Matara
Matara | |
---|---|
tam. மாத்தறை | |
5°57′ şm. e. 80°32′ ş. u.HGYO | |
Ölkə | Şri-Lanka |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 68 244 nəfər (2011) |
Vikianbarda əlaqəli mediafayllar |
Matara (sinh. මාතර, tam. மாத்தறை) — Şri-Lankada şəhər. Cənub əyalətinin okean sahillərində yerləşir. Ölkə paytaxtı Kolombodan 160 km məsafədədir. Matara dairəsinin əsas ticarət mərkəzi və inzibati mərkəzidir[1]. Şəhər 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələdən böyük zərər görmüşdür. Şəhər əhalisinin sayı 68 000, aqlomerasiyada isə əhalinin sayı 831 mindir.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]«Matara» sözü «Böyük bərə»[2] mənasını verir və böyük ehtimal ki, tamil dilində olan «matturay» sözündəndir. Matturay sözü isə «böyük dəniz limanı» və ya «böyük qala» mənasını daşıyır[3]. Digər ehtimala görə şəhərin adı portuqal sözü olan «matora»nın düzgün ifadə edilməməsi nəticəsində yaranmış. Portuqaliyalılar 1672-ci illərdə şəhəri «Mature» və ya «Maturay» adlandırmışdılar. «Matora» sözünün kökü «maqa tera» söz birləşməsindən meydana gəlmiş və Böyük çayın birləşdiyi yer mənasını verir.
Şəhər həmçinin «Maqa Tota» və ya Maqa-pattana adlanmış — Böyük bərə. «Maqatota» sözü tamil sözü olan «maqa etara»dan formalaşmış və mənası böyük dayazlıq deməkdir. İndi Nilvala çayı Matara şəhərini kəsib keçir. Keçmişdə isə şəhərin bu hissəsi daha geniş olmuş və bərələr hərəkət etmişdir. 1673-cü ildə hollandiyalı nazir Filipp Baldey şəhəri «Mature» adlandırmış, 1681-ci ildə Robert Noks isə «Matura» adından istifadə etmişdir. 1744-cü ildə Qeydt şəhəri «Maderon» adlandırmış[4].
Tarixi
[redaktə | mənbəni redaktə et]Matara tarixən Ruquna Krallığının bölgəsi hesab olunur. Bu krallıq Şri-Lankanın üç krallığından biri idi. Buddizim rahibi Şri Raqula Teranın ehtimalına görə Kral Veerabamapanam Mataranı paytaxt elan etmiş və şəhəri Mapatuna adlandırmışdır. Şəhər mərkəzində ki, qədim məbəd krallar tərəfindən inşa olunmuş və müasir dövrdə buddistlərin müqəddəs məkanlarından biri hesab olunur.
XVI və XVIII əsrlərdə Matara portuqalların və hollandların hakimiyyəti altında idi.
1756-cı ildə hollandlar Şir-Lankanın Dəniz Əyalətini işğal etmiş və bölgəni dört inzibati dairəyə ayırmışdılar — Sabaraqamuva, Sat Korli, Satara Korele və Matara. Bu dairələrin içində Matara daha böyük əraziyə sahib idi. Kral Dqarmapalın hollandlara verdiyi sənəddə Matara rayonunun ərazisi Şri-Cayavardenepura-Kottedən Valave Qanqa çayına kimi göstərilirdi.
Etnik tərkibi
[redaktə | mənbəni redaktə et]Matara şəhərinin etnik tərkibində əsas üstünlük sinhallara məxsusdur. XVI və XVII əsrələrdə bu bölgəyə Ərəbistandan ticarət məqsədi ilə larakallar (mavrlar) köç etmişdilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Trip destination Matara Sri Lanka". 2011-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
- ↑ A. S.; Kulasuriya. Place Name study in Sri Lanka some Issues and perspectives. // Journal of the Royal Asiatic Society of Sri Lanka : journal. — 1995. — Vol. 40. — P. 131—154.
- ↑ Xavier S. Thani Nayagam. 1964. 450. Academy of Tamil Culture. Tamil Culture. Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine
- ↑ Dutch Reformed Church in Sri Lanka General Consistory. 1983. 280. Pragna Publishers.Faith of our fathers: history of the Dutch Reformed Church in Sri Lanka (Ceylon) Arxivləşdirilib 2019-11-10 at the Wayback Machine