Modern Talking
Modern Talking | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
Sinti pop Dans-pop |
Fəaliyyət illəri |
1984—1987 1998—2003 |
Ölkə | Almaniya |
Şəhər | Hamburq |
Dil | ingiliscə |
Leybl |
Hansa Records Ariola Records RCA Records SonyBMG |
Heyət |
Tomas Anders Diter Bolen |
Vikianbarda əlaqəli mediafayllar |
Modern Talking (azərb. Müasir Danışıq) – Tomas Anders və Diter Bolendən ibarət disko üslubunda rəqs mahnıları ifa etmiş alman musiqi dueti. Alman pop-musiqi tarixində ən uğurlu duetlərdən biri hesab olunur.
Yaranma tarixi
[redaktə | mənbəni redaktə et]1980-ci illərin sonlarında Modern Talking Avropanın ən məşhur qrupları sırasında dururdu. Duet iki musiqiçi: Diter Bolen (7 fevral 1954, Oldenburq) və Tomas Andersdən (əsl adı Bernd Vaydunq, 1 mart 1963, Münstermayfeld) təşkil olunur. Bu musiqiçilərin görüşməsinə əsas səbəkar "Hansa" Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüser Diter Bolen özünün " Was macht das schon" adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır.
1983–1984-cü illərdə musiqiçilər ən uğurlusu "Wovon traumst du denn" olmaqla alman dilində 5 sinql buraxırlar. Lakin Diter tədricən başa düşür ki, beynəlxalq uğuru yalnız ingiısi dilində manhılar ifa etməklə əldə etmək olar və nəticədə 1984-cü ildə musiqiçilər Real Life qrupunun "Catch me İ`m falling" hit mahnısının kaver-versiyasını işləyirlər. Lakin layihə hazırlandıqdan sonra musiqiçilərin adları hallanmır və layihə Headliner adı altında tanınır, musiqnin müəllifi kimi isə Steve Benson adı hallanır (Diter Bolenin yaradıcı psevdoadlarından biri).
Duetə məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" superhiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız Formel Eins proqramından sonra əsl populyarlığına qovuşur. Sinql ilk əvvəl alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Dünya şöhrətli Adidas idman geyimləri kompaniyası Diterlə geyimlərinin qrupun klip və konsertlərində nümayiş etdirilməsi barədə müqavilə bağlayır.
1985-ci ilin martında Modern Talking növbəti hitlərini – "You can win if you want" mahnısını, az sonra isə ilk albomlarını "The First Album" buraxır. Albomda mahnıların əksəriyyətində vokal hissəni Tomas Anders ifa edirdi, yalnız bir mahnını "There`s Too Much Blue In Missing You" Diter Bolen ifa edir və bu Diterin qrupun 20 illik tarixində yeganə vokal ifası olur. Bütövlükdə albom böyük uğur əldə edir. Məşhur "Peter`s Pop Show" televiziya layihəsində qrupa 75 "qızıl" və "platin" disk təqdim olunur. Modern Talking super-pop-qrup statusunu əldə edir və bütün Avropa boyu böyük və sədaqətli pərəstişkar ordusu toplayır. Qrupun buraxdığı albomlar böyük tirajlarla satılır.
Fikri ayrılığı və tənəzzül
[redaktə | mənbəni redaktə et]Bununla belə qrup üzvləri arasında get-gedə fikir ayrılığı yaranır və bu sonda qrupun dağılması ilə nəticələnir. Tənəzzülün son səhnəsi 1986-cı il konsertlərin birində baş verir. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasında əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi. Bu hadisədən sonra qrup daha iki il, kontraktın bitməsinə qədər fəaliyyət göstərir və bu müddətdə daha iki albom ("Romantic Warriors" və "In The Garden Of Venus") buraxmağa nail olur. Nəhayət qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar.
Tənəzzüldən sonra
[redaktə | mənbəni redaktə et]Ayrılıqdan sonra Tomas solo-karyeraya başlayır və ABŞ-yə yollanır. Diter də yeni Blue System qrupu ilə yaradıclıq fəaliyyətinı davam edir. Hər iki musiqiçi kifayət qədər məşhur olsalar da, heç biri Modern Talkingin uğurunu təkrarlaya bilmir. Diter Bolen "Blue System"dən əlavə C. C. Catch, Kris Norman, Bonni Tayler, Errol Braun kimi müğənilərə mahnılar yazır, Tomas Anders isə konsertləində tez-tez Modern Talkingin mahnılarına müraciət edir.
Modern Talking 1998-ci ilin yazında təntənəli şəkildə yenidən səhnəyə qayıdır. Tomas və Diter tezliklə "Back For Good" adlı yeni-könhə albomu buraxır. Belə ki, albom əsasən qrupun köhnə manhılarınn remikslərindən təşkil olunur. Yeni albomun dünya üzrə satışı 26 milyon nüsxə təşkil edir. 1999–2003-cü illər aralığında qrup 5 albom buraxır. Qrupun üslubu demək olar ki, yüngül müasir rəqs musiqisi olaraq dəyişilməz qalır. Bəzi mahnılar amerikalı reper Erik Sinqletonun iştirakı ilə yazılır. Səbəb qrupun Amerika tamaşaçılarını fəth etmək olur, lakin arzuları həyata keçmir. Qrupda reperin iştirakı köhnə pərəstişkarlarda mənfi reaksiya oyadır. 2003-cü qrup rəsmi olaraq mövcudluğunu dayandırır.[1]
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Albomlar
[redaktə | mənbəni redaktə et]Ad | Albom | Yüksək mövqe | Sertifikasiyalar | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
[2] |
[3] |
[4] |
[5] |
[6] |
[7] |
[8] |
[9] |
[10] |
||||||
The 1st Album |
|
1 | 2 | — | — | — | — | 9 | 5 | 5 | 12 | 2 |
| |
Let's Talk About Love |
|
2 | 4 | — | — | — | — | 16 | 3 | 3 | 4 | 1 |
| |
Ready for Romance |
|
1 | 1 | — | — | — | — | 7 | 5 | 4 | 6 | 1 |
| |
In the Middle of Nowhere |
|
1 | 2 | — | — | — | — | 19 | 8 | 5 | 9 | 3 |
| |
Romantic Warriors |
|
3 | 6 | — | — | — | — | 35 | 10 | 9 | 15 | 8 |
| |
In the Garden of Venus |
|
35 | — | — | — | — | — | — | — | 23 | 49 | — |
| |
Back for Good |
|
1 | 1 | 1 | 2 | 1 | 14 | 3 | 1 | 6 | 1 | 1 | ||
Alone |
|
1 | 2 | 4 | 11 | 1 | — | — | 9 | 12 | 5 | 3 |
| |
Year of the Dragon |
|
3 | 5 | 22 | — | 3 | — | — | 26 | — | 18 | 4 |
| |
America |
|
2 | 7 | — | — | 5 | — | — | — | — | 37 | 10 |
| |
Victory |
|
1 | 7 | — | — | 10 | — | — | — | — | — | 14 |
| |
Universe |
|
2 | 10 | — | — | 24 | — | — | — | — | — | 25 |
| |
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir. |
Yığmalar
[redaktə | mənbəni redaktə et]Ad | Albom | Yüksək zirvə | |||||||
---|---|---|---|---|---|---|---|---|---|
[15] |
|||||||||
You're My Heart, You're My Soul |
|
— | — | — | — | ||||
The Modern Talking Story[16] |
|
— | — | — | — | ||||
Best of Modern Talking |
|
16 | — | — | — | ||||
Romantic Dreams |
|
— | — | — | — | ||||
Greatest Hits Mix |
|
— | — | — | — | ||||
The Collection |
|
— | — | 93 | — | ||||
You Can Win If You Want |
|
— | — | — | — | ||||
You Can Win If You Want |
|
— | — | — | — | ||||
Selected Singles '85-'98 |
|
— | — | — | — | ||||
We Still Have Dreams – The Greatest Love Ballads of Modern Talking |
|
— | — | — | — | ||||
The Golden Years |
|
— | — | — | — | ||||
The Greatest Hits of Modern Talking |
|
— | — | — | — | ||||
The Final Album |
|
3 | 39 | — | 53 | ||||
Les Indispensables |
|
— | — | — | — | ||||
The Hits (2 CDs) |
|
— | — | — | — | ||||
Remix Album[17] |
|
— | — | — | — | ||||
All the Best — The Definitive Collection (Box Set) |
|
— | — | — | — | ||||
25 Years of Disco-Pop |
|
16 | 10 | — | — | ||||
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir. |
Mahnılar
[redaktə | mənbəni redaktə et]Ad | İl | Zirvə mövqeyi | Sertifikasiyalar | Albom | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
[18] |
[19][20] |
[21] |
[22] |
[23] |
[24] |
[25] |
[26] |
[27] |
[28] | |||||
"You're My Heart, You're My Soul" | 1984 | 1 | 1 | 1 | 3 | 22 | 4 | 3 | 2 | 3 | 1 | 56 | The 1st Album | |
"You Can Win If You Want" | 1985 | 1 | 1 | 2 | 8 | 39 | 6 | — | 2 | — | 2 | 70 |
| |
"Cheri, Cheri Lady" | 1 | 1 | 3 | 18 | 6 | 10 | 1 | 1 | 3 | 1 | — |
|
Let's Talk About Love | |
"Brother Louie" | 1986 | 1 | 2 | 6 | 6 | 3 | 20 | 8 | 1 | 1 | 2 | 4 |
|
Ready for Romance |
"Atlantis is Calling (S.O.S. for Love)" | 1 | 2 | 4 | 21 | 13 | 6 | 8 | 2 | 3 | 3 | 55 | |||
"Geronimo's Cadillac" | 3 | 3 | 4 | 43 | 27 | 36 | 7 | 1 | 6 | 6 | — | In the Middle of Nowhere | ||
"Give Me Peace on Earth" | 29 | 28 | 14 | — | — | — | — | — | — | — | — | |||
"Lonely Tears in Chinatown" (yalnız İspaniyada istehsal edilib) |
— | — | — | — | — | — | — | 9 | — | — | — | |||
"Jet Airliner" | 1987 | 7 | 10 | 14 | — | — | 36 | — | 3 | 12 | 12 | — | Romantic Warriors | |
"Don't Worry" (yalnız İspaniyada istehsal edilib) |
— | — | — | — | — | — | — | 25 | — | — | — | |||
"In 100 Years…" | 30 | — | — | — | — | — | — | 4 | — | — | — | In the Garden of Venus | ||
"You're My Heart, You're My Soul '98" | 1998 | 2 | 2 | 26 | 3 | — | — | — | — | 6 | 4 | — |
|
Back for Good |
"Brother Louie '98" | 16 | 17 | — | 2 | — | — | — | 2 | 9 | 21 | — |
| ||
"You Are Not Alone" | 1999 | 7 | 5 | — | 13 | — | — | 4 | 5 | 15 | 12 | — |
|
Alone |
"Sexy, Sexy Lover" | 15 | 27 | — | — | — | — | — | 19 | 25 | 35 | — | |||
"China in Her Eyes" | 2000 | 8 | 22 | — | — | — | — | — | 6 | 26 | 20 | — | Year of the Dragon | |
"Don't Take Away My Heart" | 41 | — | — | — | — | — | — | — | — | — | — | |||
"Win the Race" | 2001 | 5 | 14 | — | — | — | — | — | — | 36 | 31 | — | America | |
"Last Exit to Brooklyn " | 37 | 44 | — | — | — | — | — | — | — | 92 | — | |||
"Ready for the Victory" | 2002 | 7 | 20 | — | — | — | — | — | 11 | — | 62 | — | Victory | |
"Juliet" | 25 | 42 | — | — | — | — | — | — | — | 83 | — | |||
"TV Makes the Superstar" | 2003 | 2 | 15 | — | — | — | — | — | — | — | 55 | — | Universe | |
"—" bu işarə sinqlın heç bir hit-paradda yer tutmadığını bildirir. |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Chartverfolgung/MODERN TALKING/Longplay". Musicline.com. Retrieved 2009-11-21". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-17.
- ↑ "Modern Talking: Austria's Album Chart Positions". Swisscharts.com. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-26.
- ↑ "Modern Talking: Finnish Album Chart Positions". Finnishcharts.com. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
- ↑ "Modern Talking: French Album Chart Positions". Hung Medien. 2012-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
- ↑ "Mahasz: Archívum › Kereső - előadó/cím szerint". Association of Hungarian Record Companies. 2012-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
- ↑ "Gli album più venduti del 1998". Hit Parade Italia. 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05-10-2009.
- ↑ "Modern Talking: Dutch Album Chart Positions". dutchcharts.nl. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-21.
- ↑ "Modern Talking: Norwegian Albums Positions". Norwegiancharts.com. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
- ↑ Salaverri, Fernando. Sólo éxitos: año a año, 1959–2002 (1st). Spain: Fundación Autor-SGAE. September 2005. ISBN 84-8048-639-2. (#accessdate_missing_url)
- ↑ "Modern Talking: Swedish Albums Positions". Swedishcharts.com. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
- ↑ "Solo Exitos 1959-2002 Ano A Ano: Certificados 1996-1999". Solo Exitos 1959-2002 Ano A Ano. 2013-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
- ↑ "AR 1998" (PDF) (Swedish). IFPI Sweden. 2011-06-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
- ↑ "AR 1999" (PDF) (Swedish). IFPI Sweden. 2012-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
- ↑ "Hitparade.ch: Awards 2000" (German). swisscharts.com. Hung Medien. 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
- ↑ "Modern Talking: Spain's Album Positions". Spanishcharts.com. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-05.
- ↑ "Modern Talking: The Modern Talking Story (Compilation)". Swisscharts.com. 2012-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-12.
- ↑ "Modern Talking: Remix Album(Compilation)". Swisscharts.com. 2012-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-12.
- ↑ "Modern Talking: Austrian Singles Chart Positions". Austriancharts.at. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-26.
- ↑ "Modern Talking: Belgian Singles Positions". ultratop.be. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
- ↑ "Belgian position for You're My Heart You're My Soul". top30-2.radio2.be. 2012-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-11.
- ↑ "Modern Talking: French Singles Chart Positions". lecharts.com. 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-04.
- ↑ "Billboard: Hits of the World (page 66)". Billboard Magazine. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.
- ↑ "Modern Talking: Dutch Singles Positions". Dutch Top 40. İstifadə tarixi: 2012-12-04.[ölü keçid]
- ↑ "Modern Talking: Norwegian Singles Positions". Norwegiancharts.com. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
- ↑ Salaverri, Fernando. Sólo éxitos: año a año, 1959–2002 (1st). Spain: Fundación Autor-SGAE. September 2005. ISBN 84-8048-639-2. (#accessdate_missing_url)
- ↑ "Modern Talking: Swedish Singles Positions". swedishcharts.com. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
- ↑ "Modern Talking: Swiss Singles Chart Positions". Swisscharts.com. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-26.
- ↑ "Modern Talking: UK's Singles/Albums Positions". Chart Stats. 2012-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-26.
- ↑ "InfoDisc: Les Certifications depuis 1973". Syndicat National de l'Édition Phonographique (French). InfoDisc. 2016-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Modern Talking Türkiyə Arxivləşdirilib 2008-02-21 at the Wayback Machine
- Rəsmi səhifə Arxivləşdirilib 2009-09-15 at the Wayback Machine