunmuşdur.
  • 1977-ci ildə Yuqoslaviya poçtu yazıçının 100 illik yubileyinə həsr olunmuş marka buraxdı.
  • «Кочићево перо»«Кочићева књига» adlı ədəbi mükafatlar təsis edilmişdir.
  • 1980-1999-cu illərdə Serb Respublikası Milli və Universitet Kitabxanası Petar Koçiçin adını daşıyırdı.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Petar Kočić // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Кочич Петар // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]