Jan Valjan
Jan Valjan | |
---|---|
fr. Jean Valjean Səfillərdə obraz | |
Yaradan | Viktor Hüqo |
Məlumat | |
Təxəllüslər | Monsenior Madelien, Foşlevant, Monsenior Leblank, Fabre |
Cinsi | Kişi |
Peşə |
bağban Montreuilun meri |
Ailə |
Jan Valjan (ata) Janna Mate (ana) Janna (bacı) bacıqızı və bacıoğlu (adları məlum deyil) |
Dini | Roma Katolik |
Milliyyəti | Fransız |
Jan Valjan— Viktor Hüqonun 1862-ci ildə yazılmış Səfillər romanının bir obrazıdır. Hüqo obrazın iqtisadi böhran ərəfəsində öz bacısı qızını doyurmaqdan otrü çörək oğurladığı və dəfələrlə qaçmağa çalışdığı üçün məhbus həyatı sürdükdən sonra normal yaşamaq üçün çəkdiyi 19 illik əziyyətini təsvir edir. Valjan romanda həmçinin Monsenior Madelien, Foşlevant, Monsenior Leblank və Fabre kimi də adlandırılır. Monsenior Leblank Valjanın istifadə etdiy bir ləqəb deyil. Marius saçının ağ olduğu üçün onu belə adlandırırdı.
Valjan və onunla dəfələrlə qarşılaşaraq, hər dəfəsində məhbəsə geri qaytarmağa çalışan İnspektor Javer bədii ədəbiyyatda arxetipə çevriliblər. Məşhur bir fərziyyəyə görə Jan Valjan obrazı Hüqonun özünü və onun solçu hissini təmsil etmək üçün yaradılıb. 1871-ci ildə, Hüqo Paris Kommunası kimi bilinən radikal qiyam ərəfəsində Brüsseldə yaşadığı zaman anti-inqilabi qara camaat onun evinə hücüm çəkib və evin pəncərələrini "Jan Valjanla birlikdə məhv ol!" qışqıraraq sındırıblar.[1]
Romanın planı
[redaktə | mənbəni redaktə et]Bir məhkum olaraq Valjana ciddi məhdudiyyətlər altında yaşamağa məcbur ediləcəyi Pontarlierə getmək üçün sarı "feuille de route" verilmişdi. Onu hər kəsə keçmiş məhkum kimi tanıdan və Valjanı hara gedirdisə dərhal səfil kimi damğalayan bu sənəd tez-tez "passeport jaune" (sarı vəsiqə) adlandırılırdı. Dinyenin baş yepiskopu Miriel Valjanın onun dəyərli gümüş əşyalarını oğurlamasına baxmayaraq, polisə bu xəzinəni Valjana onun özünün verdiyini bildirir. Bu qarşılaşmadan sonra Valjan tövbə edərək şərəfli və ləyaqətli bir insana çevrilir. O qarşılaşdığı her kəslə mehriban davranan biri, öz anası Fantinanı itirən qıza sədaqətli ata əvəzi və ehtiyacı olanlar üçün xeyriyyəçi idi. Cinayətkar və səfil kimi tanınmasına baxmayaraq, Valjan hələ də ən gözəl insanlıq nümunələri göstərməyə davam edirdi. Valjan qanunun yanlış tərəfində, ancaq insanın kəramət və etikasının düzgün tərəfində yer alır.
Onun əksi bacarıqlı polis müfəttişi Javer cəmiyyətdə şərəfin tərəfində yer alır. Valjan və Javerin munasibətləri qanun və sevgi arasındakı qarşılıqlı münasibətdir. Javer Valjanı insanlığın xeyriyyəçisindən daha çox əvvəllər olduğu kimi məhbus olaraq görür.
Jan Valjan romanda
[redaktə | mənbəni redaktə et]Birinci hissə: Fantina
[redaktə | mənbəni redaktə et]İlk fəsilləri Din şəhərində yaşayan qoca təmizqəlbli keşiş olan yepiskop Mirielə həsr etdikdən sonra Hüqo heç bir keçid olmadan Valjanın hekayəsinə başlayır. O bir oktyabr axşamı Din şəhərinə çatan və gecələmək üçün bir yer axtaran qəribə adamdır. Uzun müddət yer axtardıqdan sonra nəhayət ona inanan, şam yeməyi və gecələmək üçün yataq verən yepiskop tərəfindən qəbul edilir. Sonra Hüqo Valjanın keçmişinə nəzər yetirir. O 1769-cu ildə kiçik qəsəbədə anadan olub və uşaq yaşlarında yetim qalıb. O budayıcı olur və öz dul bacısına və onun 7 övladına baxmağa kömək edib. 1795-ci ilin qışında, ərzaqın qıt olduğu bir vaxtda Valjan yerli çörəkçidən bir parça çörək oğurlayır. O tutulur və 5 il müddətində Toluon həbsxanasında saxlanılır. O 4 dəfə qaçmağa cəhd göstərir və hər dəfəsində onun cəzası 3 il artırılır. O həmçinin ikinci qaçışı zamanı müqavimət göstərdiyi üçün əlavə 2 il də həbsxanada qalmalı olur. Həbsxanada 19 il keçirdikdən sonra o sərbəst buraxılır, ancaq qanuna əsasən o keçmiş məhkum olduğunu bildirən sarı vəsiqə daşımalı idi.
O, gecə oyanır və yepiskopun gümüş məmulatlarını və gümüş boşqablarını oğurlayaraq qaçır. O tutulur və yepiskopa geri gətirilir, amma yepiskop Valjana onun gümüşləri ləyaqətli insan olmaq üçün işlədəcəyi barədə verdiyi sözü xatırladaraq ona verilən gümüş şamdanları götürməyi unutduğunu bildirir (polislərin qarşısında). Bununla o Valjanın ruhunu cəhənnəmdən alıb Tanrıya verdiyini bildirir. Biz sonradan görürük ki, yepiskopun sözlərinə baxmayaraq polis bu hadisəni Valjanın qeydlərinə əlavə edir.
Çaşmış və yepiskopun danışdıqlarını tam olaraq anlamayan Jan Valjan yaxınlıqdakı dağlara tərəf yol alır və Petit Gervis adlı gənc bir işçi ilə rastlaşır. Valjan ayağını Petit Gervisin düşürdüyü qəpiyin üzərinə qoyur. Gervisin etirazlarına baxmayaraq, Valjan onu geri qaytarmaqdan imtina edir və onu döyməklə hədələyir. Oğlan hadisə yerindən getdikdən sonra Valjan yepiskopun ona dediklərini xatırlayaraq təsirlənir. O etdiyi hərəkətdən utanır və boş-boşuna oğlanı axtarır.
Hüqo Fantinanı təqdim edir və onun övladının atası tərəfindən necə tərk edildiyini izah edir. 1815-ci ildə artıq Madelien adını istifadə edən Jan Valjan Montreul-sur-Merə çatır. O, şəhərin təsərrüfatında inqilab edir və əsasən şəhərin abadlaşmasına, xəstəxana çarpayılarının təmirinə, yetim uşaq evlərinə və məktəblərə xərclədiyi sərvət qazanır. O birinci dəfə rədd etdikdən sonra mer təyin edilir. Valjan kralın onu Şərəf Legionunun Cəngavəri etmək təklifini də rədd edir.
Madelien Foşlevant adlı bir qoca kişini ölümdən xilas edir. Foşlevantın atının ayağı sındığı üçün o öz faytonunun altında bataqlığa bataraq qalmışdı. Bu xilasın şahidi olan Javer Madelienə bildirir ki, o, məhbusların nəzarətçisi işləyən zaman dirəyin altına faytona atıldığı kimi atılan və onu arxasında qaldıran belə bir güclü adam tanıyırdı. Valjan faytonu qaldıra biləcək şəxsə pul verməyi təklif etdi, ancaq heç kəs öz həyatlarını faytonun altına atmaqla risk etmək istəmədi və fayton daha sürətlə batmağa başladı. Valjan palçığın içinə tullandı və Foşlevantı vaqonun altından xilas etdi. Artıq Foşlevant öz biznesini vaxtından əvvəl itirmişdi və indi diz qapağı da sındı. Valjan Foşlevant üçün qadın monastırında bir iş təşkil etdi. Jan Valjan həmçinin Foşlevanta pul vermək üçün bəhanə olsun deyə sınıq faytonu və atları da ondan aldı.
Sonradan Javer fahişəyə çevrilən Fantinanı onu ələ salan və paltarından içəriyə qar atan Bamatabois adlı burjuaya tüpürüb onu vurmaq istəyəndə görərək tutur. Valjan bütüb hadisəni görür və bilir ki, tutulmalı olan şəxs Bamataboisdir və Fantinanı sərbəst buraxmağı təklif edir. Javer yalnız öz gördüyünü bilir və Polisin işinə qarışdığı üçün Valjana qarşı qəzəb hissi duyur. Valjan Javerə onun heyəti qarşısında getməyi təklif edəndə Javer gedir və Parisin baş məmuruna Madelienin Valjan olmasından şübhələndiyini bildirir. Javerə əsl Jan Valjanın indicə tapıldığından dolayı onun yanlış olduğu deyilir.
Valjan Fantinanı yerli xəstəxanaya aparır (hansı ki merin evinin bir hissəsi idi) və onun qayğısına qalır. O Fantinanın qızı Kozetta haqqında öyrənir və Tenardyelərə (Kozettadan sui-istifadə edən şəxslər) pul ödəməyə çalışır.
Sonradan Javer Madeliendən üzr istəyərək bildirir ki, əsl Jan Valjan tapılıb və növbəti gün məhkəməyə çıxarılacaq. Javer həmçinin yanlışlıqla qisas almaq istədiyi üçün rüsvay olduğunu, başqalarına qarşı sərt davranıb özünə qarşı sərt davrana bilməyəcəyini deyərək işindən azad olduğunu bildirir, lakin Valjan dəfələrlə bunu rədd etdikdən sonra Javer onu əvəz edə biləcək birisi tapılana qədər polis vəzifəsini davam etdirəcəyini bildirir.
Yalnız burada roman nəhayət Madelienin Valjan olduğunu açıqlayır.
O gecə Valjan özü ilə gərgin mübarizə yaşadı, ancaq sonda məhkəməyə getməyi və onun əvəzinə həbs olunacaq şəxsi xilas etmək üçün öz kimliyini bildirməyi qərara alır. O öz sübutlarını irəli sürür və özünün həqiqi Jan Valjan olduğunu təsdiqləyir, ancaq heç kəs onu tutmaq istəmir və beləliklə Valjan onu harada tapa biləcəklərini bildirir və Montreul-sur-Merə geri qayıdır. Baxmayaraq ki, məhkəmənin hakimi Monsenior Madelienin işinə və şöhrətinə kifayət qədər heyran idi, onun Valjan olmasını eşitdikdə şokda idi. Növbəti gün Valjan Fantinanın otağında olarkən Javer onu tutmağa gəlir. Valjan Javerden Monfermeylə gedib Kozettanı Fantinaya gətirmək üçün 3 gün möhlət istəyir, ancaq Javer bunun Valjan üçün asan qaçış yolu olacağını deyərək rədd edir. Fantina (həkimlər tərəfindən ona Valjanın Kozettanı gətirdiyi deyilmişdi) qızının orda olmadığını və onun xilaskarının həbs olunduğunu bildikdə şoka düşdü və şokdan vəfat etdi. (artıq onun bədəni onun kasıb yaşayışından və uzun müddətdir əziyyət çəkdiyi xəstəlikdən zəifləmiş, çox güman ki vərəm olmuşdu)
Valjan Javerə onu tutmağa icazə verir, ancaq cəld aradan çıxır. Sonradan Valjan palarlarını yığmaq üçün evinə qayıdır və Javer onu axtarmağa gələndə qapının arxasında gizlənir. Xəstəxana baxıcılarından biri olan Simplis bacı həyatı boyu yalan danışmamaqda şöhrətə sahib olmasına baxmayaraq, Javerə Valjanı qorumaq üçün evdə heç kimin olmaması haqda 2 dəfə yalan dedi. Javer ona inandı və Valjana şəhərdə gizlənmək üçün şans verərək getdi.
İkinci hissə: Kozetta
[redaktə | mənbəni redaktə et]Qısa bir fəsil əsasən oxucunu Jan Valjanın Monfermeylə gedən zaman (söz verdiyi kimi Fantinanın 8 yaşlı qızını gətirməyə gedərkən) yenidən tutulmasından xəbərdar edən iki qəzet yazısından ibarətdir. 1823-cü ilin iyul ayında o oğurluq və Montreul-sur-Merdə həbsdən qaçdığı üçün ölümə məhkum edildi. Onun cəzası kral tərəfindən azaldılaraq ölüm cəzası yox ömürlük həbs cəzası oldu. O saxlanmamışdan əvvəl Jan Valjan artıq Monfermeylə səyahət etmiş və Monsenior Madelien olaraq yığdığı bütün pulu orada basdırmışdı — fəsil Monfermeyldə keçmiş Toulon məhbusu olan bir işçidən danışır, kim ki yerli bir nağıla görə meşədə öz xəzinəsini basdıran şeytanı gördüyünü iddia edir. Bizə nəyə görə Valjanın öz xəzinəsini Monfermeyldə basdıraraq, Parisə geri qayıdıb sonra Monfermeylə geri qayıtmağa cəhd göstərməsi barədə heç bir açıqlama verilmir.
Valjana yeni 9430 nömrəsi təyin olunur, ancaq 1823-cü il 16 noyabrda yalnız bir neçə ay həbsdə qaldıqdan sonra gəminin takelajında təhlükəli vəziyyətdə ilişib qalmış gəmiçini xilas etdikdən sonra bilərəkdən dənizə yıxılaraq yelkənli gəmidən qaçır. Bundan sonra o rəsmi olaraq ölü hesab edildi.
1823-cü ildə Jan Valjan Monfermeylə gedir və Milad axşamı Kozettanı meşədə yalnız görür. Onunla birlikdə geri qayıdırlar və Valjan o axşam Tenardyelərin onunla necə pis rəftar etmələrinin şahidi olur. O, həmçinin Tenardyelərin qızları Eponina və Azelmanın da onunla kobud rəftar etdiyini, onların atılmış gəlinciyi ilə oynamağa çalışdıqda analarına şikayət etdiklərini də gördü. Bunu gördükdən sonra Valjan oranı tərk edir və bir müddət sonra Kozettanın məmnuniyyətlə qəbul etdiyi yeni, gözəl gəlinciklə geri qayıdır. Bu Madam Tenardyedə Valjana qarşı əsəb hissi yaradır və bunu onun qızlarına yox Kozettaya etməyi özünə təhqir hesab edir. M. Tenardye ona deyir ki, Valjan onlara pul ödədiyi müddətdə istədiyi hər şeyi edə bilər. O axşam Mme. Tenardye Kozettanın növbəti gün küçəyə atılmasını təkid edir.
Növbəti səhər Milad bayramı günü Valjan Kozettanı özü ilə aparmağı təklif edir. Mme. Tenardye dərhal qəbul edir, ancaq M. Tenardye kompensasiya üçün qiymətləşir və sonda 1500 frank əldə edir. Valjan Kozettanı özü ilə aparır. Yalnız indi kitab Kozettanın qarşılaşdığı müəmmalı şəxsin Jan Valjan olduğunu bildirir. M. Tenardye tezliklə Kozettanı çox ucuza satdığından təəssüflənir və onların arxasınca qaçır. M. Tenardye daha çox pul tələb etdikdə Valjan qeydi daşıyan şəxsin Kozettanı götürməyə səlahiyyəti olduğunu deyərək, ona Fantinanın ölümündən əvvəl yazdığı qeydi verir. M. Tenardye Valjanı izləməyə davam etmək istəyir, ancaq tez bir zamanda qorxaraq geri qayıdır.
Valjan Kozettanı Parisə aparır. Onlar 1824-cü ilin yazınadək sakit yaşaya bilmirlər. Çünki Javer Paris polislərinə onların yaşadıqları evi tapmağı tapşırmışdı. o Monfermeyldən uşaq qaçırmaq barədə eşitmişdi və Valjanın ondan istədiyi 3 günlük icazəni xatırlayırdı. O həmçinin Monfermeyldən gəlmiş qız nəvəsi olan kasıb geyinmiş, başqa kasıb insanlara pul verən, "sədəqə verən dilənçi" haqda da eşitmişdi. Javer bu şəxsin Valjan olduğu bilir və onu tutmaq üçün planlar hazırlayır.
Valjan Javeri tanıyır və Kozettanı götürərək evdən çıxıb gedir. Valjan güclə ona onu başqa cinayətkarların yanına aparacağını düşünərək evdən qaçmağa fürsət verən Javerdən qaça bilir. Valjan küçə işıqlarının birindən kəndiri oğurlayır və divarla qadın monastıına dırmanaraq Kozettanı da özü ilə dartmağa nail olur. Sonra onlar damdan bağçaya endilər. Sonrada məlum oldu ki, bu Valjanın yaxşılığının əvəzini vermək və bu dəfə Valjanın həyatını xilas etmək istəyən Foşlevantın çalışdığı qadın monastırıdır. Demək olar ki, Valjanı sonradan açıq yolla monastıra daxil ola bilsin deyə canlı olaraq basdırdıqdan sonra Foşlevant öz "qardaşı" Ultimas Foşlevantı içəri keçirə bildi. Kozetta isə monastır məktəbinə götürülmüşdü.
Üçüncü hissə: Marius
[redaktə | mənbəni redaktə et]Bütün bu hissə ərzində Marius Ponmersinin baxışından Valjan və Kozetta adsızdırlar. Onlar yalnız Mariusun Jardin du Lüksemburqdakı gündəlik gəzintilərində gördüyü ata və qız kimi təsvir edilir. İlk növbədə onları önəmsəməsə də, sonradan o və Kozetta bir-birilərini sevirlər. Marius onları Valjan bunu hiss edib ue d'Assasdakı evlərindən köçənə kimi izləyirdi.
Xoşbəxtlikdən onlar 6 ay sonra yenidən görüşdülər: Valjan öz alicənablığı ilə bilinirdi. Mariusun qonşusu Tenardye alicənab şəxs kimi bilinən insandan xeyriyyə yardımı istəyir. O bu şəxsin Valjan olduğunu bilir və ona tələ qurmaq qərarına gəlir. Planı eşidən Marius bu barədə polisə xəbər verir və bədbəxtlikdən həmin şəxs Javer olur. Valjan tələyə düşür və Tenardyeni tanıyan kimi qaçmağa cəhd göstərir. Tenardye Valjanı Kozettaya ona gəlməli olduğunu bildirən məktub yazmağa vadar edir. Valjan Tenardyeyə yanlış ad və ünvan verir və sonradan tapdığı qəpiyin köməyilə onu bağlayan iplərdən azad olmağa nail olur. O dəstəyə onun demək istəmədiyi bir şeyi zorla dedirtə biləcəklərini düşündükləri üçün yanıldıqlarını bildirir və Tenardyenin dəstənin onu əhatəyə alan zaman istifadə etdiyi maşa ilə öz sol qolunun qabaq hissəsini yandırır. Bu zaman Javer hadisə yerinə daxil olur. Valjan oradan tanınmamışdan əvvəl uzaqlaşmağa macal tapır.
Dördüncü hissə: Müqəddəs Denis
[redaktə | mənbəni redaktə et]Biz yalnız indi Valjan və Kozettanın son illər ərzində yaşayışları barədə öyrənirik. Onlar Foşlevant vəfat edənə kimi monastırda qaldılar və 1829-cu ildə Kozetta 14 yaşında olarkən oranı tərk etdilər. Valjan 3 ev alır (çünki həmişə qaçıb gizlənməli olur). Biri Rue D'Assasda, obiri Rue Plumetdə (indiki adı Rue Oudinot) və digəri Rue de Arşivdə. Daha çox Rue Plumetdə qalırdılar.
Valjan Kozettanın da Mariusu sevdiyini bilmirdi və başa düşə bilmirdi ki, nəyə görə Kozetta öz babası ilə əvvəlkindən daha az əlaqədə olurdu. O Kozettanın onun aldığı yaraya görə özünü piss etməsini və onun qayğısına qalmasını gördükdə xoşbəxt olurdu. Onlar gəzintilərindən birində onlar Parisin cənubundan gətirilmiş zəncirlənmiş bir dəstənin keçidinin şahidi olurlar. Bu hadisə Kozettaya dərin təsir edir və Valjanı qızının onun keçmişi barədə öyrənməsini dayandırmaq lazım gərəkdiyinə daha çox inandırır.
Marius Eponinanın vasitəçiliyi ilə Kozettanı tapır, onun evini izləyir, onun tapması üçün özünün gündəlik sevgi jurnalını oraya qoyur və bir gecə darvazadan aşaraq həyətdə onu təəccübləndirir. Onlar hər axşam bir-birilərinin gözlərinə baxmaq üçün görüşməyə başlayırlar. Ancaq Eponina qısqanclıq hissi keçirir və Valjana köçməsi lazım olduğunu bildirən bir not buraxır. Valjan həyətdə kiminsə gizləndiyinə inanaraq İngiltərəyə köçməyi qərara alır. o Kozettanı Rue de Armedəki evə aparır. Bu hadisə 1832-ci ilin iyun ayının ilk günlərində baş verir.
Yalnız orada Valjan yeniyetmə bir oğlan (Qavroş) Mariusdan Kozettaya Mariusun barrikada olması və heç bir adres qoymadan getdiyindən bəri ona söz verdiyi kimi barrikadada öləcəyini bildirən bir məktub çatdırarkən Kozettanın Mariusa olan məhəbbəti haqda öyrənir. Valjanın öz daxilində ikinci bir mubarizəsi baş tutur. Əvvəl Mariusun ölməsi gərəkdiyi haqda qəti qərar verir, ancaq sonra öz əvvəlki hissi barədə günahkarlıq hiss edir. O özünün sonrakı hərəkətləri barədə heç bir qəti qərar vermədən qiyama qoşulur.
Beşinci hissə: Jan Valjan
[redaktə | mənbəni redaktə et]Valjan üsyanda öz üzərinə düşəni edir və mükəmməl bir atəşlə özünü isbat edir. Ona təşəkkür olaraq barrikadanın lideri Anjolras ona istədiyi bir şeyi etməyi təklif edir. Valjan ona casus olaraq ələ keçirilmiş Javeri öldürməyə icazə verilməsini istəyir. İstək qəbul olunur və Valjan Javeri öldürmək üçün gözdən uzaq bir yerə aparır, ancaq onu öldürmək əvəzinə sərbəst buraxır, baxmayaraq ki Javer hələ də Valjanı tutmağa çalışacağını bildirir. Valjan razılaşır və Javerə öz adresini verir. Valjan Javeri buraxdıqdan sonra barrikadadakı Mariusdan başqa bütün döyüşçülər vuruşma zamanı öldürülürlər. Marius isə Valjanın sayəsində sağ qalır və Valjan onu Parisin kanalizasiya yolları ilə sağ-salamat daşıyır. Valjan kanalizasiyanın Grand-Kalou çıxışının bağlı olduğunu görür. Tenardye orda idi və onun açarı var idi. Tenardye Valjanın Mariusu onun puluna görə öldürdüyünə inanaraq açar qarşılığında ondan pul istədi. Valjan özünün olan bir neçə sounu Tenardyeyə verir və kanalizasiyanın qapısını açır və Javerlə üz-üzə gəlir. İndi o Tenardyenin təqibində idi. Valjan Mariusu salamat evə çatdırmaq üçün Javerdən kömək istəyir və Javer öz faytonunu çağırır. Valjan evə qayıdıb Kozetta ilə vidalaşmaq üçün Javerdən icazə istəyir və Javer evin qarşısında onu gözləyəcəyini bildirərək razılaşır. O pilləkənlə qalxan zaman pəncərədən çölə nəzər yetirir və görür ki Javer gedib. Javer özünün həyatı boyu göstərdiyindən fərqli olaraq, ədalət hissini nümayiş etdirən bir caninin axtarışında olan həyatı ilə üzləşir. O bunu qəbul edə bilmir və özünə qəsd edir.
Marius zədələri sağaldıqdan sonra babasından Kozetta ilə evlənmək üçün icazə alır və onlar evlənirlər. Toydan sonrakı gün Valjan Mariusa keçmiş məhbus olduğunu bildirir. Marius dəhşətə gəlir, onda Valjan haqda çox mənfi fikirlər meydana gəlir və onu Kozettanın həyatından uzaqlaşdırmağa çalışır. Bundan sonra Valjanın Kozetta ilə Mariusun babasının evindəki ənənəvi görüşləri o ölümü yaxınlaşaraq yataq xəstəsi olduğu üçün görüşməyi tamamilə dayandırana kimi getdikcə daha da qısalır. O görüşü dayandırdıqdan bir müddət sonra Tenardye Mariusu ziyarət edir və Valjanın cinayətkar olduğunu Mariusa bir neçə qəzet məqaləsi göstərərək bildirir. Tenardye Mariusa onun bilmədiyi bir şeyi göstərəcəyini bildirir. Tenardye M. Madelien ilə Jan Valjanın eyni insan olduğunu və Javerin özünə qəsd etdiyini sübut edən qəzet parçaları göstərir. O həmçinin Valjanın 6 iyun tarixində Mariusun qohumlarından birini öldürərək onun bədənini kanalizasiyanın içi ilə daşıyan şəxs olduğunuda bildirir. Marius Tenardyenin Valjanın onu xilas etməsini gördüyünü başa düşür və Kozetta ilə Valjanın evinə tələsir. Təəssüflər olsun ki onlar çox gecikmişdilər və Valjanın ölmək üzrə olduğunu gördülər. Valjan aralarında xoş münasibət olmayan Mariusla arasını düzəldir və Kozettaya anasının adının Fantina olduğunu bildirir. O məmnun şəkildə vəfat edir və ölümündən sonra vəsiyyət etdiyi kimi heç bir nişan olmayan bir qəbirdə basdırılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Behr, Edward (1989). he Complete Book of Les Misérables. NY: Arcade. səh. 24.