Lazlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lazlar
Lazlar, 1900-cu il
Ümumi sayı
250 000
Yaşadığı ərazilər
Türkiyə Türkiyə 228 000 (2013)
Gürcüstan Gürcüstan 2 000 (1982)[1]
Rusiya Rusiya 160 (2010)[2]
Dili

Laz dili

Qohum xalqlar

meqrellər


Lazlar (meqrel ლაზეფი lazepi, gürc. ლაზები lazebi) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq.[3][4]

SSRİRusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı.[5]

Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı.[6]

border=none Əsas məqalə: Türkiyə əhalisi

Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir.

  • 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943[7] nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur.[8] Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi.
  • Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir .[10] Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır.
  • Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir.[11][12] Bu təxmini (0.297%) doğru qəbul etsək onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 228 min nəfər laz yaşamalıdır.
  • Türkiyenin Etnik Yapısı: Halkımızın Kökenleri ve Gerçekler. Yazar: Ali Tayyar Önder. Araştırma & İnceleme Serisi: 1, Yayın No: 1. Genişletilmiş 16. Baskı. Ankara: Fark Yayınları, 2007, 407 sayfa. ISBN 9789756424049
  1. Language Policy, Volume 3: Union Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine by Lenore A. Grenoble Arxivləşdirilib 2015-03-02 at the Wayback Machine. Dartmouth College, Hanover, New Hampshire, U.S.A. Kluwer Academic Publishers New York, Boston, Dordrecht, London, Moscow: Contents—>5. Caucasus—>2. The Georgian SSR, Table. 15. Languages and Speakers in Georgia, page 116
  2. Национальный состав населения [2010 Census: Ethnic composition of the population] (rus). Russian Federal State Statistics Service. 6 September 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 31 January 2015.
  3. "Картвельская семья языков". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-03.
  4. Лазы  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  5. Академия наук СССР, Институт языкознания. Георгий Андреевич Климов. Введение в кавказское языкознание. Ответственный редактор академик Борис Александрович Серебренников. Москва, Наука, 1986 год: Оглавление—>Глава III. Картвельские языки, стр. 56
  6. David H. Levinson. "Ethnic Groups Worldwide: a ready reference handbook" Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine
  7. Heinz Kloss & Grant McConnel, Linguistic composition of the nations of the world, vol,5, Europe and USSR, Québec, Presses de l'Université Laval, 1984, ISBN 2-7637-7044-4
  8. Escarré International Centre for Ethnic Minorities and Nations Arxivləşdirilib 2012-12-22 at the Wayback Machine: Recent Changes in Turkey’s Language Legislation
  9. Türkiye İstatistik Kurumu: 2. Şehir ve köy nüfusu, 1927–2000
  10. Türkiye İstatistik Kurumu : Adrese Dayalı Nüfus Kayıt Sistemi Sonuçları, 2013 Arxivləşdirilib 2012-07-19 at the Wayback Machine
  11. Milliyyet Qazetesi : 55 milyon kişi 'etnik olarak' Türk Arxivləşdirilib 2007-03-28 at the Wayback Machine
  12. "Konda Araştırma ve Danışmanlık : toplumsal yapı araştırması –Biz Kimiz ? (2006)" (PDF). 2010-10-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-02-03.