Kastiliya və Leon krallığı
Tarixi dövlət | |||||
Kastiliya və Leon krallığı | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
|
|||||
Paytaxt |
Madrid (1561-1601) (1606-1715) Valyadolid (1601-1606) |
||||
Dilləri | Bask dili, Qalisiya dili, Ərəb dilinin Əndəlüs dialekti, Ladino | ||||
Rəsmi dilləri | İspan dili | ||||
Dövlət dini | Roma-Katolik kilsəsi | ||||
Ərazisi |
|
||||
İdarəetmə forması | Monarxiya | ||||
Kral | |||||
• 1230-1252 | III Ferdinand | ||||
• 1475-1504 | I İzabella & II Ferdinand | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kastiliya və Leon krallığı (isp. Corona de Castilla-León) — Orta əsrlər dönəmində İberiya yarımadasında yaranan böyük və güclü bir krallıq. Bu krallıq 1230-cu ildə Kastiliya və Leon krallıqlarının üçüncü və sonuncu dəfə birləşməsi ilə meydana gəlmişdir. Belə ki, həmin il Leon kralı IX Alfonso vəfat etmiş, taxtını isə o əsnada Kastiliya kralı olan oğlu III Ferdinanda deyil, ikinci evliliyindən olan qızlarına vəsiyyət etmişdir. Ancaq bununla razılaşmayan III Ferdinand ögey anasıyla müzakirələr apararaq Leon taxtını təzminat ödəyərək satın aldı və beləcə, bu 2 krallıq əbədiyyətə qədər birləşdi. 1469-cu ildə Kastiliya kraliçası İzabella ilə Araqon kralı II Ferdinandın evlənməsi ilə V Filipin 1715-ci ildə nəşr etdirdiyi qərarnaməyə qədər Araqon krallığı da bu ittifaqa qoşulmuşdur. Beləcə, onlardan sonra artıq bu müttəfiq krallıqlar vahid İspaniyanı yaratdılar.
1492-ci ildə başlayan dünya səyahətlərinə maddi dəstək verməklə Amerikanın və Hindistana dəniz yolunun kəşfindən sonra Kastiliya və Leon krallığı dünya miqyasına yüksəldi. XVI-XVII əsrlərdə "Kastiliya kralı" ünvanı Habsburq monarxları tərəfindən istifadə edildi. Ancaq XVIII əsrdə Burbonlu Filip İspaniyada başlayan taxt mübarizəsində qalib gəldi və düşmənlərinin sığındığı Araqon krallığını İspaniya taxt-tacına birləşdirməyi qərara aldı. Nəticədə 1715-ci ildə nəşr olunan qərarnamə ilə Araqon krallığı və Kastiliya-Leon krallığı ləğv edilərək İspaniya imperiyasına birləşdirildi.
Hal-hazırda "Kastiliya kralı" ünvanı 1978-ci ildə qəbul edilən konstitusiyaya görə, İspaniyanın hazırkı kralı VI Filip tərəfindən idarəçilik olaraq olmasa da, titul olaraq istifadə edilir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Reilly, Bernard F. (1993). The Medieval Spains. Cambridge University Press. p. 139. ISBN 9780521397414.
- Urzainqui, Tomás (1998). La Navarra marítima. Pamplona: Pamiela. pp. 213–249. ISBN 84-7681-284-1.
- Charles Arnold-Baker (2001), The Companion to British History (2, revised, illustrated, reprint ed.), Routledge, p. 1161, ISBN 9780415185837
- Vicent de Melchor; Albert Branchadell; Vicent de Melchor (2002), El catalán: Una lengua de Europa para compartir, Univ. Autònoma de Barcelona, pp. 106–107