Halluazit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Halluazit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Al₂(Si₂O₅)(OH)₄, Al₂Si₂O₅(OH)₄
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Halluazit Al4 [(OH)8 |Si4O10] · 4H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Ferri (qinzburqit) -, kupro -, xromhalluazit (~ 0,6 % Cr2O3).

Rəng – müxtəlif çalarlı – sarımtıl, bozumtul, yaşılımtıl ağ, həmçinin qonur, sarı, bəzən qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, dəyişilməmiş aqreqatlarda – sədəfi, mum parıltı; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək, suda şəffafdır; Sıxlıq – 2,0–2,6; Sərtlik – 1–2; Kövrəkdir; Ovuntulu kütlələri əllə toxunduqda talkvaridir; Ayrılma– yoxdur; Sınıqlar – qabıqlı; Morfologiya – kristallar: ultramikroskopik boruşəkilli; Mineral aqreqatları: massiv, gel kimi, torpaqvari, konkresiya şəkilli.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Səciyyəvi ekzogen mineral olub, ən çox qabbro və diabazların və bəzi Ni, Cu və Zn yataqlarının aşınma qabıqlarında inkişaf edir. Həmçinin turş torpaqlarda, əhəngdaşlarının karst boşluqlarında və gillərin tərkibində qeyd edilir. Mineralın kaolinit, allofan və alunitin parçalanması prosesində əmələ gələn aqreqatları məlumdur. Diagenetik mənşəli halluazit konkresiyalar şəklində kaolinit yataqlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kaolinit, illit, montmorillonit, alunit, nisbətən az hallarda – diaspor. Mineralın tapıldığı yerlər: Anqlyer (Belçika); Altenberq (Almaniya); Juravlinski, Aydırlinski yataqları (Rusiya); Zakarpatye (Ukrayna) və b. Azərbaycanda Kiçik və Böyük Qafqazın bir srıa məntəqələrində – Tutqunçay hövzəsinin qızıl filizi zolağında, Çıraqdərə-Toğanalı filiz sahəsində, Bittibulaq, İtqırılan, Nəsirvaz, Filizçay yataqlarında və başqa yerlərdə qeyd edilmişdir.

Kaolinitlə birlikdə keramik məmulatların hazırlanması üçün xammal kimi istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]