Janna Qalstyan
Janna Qalstyan | |
---|---|
Doğum tarixi | 15 aprel 1948 (76 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | Artsax Qəhrəmanı, siyasətçi |
Mükafatları |
Janna Georgi Qalstyan (15 aprel 1948, Stepanakert) — Artsax Qəhrəmanı,[1] Qarabağ erməni hərəkatının fəallarından biri,[2] Artsax Azadlıq Döyüşçüləri İttifaqının İdarə Heyətinin üzvü, Ermənistanın xalq artisti (2004), erməni aktrisa, siyasətçi.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Janna Qalstyan 1948-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1966-cı ildə yerli 8 saylı orta məktəbi bitirdikdən sonra Ali filoloji təhsil almışdır. 1964–2004-cü illər arasında Qorki adına Xankəndi Dövlət Dram Teatrının aktrisası, 1984-cü ildən isə teatrın nəzdindəki teatr studiyasının direktoru olmuşdur. O, səhnədə 70-dən çox rol yaratmış, bir çox mükafatların laureatı olmuşdur. 1980–1982-ci illər arasında Xankəndi Pedaqoji İnstitutunda dərs demişdir.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]O, Qarabağ hərəkatında hətta sonralar — 1991–1994-cü illərdə gedən döyüşlərdə Azərbaycana qarşı fəal iştirak etmiş və kəşfiyyat məlumatları ötürmüşdür. Əsirlərə qarşı çox amansız olmuş və yaralı əsirlərin üstündə ölümlə nəticələnən əməliyyatlara rəhbərlik etmişdir. Qondarma Dağlıq Qarabağ müdafiə ordusu formalaşdıqdan sonra o, Silahlı Qüvvələrin Mərkəzi Müdafiə Regionunun komandirinin müavini təyin edilmişdir. 1999–2007-ci illərdə qondarma DQR prezidentinin müşaviri işləmişdir. 2000, 2005 və 2010-cu illərdə 3-cü, 4-cü və 5-ci çağırışla qondarma DQR milli məclisinin deputatı seçilmişdir. O, iki dəfə, təhlükəsizlik və hüquq-mühafizə məsələləri daimi komissiyasının sədri seçilmişdir. O, "Demokratiya" fraksiyasının rəhbəridir. Bitərəfdir.[3]
28 iyun 2018-ci ildə Milli Assambleyada dövlət büdcəsinin icrasının müzakirəsi zamanı Artsax Respublikasının müxalif "Dirçəliş" fraksiyasının lideri Hayk Xanumyan Artsax prezidentini tənqid edərək, onun istefasını tələb etmişdir. MŞ-nin "Demokratiya" fraksiyasının deputatı Janna Qalstyan eyni şəkildə cavab verən Hayk Xanumyanı söymüş və bu, qarşılıqlı söyüşlərlə söz davasına çevrilmişdir. Janna Qalstyan Hayk Xanumyanı türk dilində "yeni gələn" mənasını verən "qyalma" (gəlmə) adlandırmış, çünki sonuncu ölkənin simvolu olan prezidenti açıq şəkildə təhqir etmişfir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ժաննա Գալստյանին շնորհվել է «Արցախի հերոս»-ի կոչում". artsakhpress.am. 2019-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018 թ․ հուլիսի 9.
- ↑ "Վարչություն | Արցախի Ազատամարտիկների Միություն". www.azatamartik.am. 2023 թ․ օգոստոսի 25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018 թ․ հուլիսի 9.
- ↑ "Գալստյան Ժաննա Գեորգիի". www.nankr.am. 2018 թ․ հունիսի 27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018 թ․ հուլիսի 10.
- ↑ "Ժաննա Գալստյան. «Ես խորապես ներողություն եմ խնդրում ողջ հայությունից «գյալմա» բառի համար»". www.panorama.am (ingilis). 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018 թ․ հուլիսի 9.