Hospis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hospis (ing. hospice) — ümidsiz xəstələrin layiqli xidmət və qayğı ala biləcəkləri səhiyyə müəssisələridir. Hospisin pasientləri "ev" əşyaları ilə əhatə olunurlar, onlar qohumları və yaxınları ilə sərbəst görüşə bilirlər. Tibb heyəti palliativ kömək göstərir: xəstələr oksigen, ağrıkəsicilər, zond qidalanması və s. alırlar. Həkimlərin sayı minimum, orta və kiçik tibb heyətinin sayı maksimumdur. Hospisdə olmanın əsas məqsədi xəstənin həyatının son günlərini rəngarəng etmək, əzablarını yüngülləşdirməkdir. Bu, humanistik, həm də iqtisadi baxımdan terminal xəstələri intensiv terapiya şöbələrində müalicə etməkdən daha sərfəlidir. Lakin postsovet məkanında bu problem hələ də həll olunmayıb, çünki böyük xərclər tələb edir.

Terminin mənşəyi

[redaktə | mənbəni redaktə et]

"Hospis" sözü ingilis dilinə köhnə fransız dilindən ("hospice") keçmişdir. Öz növbəsində o da latın dilindəki hospeshospitium ("qonaqpərvərlik") sözlərindən əmələ gəlmişdir. Bu terminlə eramızın VI əsrindən zəvvarların istirahət edə biləcəkləri yerləri adlandırırdılar. İlk hospislər adətən xristian zəvvarların marşrutlarının keçdiyi yollar boyu qurulurdu. Müəyyən mənada bunlar yorğun, xəstə və əldən düşmüş yolçulara qayğı göstərən evlər idi. Lakin hospislər yerli camaata da köməklik göstərirdilər. İngilis dilindən bu söz XIX əsrdə başqa Avropa dillərinə də keçmişdir.