55°18′14″ şm. e. 53°11′12″ ş. u.HGYO

Müslim rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müslim rayonu
Bayraq Gerb
Bayraq Gerb

55°18′14″ şm. e. 53°11′12″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 10 avqust 1930
Sahəsi
  • 1.464,3 km²
Əhalisi
Əhalisi
  • 19.109 nəf. (2021)[1]
Rəsmi sayt
Müslim rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müslim rayonu (tatar. Мөслим районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Şimal-şərqdə Aktanış, şimalda Minzələ ilə, qərbdə Sarman ilə, cənub-qərbdən respublikanın Aznakay rayonları ilə, cənub-şərqdə Başqırdıstan Respublikası ilə (Bakalı rayonu) həmsərhəddir. Rayonun inzibati mərkəzi Müslim kəndidir.

1920-ci ilə qədər Müslim rayonunun ərazisi Ufa quberniyasının Minzələ qəzasına daxil idi. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sosialist Sovet Respublikasının tərkibinə daxil olur. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə ərazinin Minzələ və Sarman rayonlarına verilməsi ilə ləğv edilir. 12 yanvar 1965-ci ildə isə bərpa edilir. Rayonda 1930-cu ildə ümumilikdə 53136 hektar sahə əkilmişdir ki, bunun da 7.535 hektarı kolxozlar tərəfindən əkilir. 1932-ci ildə kolxozların əkdiyi sahə 49,897 hektar olur. 1934-cü ilə qədər 66 kolxozda 176 briqada işləyirdi.

Milli tərkib

Rayon əhalisi tatarlar (70,1%), başqırdlar (19,8%), ruslar (6,3%) və marilər (2,7%) ibarətdir[2]. Dini baxımından əhalisi müsəlman və provaslavdır.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Müslim rayonu ərazisinə 19 kənd inzibati vahidliyi daxildir ki, buradada ümumilikdə 70 yaşayış məntəqəsi vardır.

Müslim süd tozu fabriki, “Vamin Tatarıstan” İSC filialı,

Muslumovskaya ASC,

Muslumovskİ Məlumat-Redaksiya Mərkəzi,

Radial MMC,

Muslimlum Mühəndislik Şəbəkələri ASC

Tatavtodor Təmir İnşaat və Dizayn Birliyi, Müslim filialı,

"Agromaster" istehsal şirkəti.

Yol şəbəkəsi zəif inkişaf etmişdir. Əsas yollar: Almət - Müslim - Köhnə Baysarovo, Müslim - Çallı - Aznakay, Müslim - Saklovbaş - Yultimerovo. Rayon ərazisində cəmi 328 km yol vardır. Bu yolun 104,2 km-i asfalt yollar, 192,8 km-i çınqıl yollar və 30,6 km-i torpaq yollardır.

Dəmir yolları yoxdur.

Rayonda 16 orta, 11 əsas, 24 ibtidai ümumtəhsil məktəbi, 1 ixtisaslaşdırılmış lisey, 1 islah internat məktəbi, 1 orta peşə məktəbi fəaliyyət göstərir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Всероссийская перепись населения 2010 года. Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.