Fəzilət
Fəzilət — insanın kamil olmaq üçün, təsəvvür etdiyi ideala çatmaq üçün malik olmaq istədiyi və ya cəmiyyətdə arzuladığı yeri tutmaq üçün ona gərək olan üstün cəhətlər.
Fəzilət sözü hər hansı hadisə və ya insandan fərqli obyekt barəsində də işlənə bilər. Bu halda həmin hadisənin bizim üçün müsbət olan tərəfləri və həmin obyektin özü kimilərlə müqayisədə üstün cəhətləri nəzərdə tutulur.
Məsələn, Wikipedia-nin yaranması hadisəsinin bizim üçün fəzilətləri asanlıqla informasiya əldə etmək, mühüm informasiya əldə etmək, məqalə daxil edərək başqalarına kömək etməkdən ibarətdir.
Fəzilətlərin siyahısı
[redaktə | mənbəni redaktə et]Müasir dövrdə insanların yüksək qiymətləndirdiyi və keyfiyyətli həyat üçün əhəmiyyətli hesab edilən bir çox fəzilətlərin siyahısı:
altruizm | mərhəmət |
azadlıq | məsuliyyətlilik |
azad iradə | məsumluq |
aza qane olmaq | minnətdarlıq |
bağışlaya bilmək | müdriklik |
başa düşmə qabiliyyəti | müstəqillik |
birlik | nəzakət |
bütövlük | qiymətləndirmə qabiliyyəti |
cəsarət | qətiyyətlilik |
çeviklik | optimistlik |
dəyanət | özünə inam |
intizam | özünə hörmət |
doğruçuluq | özünü dərk etmə |
dözümlülük | özünü qiymətləndirmə |
düzlük | qonaqpərvərlik |
empatiya | rəhimlilik |
entuziazm (şövq) | sadəlik |
etibarlılıq | saflıq |
etiqad | sevgi |
ədalət | sevinc |
ədəblilik | səbr |
əliaçıqlıq | sədaqət |
fantaziya | səmimilik |
gözüaçıqlıq | sülhpərvərlik |
həssaslıq | şərəf |
hörmətcillik | tabe olma |
idealizm | təmizlik |
inadcıllıq | təvazökarlılıq |
intuisiya | tolerantlıq |
ismətlilik | ümidli olmaq |
kamillik | xeyirxahlıq |
kəşf etmə qabiliyyəti | xeyriyyəçilik |
kömək etmək qabiliyyəti | xoşbəxtlik |
kritik düşünmə | xoşniyyətlilik |
ilqar | yaradıcılıq qabiliyyəti |
maraq | yaxşı ədalar |
məqsədyönlülük | zəhmətkeşlilik |
Mənbə
[redaktə | mənbəni redaktə et]Ərəb və fars sözləri lüğəti. (1966). B. Abdullayev, Ə. Orucov, Y. Şirvani. Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı