G.I.

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maneələrlə qaçışda mükəmməl form: Zenit təlim mərkəzinin bu əsgərləri 5 futluq relsli hasar üstündən tullanırlar. Bir dövrə üç dəqiqə yarım davam edir. (Camp Edwards, Massachusetts, 1942)

G.I. ABŞ Silahlı Qüvvələrinin üzvləri və ya onların avadanlıqları üçün nəzərdə tutulmuş termindir. Sifət və ya isim kimi istifadə edilə bilər. Bu gün “Government Issue” (“Dövlət Əmlakı”) sözünün abreviaturası kimi, bəzən isə səhv olaraq “General Infantry” (“Ümumi Piyada”) sözünün abreviaturası kimi istifadə olunsa da, ilkin olaraq “galvanized iron” (“qalvanizli dəmir”, yəni qalvaniz örtüklü dəmir polad) sözündən gəlir.

“G.I.” hərflərindən ABŞ Ordusunun inventar və təchizat qeydlərində metal zibil qutuları kimi sinklənmiş poladdan hazırlanmış avadanlıqları göstərmək üçün istifadə edilmişdir.

Birinci Dünya Müharibəsi zamanı Amerika əsgərləri alman artilleriyasının mərmilərini istehza ilə “G.I. cans” (G.I. qutuları) adlandırırdılar. Eyni müharibədə bu abbreviatura “Govenment Issue” kimi şərh edilməyə başlanmış və hərbçilər ilə orduya aid edilən hər şeyə G.I. deyilməyə başlanmışdır.

G.I. Joe: Kobranın Yüksəlişi