Hipnoz
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hipnoz — psixologiya elminə görə, təlqinə uyğunluğu olan süni yuxu və ya yuxu-oyanıqlıq arası bir haldır[1]. Hipnoz sözü yunan tanrısı Hipnosun adından götürülüb. Hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür.
Termini ilk dəfə istifadə edən, Yunan mifologiyasındakı yuxu ilahəsinin adından (Χυπνος) ilhamlanan həkim S. James Braiddir(1795–1860).
Çox qədimdən gizli elm kimi istifadə olunurdu. Hipnoz tormozlanması fizioloji yuxu tormozlanmasının eynisidir.
Hipnoz, ruh və bədən əlaqəsinin (nəticədə perispri və bədən əlaqəsinin) rahatlaması nəticəsində yaranan bir trans halıdır.
Metapsişikdəki Hipnoz Üsulları
[redaktə | mənbəni redaktə et]Hipnoz halı iki yolla təmin edilir: Maqnetizma yoluyla (maqnetik yuxu) və hipnoz texnikalarıyla (hipnotik yuxu). Maqnetizma üsullarını süjelər üzərində bilinən mənada ilk tətbiq edən və bu təsirə "heyvani maqnetizma" adını verən adam, canlılar üzərindəki maqnetizmanın kaşifi sayılan, Franz Anton Mesmerdir (1734–1815). Maqnetik hipnoz, hipnotik hipnoza müqayisədə həm daha dərin və təbii bir degajman halıdır, həm də ruhi araşdırmalar üçün, daha faydalı və bol imkanlar təqdim edir. Maqnetik hipnozda ayrıca hipnotik hipnozda görülən zərər və təhlükə ehtimalları çox azdır. Maqnetik hipnoz halı təlqinlə meydana gəlməz və təlqinlə ortadan qalxmaz. Hipnoz altındakı adam yalan söyləyə bilməz. Hipnoz altındakı adama vicdanına ya da vicdanı iradəsinə uyğun hərəkətlər etdirməz. Metapsişikçilər kifayət qədər məlumat, baxış və təcrübəyə sahib olunmadan hipnoz təcrübələrinə cəhd edilməməsini, əks halda təhlükəli və zərərli nəticələrlə qarşılaşmanın çox olabiləcək olduğunu ifadə etməkdədirlər.
Hipnozun üç təməl halı
[redaktə | mənbəni redaktə et]Hipnozun dərinlik dərəcələrinə və xüsusiyyətlərinə görə fərqli növləri vardır. Başlıca üç hipnoz halı vardır:
- Halsızlıq (şarm, təlqin, inanclılıq halı): Neo-spiritüalizm, hipnozun bu mərhələsini "özbaşına imajinasiya" mərhələsi olaraq görür. Hipnozun bu halının ən diqqətə çarpan xüsusiyyəti süjenin təlqinə şüursuzca uyğunluq xüsusiyyətidir. Bu haldakı süjedə təlqin yoluyla, beş duyğunu maraqlandıran hipnotik halüsinasyalar yaradıla bilər
- Katalepsi (donma halı): Süjenin gözləri açıq olmaqla birlikdə, əzələləri donma deyilən dərəcədə uzun müddət sabit qalır. Orqanlarını buraxıldığı mövqedə saxlayır. Ətrafdakı səs-küyləri eşitməməklə birlikdə, musiqidən təsirləndiyi müəyyən olunmuşdur. Təlqin götürmə qabiliyyəti azaldığından, əmrlər cavabsız qalır. Hipnozda təhlükəli bir mərhələdir. Xəstənin oyandırıla bilinməməsi ola bilər. Hipnoz edən, hipnozun bu mərhələyə keçməsinə icazə verməz.
- Somnambülizm (yuxudagəzmə halı): Süje özü üzərindəki idarə qabiliyyətlərini bir az daha şüurlu və əhatəli olaraq təkrar istifadə etməyə başlayır. Təlqin birbaşa mümkün deyil, ancaq razısalma yoluyla mümkündür. Süjedə adi halda görülməyən bir zəka və mühakimə qabiliyyəti meydana çıxır. Bu şüur halı 'superconscience' olaraq adlandırılmışdır. Somnambülizm halı da əlamətlərinə və dərinlik dərəcələrinə görə öz içində siniflərə ayrılır. Hipnozdaki bu süni somnambülizm (somnambulisme provoqué) halı "təbii yuxudagəzən" deyilən insanlarda özbaşına meydana gəlməkdədir ki, təbii yuxudagəzənlər bu haldaykən, zəka tələb edən qarışıq fəaliyyətlərdə ola bilərlər, lakin oyandıqdan sonra, etmiş olduqları bu fəaliyyətlərin heç birini xatırlamırlar.
Hipnozun İstifadə Sahələri
[redaktə | mənbəni redaktə et]İndiki vaxtda spiritüalizmdə və parapsixologiyada istifadə edilməsinin yanında, psikoterapiyada, kriminologiyada və sancısız doğum, sancısız diş çəkmə (ABŞ-dakı stomatoloqların təxminən dörddə birinin tətbiq etdiyi təyin olunmuşdur), xarici dili tez öyrənmə kimi müxtəlif məqsədlərlə bir çox sahədə istifadə edilən bir üsuldur. Bununla yanaşı beynəlxalq kəşfiyyatda da istifadə edildiyi bilinir. Maqnetik hipnozla edilən müalicə sisteminə və ekspertlik sahəsinə kimi ölkələrdə biyoterapiya adı verilməkdədir. Bir başqa yuxu növünə dərmanla (enjeksiyayla) yuxu deyilməkdədir, lakin bu yuxu üsulu metapsişikçilərin fikrincə, bilinən hipnoz üsulları daxilində ələ alınmadığı kimi, bu yuxu halı da hipnoz olaraq ələ alınmır.
Hipnozun xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Hipnoz psixologiya elminə görə təlqinə əsaslanan bir növ süni yuxu və ya yuxu-oyanıqlıq arası prosesdir. Termini ilk dəfə istifadə edən, Yunan mifologiyasındakı yuxu ilahəsinin adından ilhamlanan həkim S. James Braiddir.(1795–1860) Hipnoz vəziyyəti iki yolla tətbiq edilə bilər:
1. Maqnetizm yolu ilə (maqnetik yuxu) 2. hipnoz texnikaları ilə (hipnotik yuxu) Maqnetizm üsullarını kəşf edən ilk tətbiq edən və bu təsirə "heyvani maqnetizm" adını verən, canlılar üzərindəki maqnetizmin yaradıcısı sayılan Franz Anton Mesmerdir. Maqnetik hipnoz, hipnotik hipnozla müqayisədə həm daha dərin yuxu yaradır, həm də psixiki və ruhi araşdırmalar üçün daha faydalı, bol və məhsuldar imkanlara malikdir. Maqnetik hipnozda həm də hipnotik hipnozda olan təhlükə ehtimalları çox aşağı olur. Maqnetik hipnoz halı təlqinlə meydana gətirilmir və hipnozdan oyatma prosesi də təlqinlə aparılmır. Hipnoz altındakı adam yalan söyləməyi bacarmır. Ümumiyyətlə kifayət qədər məlumata, ədəb və təcrübəyə malik olmadan hipnoz təcrübələrinə cəhd edilməsi təhlükəli və zərərli nəticələrlə gətirib çıxara bilər. Hipnozda üç cür yuxu vəziyyəti olur. Hipnozun dərinlik dərəcələrinə və xüsusiyyətlərinə görə fərqli növləri vardır. Başlıca üç hipnoz halı vardır. 1. Halsızlıq 2. Katalepsi 3. Somnambulizm Halsızlığın xüsusiyyəti: (şarm təlqin halı) Hipnozun bu halının ən diqqətə çarpan xüsusiyyəti hipnoz olunan şəxsin təlqinə şüursuzcasına tabe olma xüsusiyyətidir. Bu haldakı şəxsə təlqin yolu ilə duyğuları maraqlandıran hipnotik halüsinasiyalar yaradıla bilər. Katalepsinin xüsusiyyətləri. (donma halı) Şəxsin gözləri açıq olmaqla bərabər, əzələləri donma deyilən səviyyədə uzun müddət sabit qalır. Bu vəziyyətdə olan şəxslərlə aparılan təcrübədə müşahidə olunmuşdur ki, ətrafdakı səs-küyləri eşitməməklə yanaşı, musiqidən təsirləndiyi müəyyən olunmuşdur. Təlqin götürmə qabiliyyəti azalanda, əmrlər nəticəsiz qalır. Hipnoz vəziyyətində olmaq təhlükəli bir vəziyyətdir. Çünki hipnoz yuxusundan oyatma prosesi çətin bir mərhələdir, oyatma prosesinin düzgün aparılmaması, isə hipnoz yuxusunda olan şəxsdə müəyyən fəsadlar yarada bilər. Ancaq təbii ki, hipnoz edən şəxs peşəkar həkim, psixoloq, psixiatrdırsa bu heç də qorxulu proses deyil. Somnambulizm (uyurgəzərlik halı) Hipnoz olunan şəxs, özü üzərindəki idarə qabiliyyətlərini bir az daha şüurlu və əhatəli olaraq təkrar istifadə etməyə başlayır. Təlqin birbaşa mümkün deyil, ancaq razısalma yolu ilə mümkündür. Yəni təlqin əmr formasında deyil, məsləhət formasında verilir. Hipnoz olunan şəxsdə adi halda görünməyən bir zəka və mühakimə qabiliyyəti meydana çıxa bilər. Müasir dövrdə spiritualizmdə və parapsixologiyada istifadə edilməsi ilə yanaşı, psixoterapiyada, kriminologiyada müxtəlif məqsədlərlə bir çox sahədə istifadə edilə bilər. Hipnoterapi, ruhi, və orqanizm xəstəliyi və pozğunluqlarının müalicəsində tamamlayıcı bir müalicə üsulu olaraq tətbiq edilə bilər. Ümumiyyətlə hipnozdan spirt, siqaret, və maddə asılılığı, fobilər, şəxsiyyət pozuntuları, psixoloji ağrı pozuntuları, cinsi funksiya pozuntuları, yuxu pozuntuları və s. kimi xəstəliklərin müalicəsində istifadə olunur. Hipnozu reallaşdırmaq üçün bir çox fərqli üsuldan istifadə edilə bilər. Ən çox istifadə edilən üsul, xəstənin yüngül yellənən bir obyektə baxması və bütün diqqətini o obyektdə cəmləşdirilməsi nəticəsində trans halına keçməsidir. Bu müddətdə hipnoterapist sakit və təsiredici bir səslə danışaraq hipnozun reallaşmasını asanlaşdırır. Hipnoterapist hipnoz olunana sakit və təsir edici bir səslə göz qapaqlarının ağırlaşdığını, üzərinə ağır bir yorğunluq çökdüyünü və bir azdan gözlərinin bağlanacağını söyləyərək hipnotik yuxuya keçməsini təmin edir. Əgər 1–2 dəqiqə içində xəstənin gözləri bağlanmasa terapist əlləri ilə müdaxilə edərək xəstənin gözlərini bağlayır və danışmasını davam etdirir. Bəzi xəstələr dərin bir hipnotik yuxuya keçdikləri halda, bəziləri də yüngül bir yuxuya keçir, çünki hipnoz əsnasında yaranan yuxunun dərinliyi adamdan adama fərqlilik göstərir. Hipnotik yuxunun ən yüngül halında adamın şüuru yerində olur və adamda bir boşalma vəziyyəti meydana gəlir. Adam özünə deyilən təlqinlərin hamısını bu yüngül səviyyədəki hipnozdan sonra xatırlaya bilir. Dərin hipnozda olanlar isə hipnoz əsnasında yaşanan hadisələri və danışmaları xatırlaya bilmirlər. Ən yüngül hipnoz vəziyyətində belə adam terapistin təlqinləri istiqamətində hərəkət edir və bir çox narahatlığından xilas ola bilir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Hipnoz nədir?". 2009-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-01.