Kelli Hu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kelli Hu
ing. Kelly Ann Hu
Doğum tarixi (56 yaş)
Doğum yeri ABŞ ABŞ
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, model[d], kino aktrisası, televiziya aktrisası, gözəllik müsabiqəsi iştirakçısı, səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri 1987-ci ildən
Boyu 1,65 m
IMDb ID0005026
kellyhu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kelli HuABŞ aktrisası.

Məşhur akrisa Kelly Hu 1968-ci il fevralın 13-də dünyaya göz açıb. Hələ kiçik yaşlarından filmlərə böyük maraq göstərib. Və burda olan qəhrəmanların yerində daim özünü təsəvvür edib. Havayda dünyaya gələn aktrisa müğənni və rəqqasə kimi də şöhrətlənib. Yaponiyada modellik edən əmisi oğlu ilə birlikdə aktrisa məşqlərə gedir. Beləliklə, o, bir çox müsaqibələrə iştirak edir və qalib olur. Bundan sonra film sahəsində tale onun üzünə gülməyə başladı.

1995-ci ildə, Hu "Yol kənarında" filmində gizli polisi oynadı. Bundan sonra çoxlu dəvətlər almağa başladı. 1997-ci ildə altı ay ərzində "Qürub Sahili"ndə doktor Rey Çan rolunu canlandırdı.

2007-ci ilin yanvar ayında, Hu "Fövqəladə vəziyyət halında" adlı televiziya serialında çəkilməyə başladı. Ancaq məşhurlaşmasına və böyük kütlə sevgisinə sahib olmasına "Əqrəblər hökmdarı" və "Mumiya" filmlərindəki rolları səbəb oldu. Bu iki film onu məşhurluğun zirvəsinə qaldırdı. Hələ də kinosevərlərin yaddaşında Anaksunamon olaraq yaşamaqdadır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]