Ezop

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ezop
yun. Αἴσωπος, Aisōpos;
ing. Aesop
Doğum tarixi təq. e.ə. 620[1]
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 564
Vəfat yeri
Milliyyəti Yunan
Fəaliyyəti Yazıçı, təmsilçi
Əsərlərinin dili qədim yunan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ezop (yun. Αἴσωπος, Aisōpos təq. e.ə. 620[1], Mesembriya[d]təq. e.ə. 564, Delphi) — Əfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təxminən eramızdan əvvəl 620 – 564-cü illərdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, o kölə olub və sonradan ona azadlıq verilib. Delfiya şəhərinin sakinləri tərəfindən öldürüldüyünə inanılır.[2]

Orta əsrlərdə Bizansda Ezopun məzəli bioqrafiyası yazılıb. Uzun illər həmin bioqrafiya Ezop haqqında dəqiq məlumatlar mənbəyi sayılıb. Burada Ezop dəyər-dəyməzinə alınıb-satılan, özü kimi kölələr, habelə nəzarətçiləri və ağaları tərəfindən daim incidilən bir şəxsdir.

Ezopu qozbel, axsaq, meymun sifətli, əlqərəz, hər baxımdan Apollonun ilahi gözəlliyinin tam əksi kimi təsvir ediblər. O, heykəltəraşlıqda da belə təsvir edilib, o cümlədən bizim günlərə qədər gəlib çıxan maraqlı heykəldə də bu şəkildədir. Lakin bəzi tədqiqatçılar hesab edirlər ki, Ezopun anadangəlmə eybəcərliyi, onun hiyləgərliyi, müdriklər və kahinlər ilə müəmmalı əlaqələri uydurmadır. XX əsrə yaxınlaşdıqca Ezopun obrazı getdikcə daha aydın şəkil alıb. Əgər o, real şəxsiyyətdirsə, bir vaxtlar Qrimm qardaşları kəndbəkənd gəzib nağıllar topladıqları kimi onun da təmsilləri xalqın müdriklik xəzinəsindən toplanıb. Ezopun məcmuə şəklində toplanmış təmsilləri bizim günlərə gəlib çatsa da, müəllifin real şəxsiyyət olmasını və fəlsəfi fikirlərin məhz onun tərəfindən deyildiyini təsdiq etmir.

Ezopun təmsilləri mənsur əsərlərdən ibarət topludur. Burada azı 400 təmsil yer alıb. Əfsanəyə görə, Aristofanın dövründə Afinada uşaqlara Ezopun müdrik təmsilləri öyrədilirmiş. Ezopun təmsillərini ilk dəfə hələ eramızdan əvvəl III əsrdə qədim yunan filosofu Demetri Falerski yeni şəklə salıb. Eramızdan əvvəl II əsrdə qədim yunan filosofu Babri Ezopun təmsillərini oxumağa və tərcümə etməyə başlayıb. Ezopun təmsil yaradıcılığının əsasını məhz onun tərcümələri təşkil edib. Bəzi tarixçilər məhz Babrini topunun həqiqi müəllifi sayırlar.[3]

  1. 1 2 Bibliothèque nationale de France Record #11929800n // BnF catalogue général (fr.). Paris: BnF.
  2. "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
  3. "Arxivlənmiş surət". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.