Kobra effekti
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kobra effekti bir vəziyyətin xarakteristikası üçün tətbiq edilən idiomatik ifadədir, hansı ki, hər hansısa bir problemin həll edilməsi üçün qəbul edilmiş qərar bu problemi həll etmir, və birbaşa əksinə hədəflərə nəticəyə tez-tez aparır[1][2].
"Kobra effekti" termini Hindistanda, ingilis müstəmləkə dövründə yaranıb. İngilislər, həddindən artıq kobra çoxalmasını aşkar etmişdilər. Qubernator zəhərli heyvanlardan qurtulmaq üçün, hər ilan başına görə mükafat təyin etmişdi. Əvvəlcə, onları məhv etməsindən sonra, ilanların miqdarı tez azaldı. Ancaq sonra hindlilər tez uyğunlaşdılar: mükafat almaq üçün, kobraları yetişdirməyə (saxlamağa) başladılar. Sonda, öldürülmüş kobra üçün mükafat ləğv ediləndən sonra, ilan saxlayanlar, qiymətdən düşmüş ilanları iradəyə buraxmışdılar, və məlum oldu ki, zəhərli kobraların miqdarı yalnız azalmadı, hətta artdı.
Analoji vəziyyət Vyetnamda, fransız müstəmləkə idarəsi dövründə, Hanoy şəhərində yaranmışdı. Onda müstəmləkə hakimiyyəti, hər öldürülmüş siçovula görə mükafat ödəyərək, siçovulların məhv edilməsi proqramını hazırladı. Nəticədə, əhali, qazanmaq üçün, siçovulları yetişdirməyə (saxlamağa) başladı[3].
Daha bir nümunə: sərçələrin məhv edilməsi. Bu, Çində, Great Leap Forward siyasət çərçivəsində, təşkil edilmiş, kənd təsərrüfatı zərərvericilərə mübarizə üzrə genişmiqyaslı kampaniyadır. Sərçələrin məhv edilməsi, ekoloji balansın ağır pozmalarına gətirib çıxarddı – məhsulları qıran həşəratların əhalisi kəskin artdı. Volüntarist eksperimentlər, kollektivləşdirilmə ilə birləşərək, böyük aclığa səbəb gətirdi.
Məşhur alman iqtisadçısı, Horst Siebert, öz kitabında, iqtisadiyyat və siyasət sferalarında çox nümunə gətirir, nə vaxt ki, hakimiyyət, nizama salmaları tədbir görərək, o şəxslərin gələcəkdə verilən reaksiyalarnı tam ölçüdə nəzərə almırdılar. Problemin yaxşı analizi olmadan qəbul edilən qərarlar, və arzu olunan nəticəyə çatmayanlar, "kobra effekti" adını almışdılar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Буренин А. "Эффект кобры. Целеполагание – стержень бюджетной политики" (rus). Политический журнал. 2012-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-03.
- ↑ Хорст Зиберт. "Эффект кобры: Как избежать заблуждений в политике /Пер. с нем" (rus). М: Новое издательство, 2005. 2012-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-03.
- ↑ Vann, Michael G. "Of Rats, Rice, and Race: The Great Hanoi Rat Massacre, an Episode in French Colonial History". French Colonial History. 4. 2003: 191–203. doi:10.1353/fch.2003.0027.