19°02′43″ şm. e. 50°14′29″ q. u.HGYO

Kepler-10b

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kepler-10b
Kepler-10b-nin ölçülərinin Yerlə müqayisəsi
Kepler-10b-nin ölçülərinin Yerlə müqayisəsi
Kəşfi
Kəşf edənBatalha və başqaları
Kəşf tarixiYanvar 10, 2011
Kəşf üsuluTranzit (Kepler Missiyası)
Orbital xarakteristikası
Dövr 0.837495 d
20.0999 h
Böyük yarımoxu
0.01684 AU
Oribitin orta radiusu
1.47 Yer radiusu
Orbitinin ekssentrisiteti0
Əyilməsi85,1 ± 3,4 °[1]
Özünə xas ekssentrisitet
0,06 ± 0,16[2]
Fiziki xarakteristikaları
Kütləsi3.72±0.42 Yer kütləsi
Orta sıxlığı
6.46±0.73 g/cm3
15 m/s2 (49 ft/s2)
Şimal qütbünün meyllənməsi
+50° 14′ 28,701617339″[4][5]
Albedo0.5
Temperatur1,833 K (1,560 °C; 2,840 °F) (gündüzlər)
50 K (−223.2 °C; −369.7 °F) (gecələr)[3]

Kepler-10b — Kepler Kosmik Teleskopu tərəfindən Günəş sistemindən kənarda kəşf edilmiş ilk qayalı planet.[6]

Yerə bənzər planetlərin öz ulduzlarının qarşısından keçdiyini kəşf etmək məqsədi daşıyan NASA-nın idarə etdiyi Kepler Missiyası zamanı bir neçə aylıq məlumatların toplanmasından sonra kəşf edilmişdir. Planetin kəşfi 2011-ci il yanvarın 10-da elan edildi və onun mövcudluğu Havaydakı W. M. Keck Rəsədxanasının ölçmələri ilə təsdiqləndi. Onun kütləsi 3,72±0,42 Yer kütləsi, radiusu isə 1,47 Yer radiusudur. Bununla belə, o, Kepler-10 ulduzuna son dərəcə yaxın yerləşir və nəticədə həyatı dəstəkləmək üçün çox istidir.

Kepler-10b-nin artistik təsviri

Kepler-10 ulduzu, bizim Günəş sistemimizdən 560 işıq ili uzaqlıqda, Əjdaha bürcündə yerləşir. Yaşının 12 milyard il olduğu təxmin edilən bu ulduz, demək olar ki, Günəşlə eyni ölçüdədir.[7] Bu ulduzun orbitində hərəkət edən Kepler-10b planeti öz ulduzunun orbitində kəşf edilən ilk planet idi. Buna görə də ulduzun b planeti kimi adlandırıldı.

Günəş sistemindən kənar planetləri tapmaq üçün istifadə edilən tranzit metodu ulduzun parlaqlığının yüksək dəqiqliklə araşdırılmasına əsaslanır. Əgər bir planet varsa və Yerlə ulduz arasından keçərsə, ulduzdan gələn şüalar planetin diametrindən asılı olaraq müəyyən bölgədə zəifləyəcək. Radiasiya sürətinin ölçülməsi planetin kütləsini ölçmək və orada bir planetin olduğunu sübut etmək üçün istifadə edilir.[8]

Kepler-10b-nin kəşfi Kepler teleskopu ilə 2009-cu ilin may ayından 2010-cu ilin yanvar ayına qədər toplanmış səkkiz aylıq məlumatlara əsaslanırdı. Planetin ilk tranzitləri 2009-cu ilin iyulunda müşahidə edilib. Toplanmış məlumatlara görə, Kepler-10 hər 0,83 gündə on mində bir dəfə zəifləyir.[9] Kepler-10, Kepler teleskopunun görüş sahəsində kiçik bir tranzit planeti saxlaya bilən ilk ulduz idi və Kepler-10b-nin kütləsini təsdiqləmək üçün yerüstü radial sürət müşahidələri üçün yüksək prioritet hədəf hesab olunurdu. Keck I teleskopu ilə 2009-cu ilin avqustundan 2010-cu ilin avqustuna qədər fasilələrlə aparılmış radial sürət ölçmələri Kepler-10 ulduzunun spektrində Kepler tərəfindən müşahidə edilən planetin təbiətinə uyğun gələn dövri Dopler sürüşməsini aşkar etdi və bu planetin varlığını təsdiqlədi və onun kütləsini təyin etməyə imkan verdi.[10] Planetin kəşfi 10 yanvar 2011-ci ildə ictimaiyyətə açıqlandı.[11]

2011-ci ilin sentyabrında ikinci tranzit və fazaların aşkarlanması elan edildi. Bu, planetin temperaturunu və albedosunu təyin etməyə imkan verdi. Bu, fazaları müşahidə edilən ilk qayalı ekzoplanetdir. Fazaların aşkarlanması həddindən artıq gündüz/gecə temperatur dəyişiklikləri və planetin orbitində dövr etdiyi ulduza yaxın olması səbəbindən aldığı ulduz işığının miqdarına görə mümkün olmuşdur.[12]

Kepler-10b-nin kəşfi astronomların böyük marağına səbəb oldu və onlar bu planet haqqındakı məlumatlardan qayalı, Yer-ölçülü planetlərin ortaq cəhətləri olan formalaşma və quruluşu araşdırmaq üçün istifadə etməyə ümid edirdilər.[13] Fransanın Nitsa şəhərindəki Kot d'Azur Universitetindən olan Diana Valensiya planeti "super-Yer"-dən daha çox "super-Merkuri" hesab etdi və onun fiziki xüsusiyyətlərini verdi.

Kepler-10b-nin tərkibini digər planetlər və ekzoplanetlərlə müqayisə edən diaqram

Kepler-10b ən çox qayalı səthi ilə diqqət çəkir. Onun diametri Yerin diametrindən 1,47 dəfə böyükdür.[14] Kepler-10b-nin kütləsi Yerin kütləsindən 3,72±0,42 dəfə çoxdur, orta sıxlığı isə 6,46±0,73 q sm−3-dür.[15] O, öz ulduzu Kepler-10 ətrafında bir gündən az müddətdə, Merkuridən Günəşə qədər olan məsafənin iyirmidə birindən də kiçik məsafədə dövr edir. Onun ulduza tərəf olan hissəsində səth temperaturu təqribən 1833 K-dir.[16]

Kepler-10b qayalı olduğu təsdiqlənmiş ilk ekzoplanetdir. CoRoT-7b əvvəllər kəşf edilmiş və qayalı olduğu iddia edilsə də, CoRoT-7b-nin əmələ gəldiyi material dəqiq deyil.[17]

Kepler-10b gündüz və gecə tərəfləri arasında temperaturda həddindən artıq dəyişikliklərə malikdir. O, həmçinin aldığı ulduz işığının təxminən yarısını əks etdirir. Yüksək Bond albedo üçün mümkün izahatlardan biri, Kepler-10b-nin nüvəsiz qayalı planet olması və dəmir oksidləri ilə zəngin səthi maqma okeanlarına malik olması ola bilər.[18]

Kepler-10b bildiyimiz kimi həyat üçün çox isti olsa da, planetin kəşfi həyatı dəstəkləyə biləcək planetlərin tapılmasında mühüm addımdır. Kepler 10-b-ni taparkən aşkar edilən yüksək siqnal o deməkdir ki, Kepler missiyası yerəbənzər planetlər də daxil olmaqla daha kiçik Günəşdən kənar planetləri tapa bilər.[19]

  1. Esteves L. J., Mooij E. J. W. D., Jayawardhana R. Changing phases of alien worlds: probing atmospheres of Kepler planets with high-precision photometry (ing.). // Astrophys. J. / E. Vishniac IOP Publishing, 2015. Vol. 804, Iss. 2. P. 150. ISSN 0004-637X; 1538-4357 doi:10.1088/0004-637X/804/2/150 arXiv:1407.2245
  2. Eylen V. V., Albrecht S. Eccentricity from transit photometry: small planets in Kepler multi-planet systems have low eccentricities (ing.). // Astrophys. J. / E. Vishniac IOP Publishing, 2015. Vol. 808, Iss. 2. P. 126. ISSN 0004-637X; 1538-4357 doi:10.1088/0004-637X/808/2/126 arXiv:1505.02814
  3. The orbital phases and secondary transit of Kepler-10b - A physical interpretation based on the Lava-ocean planet model Arxivləşdirilib 2022-02-23 at the Wayback Machine : Daniel Rouan, Hans J. Deeg, Olivier Demangeon, Benjamin Samuel, Céline Cavarroc, Bruce Fegley, Alain Léger
  4. Gaia Early Data Release 3 (ing.). / Data Processing and Analysis Consortium, European Space Agency 2020.
  5. SIMBAD Astronomical Database.
  6. "Arxivlənmiş surət". 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
  7. "Arxivlənmiş surət". 2015-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
  8. https://iopscience.iop.org/article/10.1086/346105 Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine A Unique Solution of Planet and Star Parameters from an Extrasolar Planet Transit Light Curve S. Seager and G. Mallén-Ornelas, 2003. The Astrophysical Journal, Volume 585, Number 2
  9. "Arxivlənmiş surət". 2019-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
  10. "Arxivlənmiş surət". 2023-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
  11. "Arxivlənmiş surət". 2024-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
  12. https://doi.org/10.48550/arXiv.1109.2768 The orbital phases and secondary transit of Kepler-10b — A physical interpretation based on the Lava-ocean planet model -
  13. https://www.usatoday.com/ Arxivləşdirilib 2011-02-24 at the Wayback Machine "Kepler's rocky exoplanet reaction round-up"
  14. https://doi.org/10.48550/arXiv.1405.7881 The Kepler-10 planetary system revisited by HARPS-N: A hot rocky world and a solid Neptune-mass planet Xavier Dumusque, Aldo S. Bonomo, Raphaelle D. Haywood, Luca Malavolta, Damien Segransan, Lars A. Buchhave, Andrew Collier Cameron, David W. Latham, Emilio Molinari, Francesco Pepe, Stephane Udry, David Charbonneau, Rosario Cosentino, Courtney D. Dressing, Pedro Figueira, Aldo F. M. Fiorenzano, Sara Gettel, Avet Harutyunyan, Keith Horne, Mercedes Lopez-Morales, Christophe Lovis, Michel Mayor, Giusi Micela, Fatemeh Motalebi, Valerio Nascimbeni, David F. Phillips, Giampaolo Piotto, Don Pollacco, Didier Queloz, Ken Rice, Dimitar Sasselov, Alessandro Sozzetti, Andrew Szentgyorgyi, Chris Watson, (Submitted on 30 may 2014)
  15. http://dx.doi.org/10.3847/0004-637X/819/1/83 REVISED MASSES AND DENSITIES OF THE PLANETS AROUND KEPLER-10*, The Astrophysical Journal, 819:83 (22pp), 2016 March 1
  16. "Arxivlənmiş surət". 2015-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
  17. http://www.wired.com/2011/01/kepler-rocky-world/Kepler Finds First Definitively Rocky Exoplanet
  18. Modirrousta-Galian, D., Ito, Y. and Micela, G., (2020). Exploring super-Earth surfaces: Albedo of near-airless magma ocean planets and topography. Icarus, p.114175.
  19. http://www.time.com/time/health/article/0%2C8599%2C2041683%2C00.htmlPlanet[ölü keçid] Discovery: One Step Closer to a Second Earth NASA Kepler Telescope Finds Earthlike Planet, Names It Kepler-10b


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Kateqoriya:Astronomiya Kateqoriya:Planetlər Kateqoriya:Ekzoplanetlər