HTTP
HTTP | |
Hypertext Transfer Protocol | |
---|---|
ƏS mərhələsi | Tətbiqi |
Ailə | TCP/IP |
Yaradılma tarixi | 1990 |
Port/ID | 80/TCP |
Protokolun məqsədi | hipermətnə girişin universallaşması |
Spesifikasiya | RFC 1945, RFC 2616 |
Əsas realizasiyalar (kliyentlər) | Veb-brauzerlər, məsələn Mozilla Firefox, Chrome, Opera, Internet Explorer və b. |
Əsas realizasiyalar (serverlər) | Apache, Internet Information Services, Google Web Server, nginx və b. |
Yaradıcı | Tim Berners-Li[1] |
HTTP |
---|
Sorğu metodları |
HTTP başlıqları |
Status kodları |
Təhlükəsizlik girişinə nəzarət üsulları |
Təhlükəsizlik boşluqları |
İnternet |
---|
İnternet portalı |
İnternet protokol dəsti |
---|
Tətbiq təbəqəsi |
Nəqliyyat təbəqəsi |
İnternet təbəqəsi |
Kanal təbəqəsi |
HTTP (ing. HyperText Transfer Protocol – İnternet şəbəkəsində istifadə olunan protokoldur. HTTP veb-səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir.
HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// prefiksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (FTP) və ya Gopher. Tiplərin ardınca serverin
HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// prefiksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: Tiplərin ardınca serverin ünvanı yazılır. Bu ünvanı domen ünvanı da adlandırırlar. Domen ünvanına domenin özü (serverin aid olduğu təşkilatın tipi) və qovşağın adı daxildir. 2006-cı ildə, HTTP-trafikin Şimali Amerikada P2P-şəbəkələrində payı artaraq 46%-ə çatmışdır və onun da demək olar ki, yarısı "video və audio axın"-ların payına düşmüşdür. HTTP həmçinin SOAP, XML-RPC, WebDAV kimi digər proqram protokolları üçün "nəqliyyat vasitə" rolunda çıxış edir.
Protokolun strukturu
[redaktə | mənbəni redaktə et]Metodlar
[redaktə | mənbəni redaktə et]GET
[redaktə | mənbəni redaktə et]GET metodu ilə hər hansı prosesi başlatmaq olar. İstifadəçi URL-də "?" işarəsindən sonra parametrlər ötürə bilər.
GET /test/demo_form.jsp?name1=value1&name2=value2
HTTP standartlarına görə GET metodu idempotent sayılır.[2]
GET sorğusunun xsusiyyətləri:[3]
- GET sorğusu brauzerin keşində saxlana bilir.
- GET sorğusu gizli məlumatlarla işləyəndə isitfadə olunmur.
- GET sorğusunun URL sorğusunun uzunluq məhdudiyyəti var(maksimum uzunluğu 2083[4] və ya 2048[3] simsoldur).
- GET sorğusu yalnız məlumat almaq üçün istifadə olunmalıdır.
- GET sorğusu kodlaşma növü application/x-www-form-urlencoded.
- GET sorğusunda verilənlər tipindən yalnız ASCII simvollarını dəstəkləyir.
- GET sorğusunda göndərilən məlumat URL-də görsənir.
POST
[redaktə | mənbəni redaktə et]POST metodu veb serverin məlumatı alıb saxlaması üçün nəzərdə tutulub. Məlumatlar POST metodunun bədənində göndərilir. Post metodu daha çox faylların göndərilməsində həmçinin veb formlardan məlumat alınmasında istifadə olunur.
POST metoduna nümunə:[3]
POST /test/demo_form.jsp HTTP/1.1
Host: w3schools.com
name1=value1&name2=value2
POST metodu idempotent sayılmır.[2]
POST sorğusunun xsusiyyətləri:[3]
- POST sorğusunda sorğu uzunluğunda məhdudiyyət yoxdu.
- POST sorğusu brauzerin keşində saxlana bilmir.
- POST sorğusunun kodlaşma növü application/x-www-form-urlencoded və ya multipart/form-data.
- POST sorğusu bütün simvollu kodları dəstəkləyir.
- POST sorğusunda məlumatlar URL-də görsənmir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Berners-Li T. HyperText Transfer Protocol.
- ↑ 1 2 "Method Definitions". 2012-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-14.
- ↑ 1 2 3 4 "The GET,POST Method — Some other notes on GET,POST requests". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-14.
- ↑ "Maximum URL length is 2,083 characters in Internet Explorer". 2016-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-14.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] İnternet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |