26°13′30″ şm. e. 50°34′39″ ş. u.HGYO

Manama

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Manama
26°13′30″ şm. e. 50°34′39″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1345
Sahəsi
  • 30 km²
Əhalisi
Əhalisi
  • 297.502 nəf. (2012)[2]
Digər
capital.gov.bh
Xəritəni göstər/gizlə
Manama xəritədə
Manama
Manama
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır.

Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir.

İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub.

Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir.

Şəhərdə təqribən 200 min əhali yaşayır (2005).

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir. Manama avtomobil yolu ilə (körpü vasitəsilə) Mühərrək şəhəri ilə əlaqə saxlayır. Şəhərdə universitet, pedaqoji, peşə və orta təhsil məktəbləri fəaliyyət göstərir. Əmirin igamətgahı, ölkənin ən böyük inzibati və ticarət idarələri, xarici şirkət və səfirliklərin yaraşıqlı binaları, müasir memarlıq üslubu ilə tikilmiş mehmanxanalar, məscidlər, parklar, xurma ağacları şəhərə xüsusi yaraşıq verir. Şəhərdə beynəlxalq səviyyəli telekommunikasiya sistemi fəaliyyət göstərir.

Şəhərdə Bəhreyn sənətkarlarının qızıl, sədəf və mirvaridən məharətlə işləyib hazırladıqları qiymətli zinət əşyaları satılan Şərq bazarı, xüsusilə cəlb edicidir. Manama şəhərinin qərb hissəsində körfəzin 2000 kv. km. dayazlıq hissəsi süni sürətdə doldurulmuş və burada Yapon şirkətlərinin iştirakı ilə paytaxtın yeni ticarət mərkəzi – supermarket tikilmişdir.

1978-ci ildən fəaliyyət göstərən İran körfəzi əmirliklərinin (Bəhreyn, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı) iri informasiya agentliyinin mənzil qərargahı Manamada yerləşir.

Memarlıq abidələri

[redaktə | mənbəni redaktə et]

Manamada portuqaliyalıların tikdiyi qalaların qalıqları (XVI əsr), qədim məscidlər indiyədək saxlanılır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Bahrain in Perspective An Orientation Guide.