Kələm turşusu
Kələm turşusu — bir çox mətbəxdə geniş istifadə olunan, kələmdən hazırlanan turşu növü. Əsasən qış aylarında daha çox istifadə olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim Roma yazıçıları Böyük Katon və Kolumella əsərlərində kələm turşusundan bəhs etmişdirlər. Kapitan Ceyms Kuk səyahətləri zamanı özü ilə kələm turşusu ehtiyatları götürürdü.[1][2]
Yayılması
[redaktə | mənbəni redaktə et]Kələm turşusu Şərqi Avropa ölkələrindən Azərbaycan, Rusiya, Belarus, Estoniya, Latviya, Litva, Moroviya, Polşa, Ukrayna mətbəxlərində geniş istifadə olunur. Rusiya mətbəxində bəzən piraşkinin içərisinə kələm turşusu qoyulur.[3] Polşada biqos yeməyinin inqredientidir.[4]
Almaniya və Avstriyada kələm turşusu giləmeyvələrlə dadlandırılır.[5] Çilidə kələm turşusu hotdoq və sendviçlərdə istifadə olunur. Pensilvaniyada Yeni il ərəfində kələm turşusu yemək ənənəsi mövcuddur. İnanca görə kələm turşusu yemək gələn il üçün uğur gətirir.[6]
Azərbaycan mətbəxində gülkələmindən də turşu hazırlanır. Bu zaman kərəviz, sarımsaq, üzüm sirkəsi kimi ərzaqlardan istifadə olunur.[7]
Hazırlanması
[redaktə | mənbəni redaktə et]Kələm turşusunun hazırlanması zamanı kələmdən, duzdan, yer kökündən, eləcə də, qırmızı çuğundurdan istifadə olunur.[8]
Hazırlamaq üçün çox da böyük olmayan kələmlər seçilir, onun üst qatı, özəyi çıxarılır. 4 yerə bölünür, çəlləklərə yığılır, duzlu su tökülür. Kələmə rəng vermək üçün içinə dilim-dilim kəsilmiş qırmızı çuğundur əlavə edilir. Turşumanı sürətləndirmək üçün çəlləyə bir neçə sütül qarğıdalı qoyulur. Çəlləyin suyundan iki həftə ərzində günaşırı götürülür. Turşuma qurtarandan sonra suyun üzərinə bir neçə ovuc təmiz yuyulmuş arpa tökülür. Arpa kələmin üstünü kif bağlamaqdan qoruyur.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ see http://www.mariner.org/exploration/index.php?type=webpage&id=55 Arxivləşdirilib 2008-12-05 at the Wayback Machine / What did they eat? which begins "One of Cook's most important discoveries..." and http://www.vitamindeficiency.info/?page_id=9 Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine which additionally mentions "...citrus fruit such as lemons and lime. James Cook ...."
- ↑ Saloheimo P. "[Captain Cook used sauerkraut to prevent scurvy]". Duodecim (fin). 121 (9). 2005: 1014–5. PMID 15991750.
- ↑ "Pierogi - the best guide to the most popular Polish food". www.tastingpoland.com. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- ↑ "Bigos (Hunter's Stew)". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- ↑ Mimi Sheraton. The German Cookbook: A Complete Guide to Mastering Authentic German Cooking Arxivləşdirilib 2022-06-01 at the Wayback Machine. p. 435.
- ↑ "Sauerkraut on New Year's a Pennsylvania tradition". TimesUnion.com. 2009-12-31. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-01.
- ↑ Gülkələmi turşusu Arxivləşdirilib 2014-09-24 at the Wayback Machine
- ↑ 1 2 Kələm turşusu Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine