Lena Qlaz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lena Qlaz
ivr.אילנה דוד‏‎
Lena Qlaz 1982-ci ildə.
Lena Qlaz 1982-ci ildə.
Ölkə SSRİ SSRİ
İsrail İsrail
Doğum tarixi (63 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
Titulu qadınlar arasında beynəlxalq usta (1982)
Son reytinqi 2180 (noyabr 2018)
Maksimal reytinqi 2215 (yanvar 1987)
FİDE nömrəsi 2801370
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lena Qlaz (ivr.אילנה דוד‏‎; 23 may 1961, Bakı) — əvvəllər SSRİ-ni, 1979-cu ildən bu yana isə İsraili təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1982).

1977-ci ildə qadınlar arasında Azərbaycan SSR çempionatının qalibi olub. 1979-cu ildən İsraili təmsil etməyə başlayıb. 1980-ci ildə qadınlar arasında İsrail çempionatının qalibi olub. 1987-ci ildə Jeleznovodskda keçirilmiş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmiş və yekunda çilili Covanna Arbuniç Kastro ilə 10–11-ci yerləri bölüşdürmüşdür.[1]

Lena Qlaz qadınlardan ibarət şahmat üzrə İsrail yığmasının heyətində 1980, 1982, 1988 və 2014-cü illərdə Şahmat Olimpiadasının iştirakçısı olub.[2]

Lena Qlaz Yerusəlim Yəhudi UniversitetiniYerusəlim Musiqi və Rəqs Akademiyasını bitirib. O, hazırda Beer-Şeva Şahmat Məktəbinin direktoru və uşaq məşqçisi işləyir.

  1. "1985 Zeleznovodsk Interzonal Tournament : World Chess Championship (women)". www.mark-weeks.com. 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-04.
  2. Bartelski, Wojciech. "OlimpBase :: Women's Chess Olympiads :: Ilana David Glaz". www.olimpbase.org. 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]