Kilim
Xalça | |
kilim | |
---|---|
Xalça haqqında məlumatlar | |
Tam adı | Yun kilim |
Növü | Xovsuz xalçalar |
Ölkə | Azərbaycan |
Bölgə | Şirvan |
Toxunması haqqında məlumatlar | |
Başlanma | XIX əsr |
Üslubu | Naxışlı toxunma yun xalça |
Vikianbarda əlaqəli mediafayllar |
Kilim — xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir. Lakin cecim, palaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və ya uzunu boyu aparılmır. Kilimdə müxtəlif rəngli arğaclar bir cərgədə düzülə bilər. Beləliklə hər cərgədə müxtəlif rəngli iplərin sayını artırıb azaltmaqla toxucu şaquli istiqamətdə yönəlmiş həndəsi ornament zənginliyinə nail ola bilər. Zonasından və ənənəsindən asılı olaraq belə ornamentlər gah iri, gah da xırda formalı olurlar. Bəzən toxucu bir məmulatın toxunuşunda həm palaz, həm də kilim texnikasından istifadə edir. Bu da öz növbəsində toxunulan məhsulun bədii keyfiyyətlərini artırırdı.
Kilim texnikasında toxunan məmulat içərisində qədirqə xüsusilə qeyd olunmalıdır. Toxunuşuna görə kilimin bir növü olan qədirqənin iri şaquli formalı zolaqları vardır. Bu zolaqlar ardıcıl olaraq isti və soyuq çalarlardan təşkil olunur. Müxtəlif rəngli zolaqların kənarı boyunca onların konturunu təkrarlayan saya ip buraxılırdı.
Bədii analiz
[redaktə | mənbəni redaktə et]Xovsuz xalçaların ən geniş yayılmış növu kilimdir. Kilimlər iplərlə naxışlama yolu ilə daha mürəkkəb hörmə tikməklə toxunur. Kilim həndəsi naxışların əhatə etdiyi çatvari işıq zolağı ilə səciyyələnir. Bu çatvari işıq zolağı şəbəkə effekti verir. Kilimin texnologiyasına əsasən naxışlar romb, üçbucaq və trapesiya formasında olur. Bitki mənşəyinə malik bütün elementlərin, heyvan, quş və insanların rəsmlərin həndəsi təsviri verilir. Kilimin müxtəlif zonalarındakı tikişlər kompozisiyası, naxışları və rənginə görə bir-birindən fərqlənir.
Texniki xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Texniki xüsusiyyətlərinə görə kilimləri istehsal mərkəzlərinə əsasən 5 əsas qrupa bölmək olar: Qazax kilimləri, Qarabağ kilimləri, Abşeron kilimləri, Şirvan kilimləri və Təbriz kilimləri. Bu kilimlərin səciyyəvi xüsusiyyəti kompozisiyanın tarazlığı, rənglərin ziddiyyəti və dəqiq simmetriya, iri və xırda romb və qarmaqvari elementlər qismində, daha qabarıq və ifadəli ənənəvi naxışdan ibarətdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Bu məqalə qaralama halındadır. |