Papaverin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Papaverin- C20H21NO4


1-(3',4'-dimetoksibenzil)-6,7-dimetoksiizokinolin
CAS nömrəsi 61–25-6
ATC kodu A03 AD01
PubChem 4680
DrugBank APRD00628

Bilinən ən güclü saya əzələ boşaldıcı maddədir. Fosfodiesteraz fermentini əngəlləyərək saya əzələləri birbaşa boşaldır. Damarların, mədə-bağırsaq və sidik sistemin saya əzələlərini boşaldaraq antispazmodik təsir göstərir. Tiryək bitkisindən (Papaver somniferum) əldə edilir.

Papaverinin sistemik qan dövranı vazodilatasiya təsiri miyokarda və ya beyinə gedən qanın daha da azalmasına səbəb ola bilər (steal effect). Damar xaricinə sızan dərman irritasiya və tromboza səbəb ola bilər.

Yan təsirləri

[redaktə | mənbəni redaktə et]

Üzdə qızartı, başağrısı, tərləmə, mürgüləmə, hipotoniya, başdönməsi, bulanma, qəbizlik və iştahsızlıq kimi yan təsirlərlə, nadir hallarda qaraciyərdə sarılıq (gözdə və dəridə), görmə bulanıqlığı və cüt görmə, tromboz (inyeksiya yerində) kimi yan təsirlərə də səbəb ola bilər.

Papaverin izokinolin sinfinə aid opioid alkaloididir . O, tiryəkdə 0,5–1% nisbətində olur. İlk dəfə 1848-ci ildə Merck tərəfindən təcrid edilmişdir. Onun tam strukturu 1909-cu ildə Pictet və Gams tərəfindən sintezinin düzəldilməsiylə aydınlaşdırılmışdır. Papaverinin analjezik təsiri morfindən azdır. Öskürək yatırıcı təsiri yoxdur. Ancaq, spazmolitik təsiri vardır.