Paskal Lissuba
Paskal Lissuba | |
---|---|
fr. Pascal Lissouba | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 noyabr 1931[1][2] |
Vəfat tarixi | 24 avqust 2020[3][4] (88 yaşında) |
Vəfat səbəbi | Altsheymer xəstəliyi[4] |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[5] |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Paskal Lissuba (15 noyabr 1931[1][2] – 24 avqust 2020[3][4]) — konqolu siyasətçi, Konqo Respublikasının 6-cı prezidenti (31 avqust 1992- 25 oktyabr 1997), Konqo Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq, Su və Meşə Təsərrüfatı naziri (1963-1966-cı illərdə), Konqo Respublikasının Baş naziri (1963-1966-cı illərdə), Konqo Respublikasının İqtisadiyyat naziri (1968-1969).
Həyatı
[redaktə | mənbəni redaktə et]Lissouba, Konqonun cənub-qərbindəki Tsinquidi şəhərində Bandjabi ailəsində anadan olub. Mossendjo və Bokoda ibtidai məktəbdə oxumuşdur. O, orta təhsilinə Brazzavildə başlamışdır. Sonrakı təhsilini bakalavr dərəcəsini aldığı Nitsadakı Feliks Faure liseyində almışdır (1948-52-ci illərdə). Daha sonra Tunisdəki Ekole Superieure d'Agriculture məktəbində aqronomluq üzrə təhsil alaraq 1956-cı ildə kənd təsərrüfatı mühəndisliyi diplomunu əldə etmişdir. Paris Universitetində (1958-61) biologiya üzrə doktorluq dərəcəsi almışdır. O, həmçinin Parisdəki Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) və ORSTOM-da təcrübəçi olmuşdur. 1961-ci ilin iyun ayında ORSTOM-da elmi işçi vəzifəsində çalışmışdır. Fransa Milli Təhsil Nazirliyinin 3 noyabr 1961-ci il tarixli qərarı ilə bitki biologiyası üzrə müəllim vəzifəsinə təyin edilmişdir.
Siyasi karyerası
[redaktə | mənbəni redaktə et]Əvvəlcə Kənd Təsərrüfatı Nazirliyində (1962-63) idarəedici direktor vəzifəsində çalışmışdır. Ancaq qabiliyyətləri sayəsində 16 avqust 1963-cü ildən 1966-cı ilədək Kənd Təsərrüfatı, Heyvandarlıq, Su və Meşə naziri, daha sonra Prezident Alphonse Massamba-Debat dövründə Baş nazir (1963-66) vəzifəsinə yüksəlmişdir. İqtisadiyyat naziri, daha sonra Kənd Təsərrüfatı naziri (1968-1969) təyin edilsə də, qısa zaman ərzində hökumət tərəfindən vəzifəsindən azad edilmişdir. Daha sonra Brazzaville Universitetində (1966-1971) genetika professoru və daha sonra 1970-ci ildə Ali Elmlər Məktəbinin direktoru olmuşdur. 1969-1971-ci illərdə siyasi fəaliyyətdən kənarlaşdırılmışdır. 1973-cü ildə Konqo İşçi Partiyasının Mərkəzi Komitəsinə üzv olmuşdur.
1977-ci ildə Nquyabinin qətlində iştirakda ittiham olunaraq həbs edilmişdir. O, 1977-ci ildə ömürlük həbsə və ağır işlərə məhkum edilmişdir. 1979-cu ildə azad edilsə də, 1979-1990-cı illərdə Fransada sürgündə yaşamalı olmuşdur. Fransada Paris Universitetində genetika professoru olub, sonra Paris və Nayrobidə YUNESKO-da çalışmışdır. 1991-ci ildə Prezident Denis Sassu-Nqesso 1991-ci ildə Konqonu demokratiyaya doğru hərəkət etdirmək məcburiyyətində qalanda Lissuba 1992-ci ilin fevralında geri qayıtdı və 1992-ci ilin avqust seçkilərində prezident seçildi. O, Sosial demokratiya uğrunda solçu Pan-Afrika İttifaqının rəhbəri kimi 36% səs toplamışdır. İkinci turda ikinci yer tutan Bernar Colelas ilə birlikdə Lissuba səslərin 61% - ni qazanmışdır.
İğtişaşlar və vətəndaş müharibəsi
[redaktə | mənbəni redaktə et]Lakin tezliklə münaqişə baş verdi. Müxalifət qrupları və onların milislərinin koalisiyası Lissubanı seçkiləri saxtalaşdırmaqda ittiham etmişdir. Qabon və Afrika Birliyi Təşkilatının müdaxiləsi ilə geniş vətəndaş müharibəsinin qarşısı alındı, lakin 1995-ci ilin yanvarına qədər ara-sıra döyüşlər davam etdi.
Brazzavildə Konqo İşçi Partiyasından (PCT) Denis Sassu-Nqesso keçmiş prezidenti çevrilişə cəhddə ittiham etdi. Sassou Nqesso qaçıb əks hücum təşkil edə bildi. Beləliklə, paytaxtın çox hissəsini məhv edən və ya zədələyən 4 aylıq vətəndaş müharibəsi başladı. 1997-ci ilin oktyabr ayının əvvəlində Anqola qoşunları Sassou tərəfində Konqonu işğal etdilər. 14 oktyabr 1997-ci ildə Brazzavilin böyük hissəsi üsyançıların və Anqola qüvvələrinin əlinə keçdi və Lissuba qaçdı; iki gün ərzində paytaxt Sassu-Nqessoya sadiq qüvvələrin nəzarəti altında qaldı, nəticədə Pointe Noir çox müqavimət göstərmədən süqut etdi. Sassou Nqesso 25 oktyabr 1997-ci ildə özünü prezident elan etdi, lakin Lissubaya sadiq milis qüvvələri partizan müharibəsini davam etdirdi.
- ↑ 1 2 Pascal Lissouba // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Pascal Lissouba // Munzinger Personen (alm.).
- ↑ 1 2 Former Congolese President Pascal Lissouba passed away at 88 in France.
- ↑ 1 2 3 Congo-Brazzaville : l’ancien président Pascal Lissouba est décédé en France (fr.). 2020. ISSN 0021-6089; 1950-1285; 1952-4366
- ↑ Lissouba, Pascal // Çex Milli Hakimiyyət Məlumat bazası.