Narkolepsiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Narkolepsiya
XBT-10 G47.41, G47.419
XBT-9 347.0
OMIM 161400, 605841, 609039, 612417, 612851, 614223, 614250
DiseasesDB 8801
MedlinePlus 000802
MeSH D009290
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Narkolepsiya — Narkolepsiya (narcao-keyləşirəm, lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlik.

Xəstəlik adətən gənc yaşlarda başlayır. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman, yeriyərkən və hətta velosiped ilə gedərkən belə baş verə bilər. Tutma bir neçə dəqiqə davam edir. Tutma qurtardıqda xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər.

Bir qrup xəstələrdə səbəbkar faktoru təyin etmək mumkun olmasa da, digər qrup xəstələrdə narkolepsiya keçirilmiş infeksiyadan (epidemik ensefalit, malyariya), kəllə – beyin travmalarından sonra ortaya çıxır. Xüsusi hallarda irsi faktorun rolu qeyd edilir. Narkolepsiyanin səbəbi hipofizin III mədəciyin şişləri, daxili hidrosefaliya ola bilər.

Narkolepsiya üçün üç əlamət : Yuxu tutmaları , katoplektik tutmalar Katapleksiya , gecə yuxusunun pozulması xarakterikdir.[1]

  1. "Narkolepsiya nədir?". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]