MI5

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hərbi Kəşfiyyat, 5-ci bölmə
(MI5)
Military Intelligence, Section 5
MI5'ın Londondakı mərkəzi binası Thames House
MI5'ın Londondakı mərkəzi binası Thames House
Növü Daxili kəşfiyyat
Yaranma tarixi 1909-cu il
Mərkəzi Thames House, London Böyük Britaniya Birləşmiş Krallıq
Sədr Andrew Parker
Üzvləri Təxmini 4.000 - 4.500
mi5.gov.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MI5 — Britaniya kəşfiyyat xidməti. MI6'dən fərqli olaraq daxili kəşfiyyatla maraqlanır.

"Vətənin müdafiəsi"

[redaktə | mənbəni redaktə et]

İlk dəfə yazılı tarixi 2009-cu ildə işıq üzü görüb. Qurumun yaranmasının 100-cü ildönümü münasibətilə Kembric Universitetinin tarixçi-professoru Kristofer Endrüyə MI5-in tarixni yazmaq sifariş olunub və bunun üçün tarixçiyə arxivdən 400 mindən artıq məxfi sənəd təqdim olunub. Nəhayət, Endrü tərəfindən "Vətənin müdafiəsi" adlı min səhifəlik kitab hazırlanıb.

Kitabda Hitler faşizminə, sovet casuslarına, terror təhlükəsinə qarşı gizli mübarizəsi yer alır. Qeyd olunur ki, 1909-cu ildə cəmi 2 nəfərlə qurulan sözügedən kəşfiyyat xidmətinin hazırda 3 mindən çox əməkdaşı fəaliyyət göstərir.

Bununla yanaşı, tarixçi İkinci Dünya Müharibəsi zamanı MI5-in Britaniyadakı alman casuslarının çoxunu ələ keçirdiyini və onlardan 25 nəfərini öz hesabına işlədə bildiyini yazır.

Eyni zamanda, kitabda kəşfiyyat xidmətinin buraxdığı nöqsanlar da yer alır. Bu sırada Britaniya kəşfiyyatının içində yuxarı mərtəbələrdə çalışan və 1930-cu ildən etibarən SSRİ kəşfiyyatına xidmət edən "Kembric Beşliyi"ni illər boyu üzə çıxara bilməməsi MI5-in ən böyük uğursuzluğu kimi xarakterizə olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]