Həmişəyaşıl sekvoya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həmişəyaşıl sekvoya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Həmişəyaşıl sekvoya (lat. Sequoia sempervirens) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sekvoya cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikanın dağlıq rayonlarında, Sakit okean sahili boyu ərazilərdə yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 100 m-ə və çətirinin diamteri 8–10 m-ə çatan uzunömürlü (2000 ilə qədər) ağacdır. Sistematik baxımdan bu növ sekvoyadendrona yaxındır. Çətiri ensizdir və budaqlanması gövdənin yuxarısından başlayır. İynəyarpaqları neştərvarıdır, yumşaqdır, budaq üzərində iki cərgədə düzülür. Qozaları kiçik ölçüdədir, ovaldır 2-2,5 sm uzunluqdadır. Hamar, mavi-boz iynəyarpaqlı qısa zoğları sekvoyaya dekorativ görünüş verir. Ağacın qabığı qalın, qırmızımtıl, dərin şırımlıdır. Sekvoya birevli bitkidir, mikrostrobillər və meqa-strobillər bir ağacda inkişaf edir. Sekvoya tez boy atması ilə fərqlənir. Kölgəyədavamlı, torpaq və havanın rütubətinə tələbkardır. Sekvoya istisevəndir, lakin qısamüddətli şaxtalara da davam gətirir. Yüksək dərəcədə budaq və zoğ əmələgətirmə qabiliyyətinə malik olduğundan, kəsildikdə kök və gövdə pöhrələri ilə çətirini tez bir vaxtda bərpa edə bilir. Qələmlə çoxaldılır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Mərkəzi Nəbatat Bağına introduksiya edilmişdir. Bakı şəhərinə yeni salınan yaşıllıqlarda rast gəlinir.

Oduncağı çürüməyə davamlıdır, mebel və kağız istehsalında geniş istifadə edilir.