Harald Nilsen
Harald Nilsen | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Guld Harald[3] |
Doğum tarixi | 26 oktyabr 1941[1] |
Vəfat tarixi | 11 avqust 2015[2] (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Boyu | 178 sm[3] |
Çəkisi | 72 kq[3] |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941[1] – 11 avqust 2015[2], Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub .
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir.
Karyerası
[redaktə | mənbəni redaktə et]1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir. Növbəti mövsumun ilk oyununda Nielsen 4 qol vurur. Bir neçə həftə sonra, 13 sentyabr 1959-cu ildə Nilsen Danimarka millisində Norveçlə matçda debüt edir və o zaman millinin tarixində ən gənc oyunçu olur (17 il və 322 gün).
1960-cı ildə Nilsen Harald Danimarka Premyer Liqasında debüt edir. 1960-cı ildə 19 qol vuraraq çempionatın bombardiri olur. Daha sonra Milli komanda ilə Romadakı Olimpiadaya yollanır. Olimpiadiyada 5 oyunda 6 qol vuran Nilsen turnirin ikinci bombardiri olur və "Qızıl Harald" ləqəbini alır.[4] Növbəti il Nielsen Danimarkanın ən yaxşı futbolçusu olur. Bununlada Avropa klublarının maraq dairəsinə düşərək tezliklə İtaliyaya yollanır.
1961-ci ilin yayında, 19 yaşında olarkən Nilsen, 200 min krona İtaliyanın "Bolonya" klubuna keçir. Keçiddən sonra Nielsen, milli komandada oynamağı dayandırmaq məcburiyyətində qalır. Nilsen "Bolonya"da 27 avqust 1961-ci ildə, "Bolonya"nın "Palermo" klubunu 2–1 udduğu oyunda debut edir. İtaliyadakı ilk mövsümündə Nilsen 16 liqa oyununda 8 qol vurur. Növbəti mövsüm 19 dəfə qol vuraraq İtaliya A Seriyasının bombardiri olur. Bir il sonra Nilsen ikinci dəfə liqanın bombardiri olaraq klubun son 23 ildə ilk dəfə A Seriyasının çempionu olmasına kömək edir. İtaliyada ilk üç uğurlu mövsümdən sonra Nilsenin oyununda geriləmə başlayır.
1967-ci ildə Nilsen, onun transferi üçun "Bolonya"ya 2,5 milyon dollar ödəyən "İnter" klubuna keçir. Milan klubunun Nilseni almasına səbəb Nerazzurrının baş məşqçisi Elenio Erreranın Nilsenin Yuventusa keçməsindən qorxduğu və bununla da danışıqlar apardığı ilə əlaqəli idi. Ancaq "İnter"də Nilsen zədələr və artıq çəkidən əziyyət çəkməsinə görə əsas heyətdə yer qazana bilmir və "İnter"də cəmi 8 oyun keçirir.
1968-ci ildə "Napoli" klubuna keçir və burada da nadir hallarda meydana çıxır.
Nilsen daha "Sampdoriya" klubuna keçir və 1970-ci ildə burada karyerasını bitirir.
Uğurları
[redaktə | mənbəni redaktə et]Komanda
[redaktə | mənbəni redaktə et]- İtaliya çempionu: 1964
Fərdi
[redaktə | mənbəni redaktə et]- Danimarka çempionatının bombardiri: 1960 (19 qol)
- Danimarkada ilin futbolçusu: 1961
- İtaliya çempionatının bombardiri: 1963 (19 qol), 1964 (17 qol)
Karyera Statistikası
[redaktə | mənbəni redaktə et]Klub | Mövsum | Liqa | Kubok | Avrokubok | Toplam | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Frederikshavn | 1959 | 21 | 19 | ? | ? | - | - | ? | ? |
1960 | 22 | 19 | ? | ? | 0 | 0 | ? | ? | |
1961 | 6 | 5 | 0 | 0 | 0 | 0 | 6 | 5 | |
Toplam | 49 | 43 | ? | ? | 0 | 0 | 49+ | 43+ | |
Bolonya | 1961/62 | 16 | 8 | 0 | 0 | 2 | 2 | 18 | 10 |
1962/63 | 29 | 19 | 0 | 0 | 9 | 11 | 38 | 30 | |
1963/64 | 32 | 22 | 3 | 3 | 1 | 0 | 36 | 25 | |
1964/65 | 31 | 13 | 1 | 0 | 3 | 1 | 35 | 14 | |
1965/66 | 29 | 12 | 0 | 0 | 0 | 0 | 29 | 12 | |
1966/67 | 21 | 8 | 0 | 0 | 5 | 5 | 26 | 13 | |
Toplam | 158 | 82 | 4 | 3 | 20 | 19 | 182 | 104 | |
İnter | 1967/68 | 8 | 2 | 4 | 2 | 0 | 0 | 12 | 4 |
Toplam | 8 | 2 | 4 | 2 | 0 | 0 | 12 | 4 | |
Napoli | 1968/69 | 10 | 2 | 4 | 2 | 5 | 1 | 19 | 5 |
Toplam | 10 | 2 | 4 | 2 | 5 | 1 | 19 | 5 | |
Sampdoriya | 1969/70 | 4 | 0 | 0 | 0 | 0 | 0 | 4 | 0 |
Toplam | 4 | 0 | 0 | 0 | 0 | 0 | 4 | 0 | |
Bütun karyerası | 229 | 129 | 12+ | 7+ | 25 | 20 | 266+ | 156+ |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Harald Nielsen † // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Harald Nielsen // https://pantheon.world/profile/person/Harald_Nielsen.
- ↑ 1 2 3 4 Olympedia (ing.). 2006.
- ↑ "Профиль на sports-reference.com". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
Xrici keçidlər
[redaktə | mənbəni redaktə et]- Harald Nilsen National-Football-Teams.com'da
- İnter.it saytında profil
- Dbu.dk saytında profil
- Harald Nielsen və Rudy Hansenin şəxsi saytı
- 26 oktyabrda doğulanlar
- 1941-ci ildə doğulanlar
- 11 avqustda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Bolonyada vəfat edənlər
- Əlifba sırasına görə futbolçular
- Futbol hücumçuları
- Danimarka futbolçuları
- Danimarka milli futbol komandasının oyunçuları
- Napoli FK oyunçuları
- Sampdoriya FK oyunçuları
- İnter Milan FK oyunçuları
- Bolonya FK oyunçuları
- İtaliyada legioner futbolçular
- İtaliya A Seriyası oyunçuları
- Olimpiya medallı futbolçular
- 1960 Yay Olimpiya Oyunları gümüş medalçıları
- 1960 Yay Olimpiya Oyunlarında futbolçular
- Danimarkanın kişi futbolçuları