Markus Zöder

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Markus Zöder
alm. Markus Söder
Şəxsi məlumatlar
Doğum tarixi 5 yanvar 1967(1967-01-05)[1][2][…] (57 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Erlangen-Nürnberq Universiteti[d] (19871991)[3]
Fəaliyyəti siyasətçi, jurnalist
Uşağı 4[3]
Dini lüteranlıq[3]
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
markus-soeder.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Markus Zöder (alm. Markus Thomas Theodor Söder5 yanvar 1967[1][2][…], Nürnberq, Bavariya[3]) — 2018-ci ildən Bavariyanın Baş naziri və 2019-cu ildən Bavariyadakı Xristian Sosial Birliyinin (CSU) sədri olan Alman siyasətçisidir.

1986-cı ildə Gimnaziyanı bitirdikdən sonra 1986-1987-ci illərdə hərbi xidmətdə olmuşdu. Sonra 1987-ci ildən Konrad Adenauer Fondunun təqaüdü ilə Erlangen-Nürnberg Universitetində hüquq təhsili almışdır. 1991-ci ildə ilk dövlət imtahanından keçmiş və eyni universitetin konstitusiya, inzibati və kilsə hüququ kafedrasında tədqiqatçı köməkçisi olmuşdur. 1998-ci ildə hüquq tarixində „Von altdeutschen Rechtstraditionen zu einem modernen Gemeindeedikt: Die Entwicklung der Kommunalgesetzgebung im rechtsrheinischen Bayern zwischen 1802 und 1818.“ adlı başlıqlı bir dissertasiya ilə hüquq doktoru dərəcəsinə layiq görülmüşdür.[4] 1992-1994-cü illərdə Münhendə Bavariya radiosunda praktikant, daha sonra redaktor vəzifəsində çalışıb. 1995- ci ildən Bavariya Parlamentinə seçilərək siyasətlə məşğuldur.

Zöder 1994-cü ildən Bavariya əyalət parlamenti olan Landtaqın üzvüdür. 2003-2007-ci illərdə CSU partiyasının baş katibi olub. O Bavariyanın Baş naziri və CSU partiya sədri Edmund Stoiber ilə yaxınlığı ilə tanınıb. Vəzifədə olduğu müddətdə, eyni zamanda, Kansler Angela Merkelin ilk hökumətinin qurulmasına yol açan 2005 federal seçkilərindən sonra bir koalisiya müqaviləsi ilə SPD ilə danışıqlarda CDU / CSU komandasının fəal bir üzvü olub [5] .

Zöder o vaxtdan bəri Beckştein, Zehofer I və II Dövləti İdarə etmə kabinetlərinin üzvüdür. 2007-2008-ci illərdə Bavariya Federal və Avropa İşləri üzrə Dövlət Naziri və 2008-2011-ci illərdə Ətraf və Sağlamlıq üzrə Dövlət Naziri vəzifələrində çalışıb.

Baş nazir Horst Zehoferin Dövlət İdarə etmə kabinetində maliyyə naziri olaraq işləmişdir.

2018-ci ilin mart ayında millət vəkilləri rəsmi olaraq Zöderi kansler Angela Merkelin yeni kabinetində Almaniyanın daxili işlər naziri olmuş Horst Zehoferin yerinə Bavariyanın Baş naziri seçdilər.[6]

2019-cu ilin yanvar ayında CSU nümayəndə heyəti Zöderi bir partiya konfransında Zeehoferin yerinə yüzdə 87.4 səs çoxluğu ilə lider olaraq seçdi. Səsvermədə Zödər tək namizəd idi.

Zöder və həyat yoldaşı Karin 2018-ci ildə Frankoniyada kecirilən Karnavalda

Zöder 1999-cu ildən Karin Baumüller ilə evlidir. Baumüller, elektrik avtomatlaşdırılması və sürücülük sistemləri istehsalçısı Nürnberqdə yerləşən Baumüller Group'un sahiblərindən biridir.[7] Cütlüyün üç övladı var. Bundan əlavə, Söderin daha əvvəlki evliliyindən bir qızı var.[8]

Zöder Almaniyanın Evangelist Kilsəsinin üzvüdür.[9] O, karnaval mövsümündə ŞrekMerilin Monro daxil olan ekstravaqant geyimləri ilə də tanınır.

  1. 1 2 Markus Söder // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Markus Söder // Munzinger Personen (alm.).
  3. 1 2 3 4 5 6 7 8 9 10 https://www.bundesrat.de/SharedDocs/personen/DE/laender/by/soeder-markus.html.
  4. "Worüber Stoiber und Co. promovierten". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
  5. Am Montag soll auch Merkels Liste stehen Arxivləşdirilib 2018-06-14 at the Wayback Machine Hamburger Abendblatt, 14 October 2005.
  6. Christian Kraemer, Arno Schuetze and Foo Yun Chee (28 March 2012), Owners of BayernLB agree on revamp Arxivləşdirilib 2019-08-04 at the Wayback Machine Reuters.
  7. James Shotter (7 July 2015), Austria to pay Bavaria €1.23bn to settle Hypo Alpe Adria dispute Arxivləşdirilib 2015-12-04 at the Wayback Machine Financial Times.
  8. Christian Kraemer (17 July 2012), Bavaria seeks to trump Merkel with anti-bailout card Arxivləşdirilib 2022-08-26 at the Wayback Machine Reuters.
  9. Janosch Delcker (16 December 2017), Horst Seehofer reelected leader of Merkel’s Bavarian allies Arxivləşdirilib 2022-01-19 at the Wayback Machine Politico Europe.