Geomorfologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yerin relyefi
Cono de Arita, Salta (Argentina)

Geomorfologiya (q.yun. γῆYer + μορφήForma + λόγοςTədris) — çox mürəkkəb daxili və xarici quruluşa malik olan relyefdə baş verən bütün prosesləri, qanunauyğunluqları öyrənən elm.

Yer səthində yaranan relyef formaları açıq (çay dərələri, yarğan, qobu və s.) və ya qapalı (təpə, çalalar, çüxurlar, karst qıfları və s.) olurlar. Onlar həmçinin müsbət (qabarıq) və ya mənfi (çökək) formalara malik olurlar. Ən böyük müsbət formaya materik qalxmaları, mənfi formaya isə okean çökəkliyi aiddir.[1]

Relyef dedikdə, yerin bütün kələ-kötürlüklərinin məcmuyu nəzərdə tutulur.O, müxtəlif istiqamətli daxili ( endogen ) və xarici ( ekzogen ) geoloji proseslərin yer qabığına təsiri nəticəsində yaranır. Həm də bu və ya digər prosesin üstünlük təşkil etməsi, onun davamiyyəti və coğrafi zonallığı əsas rol oynayır. Əgər endogen proseslər ( tektonik və vulkanik ) yer səthində ilkin müsbət və mənfi formalar əmələ gətirir.

Relyefin formaları.

[redaktə | mənbəni redaktə et]

Yer səthində inkişaf etmiş bütün relyef formaları endogenekzogen qüvvələrin qarşılıqlı təsirinin məhsulu olub, müsbət və mənfi, sadə və mürəkkəb olmaqla planetar relyef, meqarelyef, makrorelyef, mezorelyef, mikrorelyef və naporelyef kateqoriyalarına ayrılır.

Planetar relyeftektonik mənşəli olub, bir planet kimi Yerin zahiri görünüşünü müəyyənləşdirən yer səthinin ən iri elementlərini – materikləri və okeanları əhatə edir.

Meqarelyef - əsasən tektonik mənşəli olub, materiklərin və okean diblərinin ən iri formalarını – dağ sistemlərini, materik düzənliklərini, yaylalarını, platoları, okeanaltı dağları, çökəklikləri və s. əhatə edir.

Makrorelyef – yüzlərlə və minlərlə kv.km sahəni tutan yer səthi relyefinin iri elementlərini – ayrı-ayrı dağ silsilələrini, dağarası çökəklikləri, dərələri , okean və dəniz dibi düzənliklərini, qalxmaları və s. iri relyef formalarını əhatə edir və əsasən tektonik mənşəlidir.

Mezorelyef – on kv. km-dən çox olmayan sahəni tutan kiçik ölçülü, dərinə getdikcə zəif parçalanan nisbi hündürlüyü az olan formaları – təpələri, alçaq dağ tirələrini, qalıq yüksəklikləri, qobuları, iri karst qıflarını, iri akkumulyativ formaları ( barxan ) əhatə edir və əsasən ekzogen mənşəli olur.

Mikrorelyef – bu relyef formaları ekzogen proseslər nəticəsində əmələ gəlib, mezorelyef formalarının səthini mürəkkəbləşdirən kiçik ölçülü relyef formalarını- karst qıflarını, erozion çuxurları, sahil vallarını və s. əhatə edir.

Naporelyef – ekzogen proseslər nəticəsində əmələ gələn çox kiçik formalardır, makro-, mezo-, mikroformaların səthini mürəkkəbləşdirən erozion şırımları, kiçik çuxurları, kiçik eol formaları əhatə edir.