Marca

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Marca
Marca
Loqonun şəkli
Format Tabloid
Sahibi Unidad Redaksiyası
Təsisçi Manuel Fernández-Cuesta
Redaktor Juan Ignacio Gallardo
Yaranma tarixi 21 dekabr 1938 (85 il əvvəl) (1938-12-21)
Dil İspanca
Qiymət € 1,00
Baş ofis Avenida de San Luis 25, 28033
Şəhər Madrid
Ölkə İspaniya
Oxucu kütləsi 2500000
OCLC nömrəsi 472455028
marca.com.en
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marca (isp. maɾka) — "Unidad" Redaksiyasına məxsus İspaniyada gündəlik yayımlanan idman qəzeti. Qəzet əsasən futbol, xüsusilə də Real Madrid, Atletiko Madrid və Rayo Valekanonun gündəlik fəaliyyətlərinə dair məlumatlar yayımlayır. Gündəlik qəzet satışına görə İspaniyada ən yüksək göstəriciyə sahib olan MARCA 2.500.000-dən çox gündəlik oxucuya malikdir.MARCA idman oxucularının yarıdan çoxunu əhatə edən qəzetdir[1].

2001-ci ilin fevral ayından etibarən, həmçinin, “Radio Marca”- adlı 24 saatlıq idman kanalına da sahibdir. 2010-cu ildə MARCA TV telekanalı işə düşsədə 2013-cü ildə o, bağlanmışdır.

MARCA 21 dekabr 1938-ci ildə, İspan Vətəndaş müharibəsinin pik nöqtəsində, milliyyətçi San Sebastian şəhərində qurulub. Onun ilk redaktoru Manuel Fernández Cuesta olmuşdur. 3 sentyabr 1987-ci ildə Luis Infante qəzetin redaktoru oldu.[2]

Punto Editorial SA Marca şirkətinin sahibi idi.[3]1982-ci ildə Recoletos adlı Espacio Redaktoru MARCA nı qazandı.[4] Şirkət 2007-ci ildə Unedisa ilə birləşərək MARCA nın sahibi olan Unidad Redaktoru adı altında fəaliyyət göstərməyə başladı.[5]

Qəzetin naşiri də Unidad Redaksiyasıdır. Qəzetin çapında El Mundo və Expansio redaksiyalarınında rolu var. MARCA tabloid formatında nəşr olunur.

25 noyabr 1942-ci ildə bir həftəlik nəşr kimi fəaliyyət göstərən qəzet artıq neçə uzun müddətdir ki, gündəlik olaraq nəşr olunur. “Gündəlik Xəbər Dizaynı Cəmiyyəti” (SND) tərəfindən 2004-cü ildə dünyanın “ən yaxşı dizayn edilmiş qəzeti ™ adına layiq görülmüşdür.

21 dekabr 2007-ci ildə MARCA qəzetinin 70 illik yubileyini qeyd etmək üçün 20-ci əsrin aparıcı İspan idmançıları qəzetdə qələmə alınmışdır.MARCA, Latın Amerikasında İspan dilli oxuyucuları nəzərə alaraq IGN nəşrini də açmağı planlaşdırır. 2001-ci ildə MARCA-da 403,000 nüsxə tiraja malik idi. Onun dövriyyəsi 2003-cü ildə azalaraq 382.000 nüsxə olub və ölkənin ikinci ən çox satılan qəzetdinə çevrilib.


Aşağıdakı mükafatlar MARCA tərəfindən hər mövsümün sonunda verilir:

  • Pichichi - La Liqanın ən yaxşı bombardiri, eləcə də Segunda División turnirinin ən yaxşı bombardiri.
  • Zarra - La Liqada və Segunda División'unda İspan vətəndaşları arasında ən yaxşı bombardirlərə.
  • Zamora - La Liqanın ən yaxşı qapıçısı və Segunda División-da ən yaxşı qapıçısına.
  • Miguel Muñoz - La Liqanın ən yaxşı baş məşqçisinə, eləcə də Segunda División-da ən yaxşı baş məşqçisinə.
  • Guruceta - La Liqanın ən yaxşı hakiminə və Segunda División-da ən yaxşı hakiminə.
  • Di Stefano - La Liqa Deportivanın ən yaxşı oyunçusuna.

Aşağıdakı mükafatlar MARCA tərəfindən müəyyən vaxtlarda verilir:

  • Marca Legend mükafatı (Marca Leyenda) - Tarixin ən yaxşı idmançılarına.
  • Best Football Player of All time - Argentinalı Lionel Messi Marca.com saytında online sorğu vasitəsilə səs vermədə qalib olmuşdur .[6]
  1. Manuel Fernández-Cuesta (1938–1945)
  2. Ibrahim de Malcervelli (1945–1946)
  3. Manuel Casanova (1946–1947)
  4. Lucio del Álamo (1947–1954)
  5. Nemesio Fernández-Cuesta (1954–1973)
  6. Carmelo Martinez (1973–1983)
  7. Valentín Martín (1983–1984)
  8. Juan Pablo de Villanueva (1984–1986)
  9. Jesús Ramos (1986–1987)
  10. Luis Infante Bravo (1987–1997)
  11. Manuel Saucedo (1997–2001)
  12. Elías Israel (2001–2005)
  13. Manuel Saucedo (2005–2006)
  14. Alejandro Sopeña (2006–2007)
  15. Eduardo Inda (2007–2011)
  16. Óscar Campillo (2011–2013)
  17. Juan Ignacio Gallardo (2013–bu günə qədər)



  1. AIMC Arxiv surəti 27 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 27 oktyabr 2007 at the Wayback Machine
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6