Mazaçço
Mazaçço | |
---|---|
it. Masaccio | |
Doğum tarixi | 21 dekabr 1401[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1428[3][4][…] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Stil | italyan intibahı |
Tanınmış işləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mazaçço (it. Masaccio; 21 dekabr 1401[1][2][…], San-Covanni-Valdarno[d], Toskana – 1428[3][4][…], Roma[2][5]) — görkəmli italyan rəssamı, Florensiya rəssamlıq məktəbinin ən böyük nümayəndəsi.
Florensiyalı boyakar Mazaçço Erkən İntibahın ilk nümayəndəsi, Cotto ənənələrini qəbul etmiş, xətti perspektiv prinsiplərindən istifadə etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mazaçço adlanan Tomazo di Covanni di Simone Kassai (1401–1428), İntibah dövrü dahi İtaliya rəssamlarından biri olub, renessans ənənələrinin əsasını qoyan, kvatroçento dövrünün boyakarlığının islahatçısı idi. O, 21 dekabr 1401–ci ildə Valdarno San Covannidə anadan olub. Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Avropa incəsənətində ilk çılpaq insan bədəninin realist təsvirini vermiş Mazaçço "Adəm və Həvvanın cənnətdən qovulması", "Vergi" və başqa əsərlərində bir sıra mühüm sənətkarliq problemlərini həll etmişdir. Qərbi Avropa rəssamlığında ilk dəfə o, fiqurlarla mənzərə fiqurlarla memarlıq arasında vəhdət yaratmış, onları sərbəst və təbii halında göstərmişdir.