75°24′31″ şm. e. 140°50′35″ ş. u.HGYO

Kotelnı (ada)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kotelnı
saxa Олгуйдаах арыы
Ümumi məlumatlar
Sahəsi 23,200 km²
Hündür nöqtəsi 361 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
75°24′31″ şm. e. 140°50′35″ ş. u.HGYO
Ölkələr
Arxipelaq
Akvatoriya
Kotelnı xəritədə
Kotelnı
Kotelnı
Kotelnı xəritədə
Kotelnı
Kotelnı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kotelnı (saxa Олгуйдаах арыы) — Yeni Sibir adalarıının Anju qrupuna daxil olan ən iri adadır. Onun sahəsi 23,200 km² təşkil edir. Bunqe Torpağı və Faddeyevski yarımadası istisna olarsa sahəsi 11700 km² -dir[1]. Adanın ən hündür nöqtəsi — Malakatın-Tas dağıdır (361 м) 074°52′18″ şm. e. 138°45′26″ ş. u.HGYO(339 m). Ada 1773-cü ildə rus taciri İvan Lyaxovski tərəfindən kəşf edilir[2].

Ada Ust-Lensk dövlət təbiət qoruğunun ərazisinə daxildir. Bunqe Torpağı və Faddeyevski yarımadası bəzi xəritələrdə ayrı göstərilir.

Adanın ucqar nöqtələri

[redaktə | mənbəni redaktə et]

Adanın relyefi qayalıqlıdır. Təpəliklərlə örtülü ərazinin ən hündür nöqtəsi 361 metrdir.

Çayları hecdə böyük deyil və dayazdır. Balıktax çayı isə istisnadır və mənsəbində Çareva estuarisini əmələ gətirir. Adanın digər çayları: Krestovaya, Sannikov, Reşetnikova, Xastyur-yu-tax, Çukoçya, Xreptovoya və Urasixa (şimaldan), Volokitina, Yeneseyskaya (cənub-şərq), Balıktax, Draqosennaya (şərqdən) Ən iri gölü — Evsekyo-Kyoel.

Ada Arktik səhralar zonasında yerləşir. Ərazi daş suxurlar və otlarla örtülüdür.

Su samuru səyaye əhəmiyyəti daşıyır. Adada Şimal maralı papuliyasiyası yayılmışdır[3]. Həmcinin Ağ ayı və turaç yayılmışdır. Burada Mamont qalıqları aşkarlanmışdır.

İnfrastrukturası

[redaktə | mənbəni redaktə et]

1933-cü ildən adada Qütb stasiyası fəaliyyət göstərir. Üstəlik ovçuların düşərgəsi vardır.

Staniyasıyalar:

  • Sannikov boğaz stansiyası.
  • Kotelnı ada stansiyası.
  • Temp stansiyası.
Yeni Sibir adalarının xəritəsi (1820)

Ruslar adaya ilk ayaq basanda adada yaşayış olmamışdır. Bununla belə burada Yuqirlərin izlərinə rast gəlmək olardı[4]. Ada İvan Lyaxovski 1773-cü ildə kəşf edir. O, geriyə qayıdarkən adanın kəşfi barəsində məlumat verərkən topaq sahibi olan Xboynov adaya istiqamətlənir. O, adaya çatarkən onun sahilində Soba görür (yəni rus. Котельный) və adanı Kotelnı adlandırır[5].

1805-ci ildə Yakov Sannikov öz təsərrüfatını artırmaq məqsədi ilə adadan şərqə yönəlir. Burada isə Faddeyevski adasını kəşf edir. 1811 Yakov Sannikov Faddeeski adasını dövrə vurur. Adadan dənizə axan çayları örgənir. Faddeyevski adasını Kotelnı adasından ayıran boğazın körfəz olduğunu və hər iki adanın bir torpaq parçası olmasını aşkarlayır.

1822-ci ildə Pyotr Anju Faddeyevski yarımadasının qərb və şimal-şərq hissəsini araşdırır.

Adada həkim Qerman Eduardoviç Valterin qəbri yerləşir. O, ilk rus qütb ekspedisiyasının iştirakçısı olmuşdur. Onun iştiakçıları əfsanəvi Sannikov Torpağını tapmaq ümüdü ilə həyata keçirilmişdir. Onun nəşinin qalıqları 29 iyul 2011 bastırılmışdır[6][7].

Arktik iqlimə malikdir, sərtdir. Qar ilin 9–10 ay yerdə qalır. İyul ayının orta temperaturu +2,9°S, gecə isə −6°S düşür. Noyabrdan marta qədər şaxtalı olur və ən yüksək temperatur 0,3 dərəcə təşkil edir. Ən soyuq ay fevraldır. Bu aylarda tempertur −29.7 ; −49.9 dərəcə arasında dəyişir. −30° oktyabr-aprel ayları müşahidə edilə bilər.

Yerləşməsi akvatoriya

[redaktə | mənbəni redaktə et]
Adanın kosmik şəkili

Adanın qərb sahillərini Laptevlər dənizi, şərq sahilərini isə Şərqi Sibir dənizinin suları yuyur. Ada təbii olaraq iki dəniz arasında sərhəd rolunu oynayır. Ən iri laqunları (hamısı Laptevlər dənizi akvatoriyasına daxildir):

  • Durnaya
  • Nerpalax
  • Pşenisina
  • Reşetnikova
  • Stansiya

Şərqi Sibir dənizinin körfəzləri:

  • Draqosennaya
  • Bolşaya
  • Qedenştorm
  • Yakov Smirnis buxtası
  • Malıqinsev buxtası

Laptevlər dənizinin körfəzləri:

  • Nerpiçya
  • Staxanosev Artikası körfəzi

Yaxınlığında yerləşən adalar

[redaktə | mənbəni redaktə et]

Adanı yaxınlığında yerləşən adalara olan məsafə:

  1. Kotelnı[ölü keçid] — Böyük Sovet ensiklopediyası
  2. По следам полярных экспедиций. Часть II. На архипелагах и островах Arxivləşdirilib 2019-09-05 at the Wayback Machine — Белов М. И. — www.polarpost.ru
  3. "Temp yaşayış məntəqəsi". 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  4. "Yakov Sannikov". 2014-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  5. "N.Tujilin. Sənin ətrafında olan dünya". 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  6. "Qerman Valterin qəbri yeni əraziyə köçürülmüşdür". 2014-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  7. Эстонский посол благодарит Россию Arxivləşdirilib 2011-08-09 at the Wayback Machine 07.08.2011