Knut (ayı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Knut
Ayının 23 mart 2007-ci ildə cəmiyyət qarşısına ilk çıxışı
Məlumatlar
Növü Ağ ayı
Cinsi Erkək
Doğum tarixi 5 dekabr 2006
Doğum yeri Berlin zooparkı
Ölüm tarixi 19 mart 2011
Ölüm yeri Berlin zooparkı
Ölkə Almaniya Almaniya
Fəaliyyət illəri 2007 — 2011
Çəkisi 130 kq

Knut (Almanca tələffüz: [ˈknuːt]  ( dinlə)) (5 dekabr 2006–19 mart 2011) — Berlin zooparkında doğulmuş məşhur ağ ayı. Doğulduğunda anası tərəfindən rədd edilməsi nəticəsində zoopark işçiləri tərəfindən tərbiyə edilmişdir. 30 ildir Berlin zooparkında körpəlik mərhələsini keçərək ən çox yaşaya bilən ilk ağ ayı balası idi. Knut beynəlxalq müzakirə mövzusuna çevrildikdən sonra, zoopark turistik və kommersiya uğurlarına imza atdı.[1] Almaniyanın Bild qəzeti heyvan hüquqları fəalının zooparkda bu heyvanın böyüdülməsini pisləyən bir məqalə yayımlandığı zaman, dünyadakı pərəstişkarları onun tərbiyəsini insanlar tərəfindən dəstəkləmək üçün hərəkətə keçdilər. Uşaqlar zooparkdan kənarda etiraz etdilər və dünyanın hər yerindən rəğbət ifadə edən e-poçtlar göndərildi.[2]

Məşhur Knut ayısı, oyuncaqlarda, müxtəlif KİV-lərdə, DVD-lərdə, kitablarda və "Knutmania" adlı bir media fenomeninin mərkəzində olmağı bacardı.[3] Bütün bunların nəticəsi olaraq, 2007-ci ildə Berlin zooparkında ayının gəlirində təxminən 5 milyon avro artım oldu.[4] Zooparkın illik ziyarətçi sayı təxminən 30% artdı, beləliklə 2007-ci il, 163 illik tarixinin ən gəlirli ili olaraq seçildi.[5] Knut ayısı 19 mart 2011-ci ildə, günorta saatlarında, dörd yaşında ikən vəfat etdi.[6]

19 mart 2011-ci ildə Knut gözlənilmədən dörd yaşında öldü. Ensefalit xəstəliyindən əziyyət çəkən ayının ölümünə əsas səbəb isə hovuzda boğulması oldu.

Knut Dörflein və ABŞ-nin Almaniyadakı səfiri Uilliam Timken ilə, 2007, aprel

Knut Berlin zooparkında anadan olub. Anası Kanadada doğulmuş və Şərqi Almaniyada bir sirkdə işləyən 20 yaşlı Toska, atası isə Münhendəki Hellabrunn zooparkında yaşayan 13 yaşlı Lars idi.[7] Toska, 5 dekabr 2006-cı ildə Knut və onun qardaşını dünyaya gətirdi. Lakin naməlum səbəblərdən balalarını qütb ayı qəfəsindəki qayaya qoyub getdi. Knutun qardaşı, zoopark mühafizəçiləri tərəfindən balıq ov toru ilə qurtarılsa da, dörd gün sonra infeksiyadan öldü. Dəniz donuzcuğu boyda olan Knut, zoopark işçisi Thomas Dorfleinin nəzarətinə girməzdən əvvəl həyatının ilk 44 gününü inkubatorda keçirməli oldu.[8]

Knutun daimi qayğıya ehtiyacı olduğuna görə Dorflein gecə saatlarında bala yanında yataqda yatırdı. Hər gün onunla oynayır, yuyur və yedirirdi. Başlanğıcda Knutun yeməyi, hər iki saatda verilən balıq yağı qarışığı ilə bir şüşə uşaq südündən ibarət idi. Dörd aylığına qədər, sadəcə pişik yeməyi və müxtəlif vitaminlərlə qarışıq süd sıyığı yeyə bildi.[9][10] Bununla yanaşı, Dorflein həftədə 3 dəfə olmaq üzərə bala ayı ilə 1 saatlıq şou təşkil edirdi. Beləliklə, bala ilə birlikdə bir çox şəkil ilə videoda iştirak etdi və Almaniyada tanınmağa başladı. Knut'a diqqətlə baxdığına və bunun üçün səy göstərdiyinə görə Berlin Ləyaqət mükafatına layiq görüldü.[11] Dorflein 22 sentyabr 2008-ci ildə infarktdan vəfat etdi.[12]

İki yaşında Knut, 2008, dekabr

2007-ci ilin mart ayının əvvəlində alman tabloid Bild-Zeitung, heyvan hüquqları müdafiəçisi Frank Albrextin Knut bala ayısının öldürülməsinin, insanlar tərəfindən "ev heyvanı" olaraq böyüdülüb alçaldılmasından daha yaxşı olduğunu bildirmişdir. Həmçinin, zoopark məmurlarının ən təhlükəli heyvan növlərindən biri olan bu ayını saxlaması heyvanların qorunması qanunvericiliyinə zidd olduğunu da sitat gətirmişdir.[13] Aaxen zooparkının meneceri Uolfram Qraf-Rudolf, Albrext ilə eyni fikri bölüşdü və zoopark rəsmilərinin ayının ölməsinə imkan vermək üçün cəsarət göstərməli olduğunu bildirdi və baxıcısı Dorfleinsiz keçirdiyi hər dəqiqədə "bir az daha öləcəyini" firkini müdafiə etdi.[14] Bir qrup uşaq, "Knut Yaşamalı" və "Biz Knutu sevirik" sözləri yazılmış plakatlar tutaraq zooparka etirazlarını bildirdi, digərləri isə bala ayının həyatını bağışlamağı xahiş edən məktublar və bir çox elektron poçt göndərdilər. Bununla yanaş, Albrextə çoxlu sayda təhdid məktubları göndərildi. Berlin zooparkı ağ ayı balasını dəstəkləmək üçün hərəkətə keçdi və ona zərərin dəyməyəcəyi vəd edildi.

Heç bir heyvan hüquqları təşkilatı ilə əlaqəsi olmayan Albrext, daha sonra bu fikirlərin bala ayının öldürməməsi üçün deyil, qanunu dəyişdirmək üçün söylədiyini iddia etdi.[15] Bu xəbərin yayılması ilə Knutun milli nüfuzu beynəlxalq hala gəldi.[16][17]

Debütündən 6 ay öncə 90 kq ikən, 31 oktyabr, 2007.

Knut ilk dəfə 23 mart 2007-ci ildə cəmiyyət qarşısına çıxmışdır.[18] Reportaj vermək üçün dünyanın dörd bir tərəfindən təxminən dörd yüz jurnalist Berlin zooparkına gəlmişdi və bu gün "Knut Günü" olaraq adlanırıldı. Bir yaşında olarkən bala ayının sağlamlığı ilə bağlı bir çox yalan xəbərlərin yayılması onun uşaqlıqdan məşhurluq qazanmasına səbəb olmuşdur.[19] 16 aprel 2007-ci ildə Knut diş ağrısı səbəbiylə qısa müddət göz önünə çıxarılmadı, lakin jurnalistlər onun bilinməyən bir xəstəliyin ola biləcəyini söylədi.[20] Knut bir çox ölüm təhdidi də aldı. 18 aprel 2007-ci il çərşənbə günü naməlum bir şəxs tərəfindən zooparka "Knut öləcək! Çərşənbə axşamı günorta saatlarında!" (alm. Knut ist tot! Donnerstag Mittag!‎) yazılı faksın göndərilməsi polisin zooparkdaki təhlükəsizliyi artırmasına səbəb olmuşdur.[21][22]

2007-ci ilin noyabr ayında Knut 90 kq ağırlığa çatmışdı və ona yaxından xidmət etmək çox təhlükəli vəziyyətə gəlmişdi. Yüzlərlə uşaq ayının birinci ildönümünə qatıldı. Şənlik bir çox alman televiziya kanallarında canlı yayımlandı.Ayının ilk ildönümü şərəfinə milli zərbxana tərəfindən 25.000 gümüşü xatirə sikkə basdırıldı.[23] Bild jurnalı, 2007-ci ilin dekabrında Nürnberq zooparkında anadan olmuş Flok adlı ayını xanım Knut adlandırmış və iki alman əsilli ağ ayını dost olmağa çağırmışdır.[24]

Zoopark işçisi Tomas Dorflein Knut ilə oynayarkən, 2007, may

Çıxışından bir il sonra Knutun 130 kq olduğu bildirildi. Ayı ilə ziyarətçilər arasına altı düymlük qalın bir şüşə yerləşdirildi.[25] 2008-ci ilin mart ayının sonunda ayını böyüdən şəxslərindən biri olan Markus Röbke, onu tək yaşamağa öyrəşməsi üçün zooparkdan ayrılmalı olduğunu söylədi.[26] Röbke həmçinin, Knutun, atası kimi sevdiyi Tomas Dorflein üçün darıxdığını və tək olduğu zaman ağladığını bildirdi.[26]

2008-ci ilin iyulunda Knutun atasına ev sahibliyi edən Neumünster zooparkı Knutun uğurundan qazanc əldə etmək üçün Berlin zooparkını məhkəməyə verdi.[27] Neumünster əvvəlcə Berlin zooparkı ilə mehriban olmağa çalışdı, lakin sonradan Knutdan gəlirlərinin bir hissəsini vermək üçün məhkəməyə müraciət etdi. Neumünster zooparkının direktoru Peter Drüua, "Biz Knutun dairəsindən ayrılmağını istəmirik, ancaq pul istəməyə də haqqımız var" dedi.

Knut 2011-ci ilin yanvar ayında

İkinci ildönümündə ayının qəfəsinə yerləşmədiyi üçün başqa bir zooparka köçməli olduğu barədə xəbərlər yayıldı, lakin zoopark rəhbərliyi Knutu hələ də saxlamaq istədiklərini söylədi. İki zoopark arasında mübahisə 2009-cu ilədək davam etdi.[28] Mayın 19-da Berlin zooparkı Neumünster zooparkından Knutu "almağı" və iki yaşlı qütb ayısına maddi hüquq əldə etməyi təklif etdi. Neumünster zooparkı tərəfindən 700.000 avro istənməsinə baxmayaraq, Berlin zooparkı 350.000 avrodan bir qəpik belə artıq verməyəcəklərini bildirdi.[29] 8 iyulda Berlin zooparkı Knutun Berlində qalması üçün 430.000 avro ödəməyə razı oldu.[30]

Knut ilə eyni yaşda olan Giovanna, 2009-cu ilin sentyabrında Münhendəki Hellabrunn zooparkından Berlinə aparıldı. Ona qala biləcəyi bir yuva hazırlananadək Knutun qəfəsində qaldı.[31] Giovannanın gəlişi ilə dünyanın bir çox yerindən insanlar maraqlandılar, çünki hər iki ayı eyni yaşa malik idi. Lakin 2010-cu ilin mart ayında Heyvanlara üçün Mübarizə Birliyi (PETA) Giovannanı başqa yerdə qalmağa çağırdı.[32] Knut və Giovanna eyni babadan idi, üç il əvvəl Knutun tərbiyəsi haqqında danışan PETA sözçüsü Frank Albrext, eyni cinsdən olduqları təqdirdə alman qütb ayısı sayının ciddi şəkildə təhlükə altında qala biləcəyini bildirdi. Berlin zooparkı buna cavab vermədi, lakin Giovannanın qalmasının qısa müddətli olduğunu bildirdi. 2010-cu ilin avqustunda Giovannanın evinin təmiri başa çatdı və yenidən Münhenə köçdü.[33][34]

Knutun xatirəsinə qoyulmuş "Xəyalpərəst Knut" abidəsi

19 mart 2011-ci ildə Knut dörd yaşında ikən qəfəsdə öldü. Ağ ayıları adətən 30 yaşına qədər yaşaya bilir. Təxminən 600–700 zoopark ziyarətçisi Knutun ölümünün şahidi oldular.[35] Görənlər ayının suya düşməzdən əvvəl sol ayağından titrədiyini söylədilər. Berlin meri Klaus Uouovereit, ayının "Berlin zooparkının ulduzu" olduğunu söylədi.[36] Ölümün səbəbi dərhal müəyyən edilə bilmədi və zoopark meyityarma prosesindən sonra açıqlama ediləcəyini bildirdi.[37] Martın 22-də edilən açıqlamada, meyityarma nəticəsi olaraq "beyindəki qəfil ölüm səbəbi ola biləcək əhəmiyyətli dəyişikliklər" olduğu bildirildi.[38] Martın 26-da Knutun nəfəs ala bilməmə nəticəsində öldüyü məlum oldu. Kompüter tomoqrafiyası müayinəsində, ayının beynində atası Larsdan keçmiş olduğu düşünülən anormallıqlar aşkar edildi. Knutun beyni Leibniz Vəhşi Heyvanlar Tədqiqatı İnstitutunda (IZW) tədqiq olunmağa başlandı.[39][40]

1 apreldə mütəxəssis patoloqlar Knutun qəfil ölümünün boğulmadan meydana gəldiyini açıqladı. Ayının boğulmasına səbəb olan isə beyin iltihabı ensefaliti olmuşdur.[41] İltihaba səbəb olan infeksiya tam olaraq bilinmir, ancaq patoloqlar bunun bir virusdan qaynaqlandığına inanırlar. Knut xəstəliyin əlamətlərini göstərməsə də, patoloqlar inanırlar ki, bu şübhəli infeksiya uzun müddətdir onun bədənində davam edir.

Kommersiya uğurları

[redaktə | mənbəni redaktə et]
Hovuzdan çıxan Knut silkələnərkən, 2010, sentyabr

Berlin zooparkı 2007-ci ilin mart ayının sonunda qeydə alınmış ticarət nişanı kimi "Knut"u patentləşdirdi.[42] Nəticədə, Berlin birjasında onun payı iki dəfədən çox oldu. Bir həftə sonra şirkət payı təxminən 2000 avro dəyərində olduğu halda, 4820 avro səviyyəsinə qalxdı. Zoopark 2007-ci il üçün fəallıq göstəricilərinin 30% artaraq, ən gəlirli il olduğunu açıqladı.

Knutun anadan olmasının ilk ildönümünə həsr edilmiş Azərbaycan markası

Knut həmin il Berlin Zooparkına gələn ziyarətçilər ilə yanaşı, satışa çıxarılan malların dəyəri ilə birlikdə ümumilikdə 5 milyon avro qazandırdı. Müxtəlif şirkətlər zəng səsləri və sevimli oyuncaqlar kimi məhsullar hazırlayaraq Knutu əhatə edən diqqətdən qazanc əldə etməyi bacardı. Oyuncaq ayı şirkəti Steiff, Knuta oturmağa, gəzməyə, dayanmağa və uzanmağa icazə verən çoxfunksiyalı ayı oyuncaqlar istehsal etdi. İlk 4,400 oyuncaq dörd gün ərzində təkcə Berlin zooparkında satıldı. Steiff şirkətinin qazandığı pullar zooparkdakı qütb ayısının evini təmir etmək üçün istifadə edildi.[43] Şirniyyat firması Haribo 2007-ci ilin aprel ayında satışa çıxarılan Cuddly Knut adlı bir məhsul təqdim etdi. Şirkət satılan hər satılan bağlamaya görə zooparka on qəpik bağışlamağa söz verdi. Jelibonların satışı çox yaxşı olduqda, Bonn mərkəzli Haribo şirkəti tələbatı ödəmək üçün ikinci bir fabrik açaraq istehsalı artırmalı oldu.[44][45]

Knut Almaniyada da müxtəlif mahnılara ilham verdi. Köpenikdən doqquz yaşlı Kitty tərəfindən nəşr olunan "Knut sevimlidir" və "Knut, balaca ağ ayı" adlı sinqllar da bunlardan biridir.[46][47] Britaniyada musiqili komediyaçı Mitç Benn, "The Now Show" adlı satirik şou üçün Knut haqqında üç mahnı: "Körpə Ayısı ölməlidir!", "Knut Şirin deyil və ayının Neumünster zooparkına daşınması barədə olan "Sağol, Knut" balladasını ifa etmişdir. Knut bir çox DVD-də yer almışdır. 29 mart 2007-ci ildə Vanity Fair alman jurnalının üz qabığında yer almış və daxili səhifələrdə ayı balasının həyatı haqqında məlumatlar verilmişdir.[48]

1 may 2007-ci ildə Nyu-Yorkda yerləşən Turtle Pond nəşrləri və Berlin zooparkı qlobal istiləşmə ilə bağlı məlumatlılığı artırmaq ümidi ilə Knut’un dünya miqyasında yayım hüquqları üçün müqavilə imzaladı. Knutun əvvəllər yayımlanmamış şəkillərini ehtiva edən "Kiçik ağ ayı Knut" adlı kitab yazılmışdır. Knut haqqında bir çox kitab artıq Almaniyada nəşr olunsa da, bu Berlin zooparkı tərəfindən hazırlanan ilk kitab olmuşdur.[49] Kitab Ravensburger tərəfindən 26 iyul 2007-ci ildə Almaniyada nəşr olundu və Amerikanın Scholastic nəşriyyat şirkəti ingilis dilində nəşrini eyni ilin noyabr ayında ABŞ-da "Bir balaca qütb ayısı dünyaya necə əsir etdi" adı altında çap edildi. Kitabın tərcüməsi üçün haqqlar Yaponiya, İngiltərə, Meksika, Çinİtaliyadakı nəşriyyatlara da satıldı.

31 dekabr 2007-ci ildə zoopark müdiri, Cəsur balıqSupernova kimi əsərləri olan Hollivud rejissoru Eş R. Şahdan ayının həyatı haqqında cizgi filmi çəkmək üçün bir təklif aldığını təsdiqlədi.[50] Şah, Berlin zooparkında 3.500.000 avro dəyərində film sazişi ilə görüşdüyü bildirildi. Alman filmi "Knut və dostları"nın premyerası 2 mart 2008-ci ildə Berlində baş tutdu.[51] Knutun anası tərəfindən tərk edildikdən sonra necə böyüdüyünü izah edən filmin rejissoru Maykl Conson, həmçinin Arktika bölgəsindən olan bir ayı ailəsi və Belarusiyadan olan iki qonur ayı balası da filmdə yer aldı.[52]

Ətraf mühit problemləri

[redaktə | mənbəni redaktə et]
2007-ci ilin aprel ayında ayı

Berlin zooparkı qəyyumu Dr. Cerald Uhlik, Knutun geniş bir ərazidə məşhurluğuna görə bir ünsiyyət vasitəsinə çevrildiyini və ətraf mühit məsələlərinə marağı artırdığını söylədi.[53] Nəticədə Almaniyanın ətraf mühit naziri Siqmar Qabriyel Knut-u 2008-ci ildə Bonnda keçiriləcək nəsli kəsilməkdə olan növlərlə bağlı konfrans üçün maskot olmasını rəsmi olaraq qəbul etdi. Nazir, zooparka gələrək Knut ilə görüşdü və ayının təhlükə altında olmadığını bildirmişdir. Daha sonradan bu sözləri ifadə etmişdir:

" Dünyadakı qütb ayıları təhlükə altındadır. Knut bu problemə kömək edə bilsə, yaxşı olardı. "

Fotoqraf Enni Leybovitz, Vanity Fair jurnalının amerikalı aktyor Leonardo DiKaprio haqqında 2007-ci ilin may ayı buraxılışı üçün istifadə olunduğu əsərləri də daxil olmaqla ətraf mühitin qorunması məsələlərinə təşviq üçün Knutun şəkillərini çəkdi. Knut, eyni zamanda Almaniya Ətraf Mühit Nazirliyinin 2008-ci il xüsusi möhür buraxılışı və qlobal istiləşmənin qarşısının alınması kampaniyasının loqotipində də təsvir edilmişdir. Aprelin 9-da rəsmi olaraq buraxılan möhürdə təxminən bir yaşındakı Knut, "Dünya miqyasında təbiəti qoru" (alm. Natur weltweit bewahren‎) şüarı ilə təsvir olunub.[54]

  1. "Baby bear becomes media star". News BBC. 23 mart 2007. 1 April 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  2. Spiegel, Der. "Reprieve For Berlin's Polar Bear Cub: Knut Will Live, Promises Berlin Zoo - DER SPIEGEL - International". www.spiegel.de (ingilis). 29 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  3. Spiegel, Der. "Polar Bear Turned Cash Cow: Knut the Business-Bear - DER SPIEGEL - International". www.spiegel.de (ingilis). 5 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  4. "Move over Knut:Germany's new polar bear cub debuts". Reuters (ingilis). 9 aprel 2008. 26 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  5. "The Times & The Sunday Times". www.thetimes.co.uk (ingilis). 29 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  6. "Beloved polar bear Knut has died". The Daily Telegraph. 19 mart 2011. 22 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  7. Roger, Boyes. "The little polar bear that grew too big for any more cuddles". www.thetimes.co.uk (ingilis). The Times. İstifadə tarixi: 10 may 2020.[ölü keçid]
  8. "He's too cute to bear". www.mirror.co.uk. 26 yanvar 2007. 5 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  9. Spiegel, Der. "Knut's Keeper Confesses: 'Sometimes I Could Hurl Him Against the Wall' - DER SPIEGEL - International". www.spiegel.de (ingilis). 1 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  10. "Knut The Polar Bear Delights Fans On First Day Out". web.archive.org. 9 aprel 2009. Archived from the original on 9 April 2009. İstifadə tarixi: 10 may 2020.
  11. Spiegel, Der. "Knut's Keeper Gets Medal: Arise, Sir Dörflein - DER SPIEGEL - International". www.spiegel.de (ingilis). 21 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  12. Spiegel, Der. "Knut's Keeper: Thomas Dörflein Found Dead - DER SPIEGEL - International". www.spiegel.de (ingilis). 3 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  13. "Berlin Zoo's baby polar bear must die: activists". www.ninemsn.com. 4 oktyabr 2012. Archived from the original on 4 October 2012. İstifadə tarixi: 10 may 2020.
  14. "Berlin rallies behind baby bear". BBC News. 20 mart 2007. 16 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  15. "Look Out Knut...It's A Zoo Out There". www.abc.net.au (ingilis). Australian Broadcasting Corporation. 2 aprel 2007. 25 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  16. "For Germans, Knut Is Almost Too Cute to Bear". NPR.org (ingilis). 23 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  17. "Activist to zoo: Wrong to save baby polar bear". www.msnbc.msn.com. MSNBC. 5 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  18. ""Knut Day" in Berlin as polar bear cub goes public". Reuters (ingilis). 23 mart 2007. 26 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  19. Connolly, Kate. "Rejected at birth, Knut becomes Berlin zoo's bear essential". The Guardian. 24 mart 2007. 17 December 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  20. "Knut the polar bear suffers teething pain". www.msnbc.msn.com. MSNBC. 5 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  21. "Berlin's polar bear cub Knut receives death threat". Reuters (ingilis). 19 aprel 2007. 26 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  22. "Guards protect Knut after death threat". the Guardian (ingilis). 19 aprel 2007. 24 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  23. "Knut the bear celebrates first birthday with fish cake". AFP. 7 oktyabr 2012. Archived from the original on 7 October 2012. İstifadə tarixi: 10 may 2020.
  24. "German Polar Bear Cub Dubbed "Flocke"". www.cbsnews.com. 14 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  25. "Still think I'm cute? One year on, cuddly Knut has turned into a 22st killing machine". Mail Online. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  26. 1 2 Spiegel, Der. "Polar Bear Missing Human Contact : Knut Pining For His Lost Friends - DER SPIEGEL - International". www.spiegel.de (ingilis). 30 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  27. "Zoos Fight For Knut Loot". Forbes (ingilis). 8 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  28. "Star Bear Knut to stay at Berlin". BBC. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  29. Glendinning, Lee. "Zoos in battle over Knut the polar bear's riches". The Guardian. 10 iyul 2008. 28 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  30. Wroe, David. "Berlin Zoo determined to keep star attraction Knut". The Daily Telegraph. 10 dekabr 2008. 25 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  31. "Polar bear Knut's friend Giovanna meets the press". Associated Press. İstifadə tarixi: 10 may 2020.[ölü keçid]
  32. "Famed Polar Bear Knut Enters Dating World". www.cbsnews.com. CBS News. 27 September 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  33. "Knut Should be Castrated, Animal Rights Group Says". ABC News (ingilis). 8 March 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  34. Irvine, Chris. "Knut the polar bear separated from girlfriend". The Daily Telegraph. 2 avqust 2010. 25 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  35. "Star German polar bear Knut dies". BBC News. 19 mart 2011. 18 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  36. "World News - Breaking International Headlines & Exclusives | Toronto Sun". Toronto Sun (ingilis). 22 March 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  37. "Knut, star of Berlin Zoo, dies suddenly". Ottawa Citizen. İstifadə tarixi: 10 may 2020.[ölü keçid]
  38. "Knut, the polar bear raised by Berlin zoo keepers, dies in compound". the Guardian (ingilis). 19 mart 2011. 1 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  39. "Epilepsy killed celebrity polar bear Knut: report". Reuters (ingilis). 26 mart 2011. 19 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  40. "Eisbär Knut starb nach epileptischem Anfall". FOCUS Online (alman). 25 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  41. "Experts: German celebrity polar bear Knut drowned". Associated Press. 5 April 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  42. "Planet Ark News". Planet Ark (ingilis). 10 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  43. "Sweet as a Knut". Channel 4. 27 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  44. "Bloomberg - Are you a robot?". www.bloomberg.com. 19 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  45. "Haribo expands Knut gummy bear production". Reuters (ingilis). 20 aprel 2007. 26 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  46. "Girl releases baby bear song". BBC. 30 mart 2007. 16 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  47. "Kitty singt Knut in die Hitparade - Bild.T-Online.de". Das Bild. 27 dekabr 2007. Archived from the original on 27 December 2007. İstifadə tarixi: 10 may 2020.
  48. "Germany goes Knuts about the cuddly polar bear cub". The Scotsman. 22 oktyabr 2007. Archived from the original on 22 October 2007. İstifadə tarixi: 10 may 2020.
  49. "Berlin Zoo introduces children's book". Bay Ledger News. 13 dekabr 2013. Archived from the original on 13 December 2013. İstifadə tarixi: 10 may 2020.
  50. "Coming soon: Knut the Hollywood movie". the Guardian (ingilis). 1 yanvar 2008. 16 February 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  51. Spiegel, Der. "Move Over Brad Pitt : Polar Bear Knut to Become Hollywood Star - DER SPIEGEL - International". www.spiegel.de (ingilis). 18 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  52. "The Latest News from the UK and Around the World". Sky News (ingilis). 7 September 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  53. Burke, Jason. "Knut's a millionaire bear, while he's cuddly". The Observer. 12 may 2007. 13 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  54. "Vanity Fair May 2007 Table of Contents". Vanity Fair. 30 November 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]