Hidrometeorologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hidrometeorologiya – həm meteoroloji, həm də hidroloji rejimlə (buxarlanma, yağıntılar, qar örtüyü və s.) əlaqədar prosesləri öyrənən elm sahəsi.

Hidrometeoroloji xidmət

[redaktə | mənbəni redaktə et]

Hidrometeoroloji xidmət xalq təsərrüfatını müxtəlif növ meteoroloji, hidroloji və aqrometeoroloji məlumatlarla (hava, dəniz, çay, göl və bataqlıqların vəziyyəti, qısa və uzunmüddətli proqnoz) təmin edən dövlət təşkilatıdır. Bu məqsədlə hidrometeoroloji xidmət atmosfer, quru və dəniz sularının vəziyyətinə nəzarət edən hidrometeoroloji stansiyalar və postlar, 30–40 km hündürlüyə qədər havanın temperatururütubətliyini, küləyin sürətini və s. ölçən aeroloji stansiyalar, atmosferin yuxarı təbəqələrini raket-zondlarla tədqiq edən stansiyalar şəbəkəsi yaradılmışdır.[1]

Hidrometeoroloji stansiya

[redaktə | mənbəni redaktə et]

Hidrometeoroloji stansiya havanın vəziyyəti, okean, dəniz, çay, göl və bataqlıqların rejimini öyrənmək məqsədilə meteoroloji və hidroloji müşahidələr aparan müəssisədir. Gördüyü işlərin növündən asılı olaraq hidrometeoroloji stansiyalar materik, dəniz, çay, göl və bataqlıq stansiyalarına ayrılır. Müşahidələr vahid proqram üzrə təyin olunmuş vaxtlarda aparılır. Bütün iri şəhərlərdə, aeroportlarda, ucqar və gediş-gəliş çətin olan rayonlarda hidrometeoroloji stansiyalar mövcuddur.[1]

Hidrometeorologiya fəaliyyəti haqqında

  1. 1 2 Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.