Frans Babinger

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Frans Babinger
alm. Franz Babinger
Doğum tarixi
Doğum yeri Vayden, Bavariya
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Durres, Albaniya
Vəfat səbəbi boğulma
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Bavarian Order of Merit

Frans Babinger (alm. Franz Babinger‎; 15 yanvar 1891, Vayden, Bavariya — 23 iyun 1967, Durres, Albaniya) — Alman tarixçi, türkoloqu və şərqşünası. Hindşünaslıq və sami filologiyası üzrə doktor (1914), Berlin Universitetinin Şərq dilləri üzrə professoru (1921).

Frans Babinger 15 yanvar 1891 Almaniyanın Veyden şəhərində doğuldu. Ali təhsilini Münhen Ludviq-Maximilan Universitetində oxudu və 1914-cü ildə Fəlsəfə fakültəsində təqdim etdiyi "Gottlieb Siegfried Bayer (1694-1738), Ein Beitrag zur Geschichte der Morgenländischen Studiən im 18 Jahrhundərt (Gottliəb Siegfriəd Bayer (1694-1738), XVIII əsrdə Şərqi araşdırmalarına bir qatqı) München 1915"; adlı dissertasжyla doktor oldu. Bir neçə ay sonra başlayan Birinci Dünya Müharibəsinə topçu ehtiyatda olan zabit kimi qatıldı. 1915-ci ildə Türkiyədəki Alman qərargahında vəzifələndirildi, İstanbula gəldi və bir müddət Çanaqqala savaşlarında oldu. Buradan savaşla əlaqəli olaraq göndərdiyi yazıları "Frankfurter Zeitung" qəzetində nəşr olundu. Özü Çanaqqalada miralay Mustafa Kamalla tanış olduğunu və rabitə xidməti zabiti olaraq vəzifələndirildiyini ifadə edirsə də, rütbəsi kiçik olan bir gəncin Mustafa Kamala nə qədər yaxınlaşmış olduğu bilinmir. Savaşın sonlarına doğru, Şamda yayımlanmaqda olan "Armée-Zeitung Jildirim" da bir neçə yazısı çıxdı. Savaşın sona çatmasından sonra Almanyada başlayan qarışıqlıqlarda, Münhendə düzənlənən könüllü alayında üsyançılara qarşı çarpışan Babinger 1920-ci illərdən etibarən özünü tamamilə akademik çalışmalara verdi.

"Schejch Bədr əd-Dın, der Sohn des Richtərs von Simav" (Simavna qazısının oğlu Şeyx Bədrəddin) adlı dissertasiyasıyla 1921-ci ildə Berlin Friedrich-Vilhelms Universitetində dosent oldu. Bir müddət Prussiya maarif nazirliyi olmuş olan o illərin məşhur şərqşünası C. H. Beckerin köməkliyi ilə 1924-cü ildə professorluğa yüksəldi. Bu universitetdə qaldığı 1921-1934-cü illəri arasında bir çox kitab və məqalə nəşr etdirdi. 1933-cü ildə (öyrəniləməyən bir səbəbdən, fəqət ehtimalən nasistlərin basqısı üzündən və Rumın tarixçisi Nicolae İorganın dəvəti üzərinə) Ruminiyaya mühacirət etmiş, Bükreş və Yaş universitətlərində müəllim olaraq çalışmış, Buxarest Universitetinin fəxri professoru (1935), Yassıda Türkologiya İntitutunun direktoru (1937-43) olmuşdur. Babinger Türkiyənin orta əsrlər tarixi, arfeoqrafiyası və biblioqrafiyasına dair tədqiqatların, o cümlədən "Osmanlı tarixçiləri və onların əsərləri kitabının müəllifidir".[1]

Frans Babinger Birinci Dünya müharibəsinin sonlarında Almaniyaya qayıtdı. 1948-ci ildə Münhen Lüdviq-Maksimilan Universiteti Fəlsəfə fakültəsinin Yaxın şərq Tarixi və Mədəniyyəti və Türkologiya İnstitutunun direktoru işlədi, eyni zamanda Münxen Universitetinin professoru oldu, həmçinin eyni adla bir institut qurdu (Institut für Geschichte und Kultur des nahen Orients sovie für Türkologie). Fəqət zəngin bir kitabxanası olmasına baxmayaraq, bu institut hər hansı elmi bir fəaliyyət göstərmədi. Babinger şəxsən dərs deməyi çox sevmədiyindən bu müəllimliyi illərində önəmli bir təhsil və təlim fəaliyyəti ilə məşğul olmadı.

Altmışıncı doğum ildönümü münasibətilə 1951-ci ildə adına, tələbələrindən C. H. Kisslinq və A. Şmausun səylərilə Münhendəki həmkarları tərəfindən yazılmış məqalələrdən ibarət bir hədiyyə kitab ("Serta Monacensia, Franz Babinger zum 15 Januar 1951, Leidən 1952") nəşr olundu.

Babinger 1958-ci ildə Münhen Universitetindən təqaüdə çıxdı. Albaniya hökumətinin dəvətlisi olaraq getdiyi Draçda 23 iyun 1967-ci il tarixində öldü. Vyanaya göndərilən cənazəsi orada kremasiya olunaraq külü Almaniyada Vürtsburq məzarlığındakı ailə məzarına qoyuldu.

  • Die Geschichtsschreiber der Osmanen und ihre Werke. Leipzig, 1927;
  • Das Archiv des Bosniaken Osman Pascha. Br., 1931;
  • Mehmed der Eroberer und seine Zeit. München, 1953;
  • Sultanische Urkunden zur Geschichte der osmanischen Wirtschaft und Staatsverwaltung am Ausgang der Herrschaft Mehmeds II. des Eroberers. Teil I: Das Qānūn-Nāme-i
  • Sultānī ber Mūdscheb-i Örf-i Osmānī. München, 1956.
  • Mihail Guboğlu, “Franz Babinger”, SAO, VII (1968), s. 233-235; TA, V, 18-19;
  • R. Ekrəm Koçu, “Babinger, Franz”, İst.A, IV, 1773-1774.
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 7–8. ISBN 978-9952-441-07-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]