44°24′32″ şm. e. 40°47′50″ ş. u.HGYO

Mostovski rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mostovski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

44°24′32″ şm. e. 40°47′50″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1924
Sahəsi
  • 3.699 km²
  • 3.750 km²
Əhalisi
Əhalisi
  • 68.671 nəf. (2023)[2]
Rəsmi sayt
Mostovski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mostovski rayonu (rus. Мостовский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi şəhər tipli Mostovskaya qəsəbəsidir.

Mostovski rayonu Adıgey Respublikası ilə - 197.5 km, Labinski rayonu ilə - 40 km, Qaraçay-Çərkəz Respublikası ilə - 87.5 km, müstəqil Abxaziya Respublikası ilə - 8.5 km, kurort şəhəri Soçi ilə - 42.5 km sərhədə malikdir.

Qafqaz Biosfer Qoruğunun böyük bir hissəsi Mostovski rayonunun ərazisində yerləşir. Coğrafi cəhətdən alp kəməridir. Bölgədə Krasnodar ərazisinin ən yüksək nöqtəsi Tsaxvoa dağı (3345 m) yerləşir.

Rayon 2 iyun 1924-cü ildə Mostovoye kəndi mərkəz olmaqla Cənub-şərq vilayətinin Maukop dairəsinin tərkibində Mostovskaya adı ilə qurulur. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Maykop bölməsi ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayonun tərkibinə 15 kənd məclisi daxil idi: Andryukovski, Baqovski, Barakaevski, Benokovski, Buqunca, Qubski, Kostromskoy, Mostovskoy, Perepravnenski, Psebayski, Solennoy, Xamketinski, Çernoreçenski, Şedokski.

16 noyabr 1924-cü ildən rayion Şimali Qafqaz diyarının ərazisinə daxil olur. 1928-ci il 12 fevral - 1934-cü il dekabrın 31-dək rayon ləğv edilir, ərazisi Labinski rayonunun tərkibinə daxil edilir. 13 sentyabr 1937-ci ildən etibarən Mostovski rayonu Krasnodar diyarının bir hissəsi olur. 21 avqust 1939-cu ildə Axmetovski, Qofitski, Kalacinski və Otvajnı kənd sovetlikləri Mostovski rayonundan Upornenski rayonuna köçürülür. 7 dekabr 1944-cü ildə mərkəızi Psebay kkəndi olan Psebay rayonu qurulur. 22 avqust 1953-cü ildə Mostovski rayonu ləğv edilir, ərazisi Psebayski və Yaroslavski rayonları arasında bölünür. 28 aprel 1962-ci ildə Psebayski və Yaroslavski rayonları Labinski rayonuna verilir. 21 fevral 1975-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Labinski rayonu ərazisinin bir hissəsi hesabına Mostovski rayonu yenidən qurulur. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 14 bələdiyyə qurulur.

1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 71 753 nəfər təşkil etmişdir. Əhalinin 50,3 % şəhər, 49,7 % kənd əhalisidir. Bütün əhali arasında kişilər 46,8 %, qadınlar 53,2 % təşkil edir. Ümumi əhalinin 42 083 (58,6 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,9 %-i pensiyaçılardır[3].

İnzibati-ərazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Mostovski rayonunda 2 şəhər 12 kənd inzibati vahidliyinə 39 yaşayış məntəqəsi daxildir.

Mostovski rayonunun iqtisadi potensialının əsasını tikinti kompleksi tutur. Bir çox tikinti şirkəti büdcəyə real gəlir gətirən məhsuldar məhsul istehsal edir.

Geoloqlar hələ də bölgədə yeni yataqlar kəşf edirlər. Dərinliklərində əhəng daşı, kərpic və genişlənmiş gil, qum və çınqıl qarışıqlarının böyük ehtiyatları saxlanılır. Mərmər, gips, duz, manqan filizləri, sement istehsalı üçün komponentlər var. İstehsalın ümumi həcmində 60% -dən çoxu inşaat sənayesinin məhsuludur. Sənayedə ən böyük müəssisə KNAUF GiPS KUBAN MMC-dir.

Rayon ərazisindən bir dəmir yolu keçir. İnkişaf etmiş avtomobil yolları şəbəkəsi vardır.

  1. 1 2 ОКТМО. 185/2016. Southern FD.
  2. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  3. "Департамент здравоохранения Краснодарского края, Мостовской район". 2008-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-23.