Panay
Panay | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 12011 km² |
Hündür nöqtəsi | 2049 m |
Əhalisi | 4.031.636 nəfər (2010-cu il) |
Yerləşməsi | |
11°09′00″ şm. e. 122°29′00″ ş. u.HGYO | |
Ölkə | Filippin |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km²[1], Əhalisi — 4 031 636 nəfər[2] təmkil edir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir. Sahillərində mərcan rifləri vardır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Adada visayya xalqı yaşayır. Çin diasporu vardır. Dağlıq rayonlarda neqroid irqinə mənsub Aeta xalqı yaşayır.
Ada dörd vilayətə bölünür:
- Aklan (mərkəz — Klibo) — 535 725 nəf.
- Antike (mərkəz San-Xose) — 546 031 nəf.
- Kapis (mərkəz — Roxas) — 719 685 nəf.
- İloilo (mərkəz — İloilo adanın ən iri şəhəri) — 2 230 195 nəf.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Kənd təsərrüfatı inkişaf etmişdir. Adanın əkin sahələrinin böyük əksəriyyətində düyü əkilir. Üstəlik burada Kokos palması, qarğıdalı və banan plantasiyaları vardır. Şəhərlərdə yeyinti sənayesi və paliqrafiya inkişaf etmişdir. Balıqçılıqla da məşğul olunur. Katilan şəhərindən iki kilometr şimalda Borakay adasında çimərlik fəaliyyət göstərir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-22.
- ↑ Republic of the Philippines. National Statistics Office. "Population and Annual Growth Rates for The Philippines and Its Regions, Provinces, and Highly Urbanized Cities Based on 1990, 2000, and 2010 Censuses" (PDF). April 2012. 2018-12-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-04.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Böyük Sovet ensiklopediyası səh. Panay.
- Sorğu xəritəsi «Filippin», М.-1978.