Komolu Avundi
Naviqasiyaya keç
Axtarışa keç
Komolu Avundi | |
---|---|
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | 468 |
Vəfat yeri | |
Xatirə günü | 2 aprel |
Vikianbarda əlaqəli mediafayllar |
Komolu Avundi (lat. Abundius, Abondius, Abundias, it. Abbondio; bilinmir, Saloniki – 468, Komo) — Roma Katolik Kilsəsinin müqəddəsi, Komo şəhərinin yepiskopu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Avundi Yunanıstanın Saloniki şəhərində anadan olmuşdur. O, təxminən 448-ci ildə Komo şəhərinin yepiskopu təyin edilmişdir. Avundi 450-ci ildə Konstantinopolda Papa I Levin leqatı olmuş, burada 451-ci ildə Xalkidon Şurasında yeresiarx Evtihian əleyhinə fəal çıxış etmişdir. O, 452-ci ildə Milan sinodunda iştirak etmişdir.
1095-ci ildə Papa II Urban Komoda müqəddəs Avundinin şərəfinə bir romanesk kilsə tikdirmişdir. Katolik Kilsəsində xatirə günü 2 apreldir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Siro Borrani, Il Ticino Sacro. Memorie religiose della Svizzera Italiana raccolte dal sacerdote Siro Borrani prevosto di Losone, Lugani, Tip. e Libreria Cattolica di Giovanni Grassi, 1896.