Erqonomika
Erqonomika (q.yun. ἔργον— iş, fəaliyyət və νόμος — «qanun») — vəzifə səlahiyyətlərinin, iş yerlərinin və əmək obyektlərinin, həmçinin kompüter proqramlarının işçinin fiziki və psixi imkanlarından irəli gələrək təhlükəsiz və səmərəli çalışqanlığı üçün uyğunlaşdırılması haqqında elmdir.Tətbiqi elmləri (psixologiya, fiziologiya, antropologiya, kibernetika, fizika, riyaziyyat, biomexanika, gigiyena, pedaqogika, iqtisadiyyat, texniki elmlər və s.) özündə cəmləşdirir.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Erqonomika istehsalat proseslərində insan ilə texnikanın qırılmaz vəhdətini və bu vəhdətin hərtərəfli sintez və analizini izah edir. Erqonomika məsələ həllində bütün elmi üsullardan geniş istifadə edir. Onun tədqiqat predmeti olan insani əməyin, təfəkkürün və ünsiyyətin məhsulu kimi qəbul olunur.
İş prosesində qəza və təhlükəli halların 70%–i icraçının fiziki, psixoloji–fizioloji və psixi imkanlarının içra olunan işlə uyğunlaşdırılmamasından irəli gəlir. Son 30 ildə insan əməyi öz yerini sadə fiziki güc mühitindən mürəkkəb ağıl fəaliyyəti mühitinə vermişdir. Başqa sözlə, peşənin əsas ağırlığı mühərrikin biomexaniki mühiti üzərinə deyil, insanın psixologiyası üzərinə düşür. Beləliklə, əmək fəaliyyətinin əsas hissəsi ağılın mürəkkəb və gərgin işi, diqqət, yaddaş və təfəkkür vasitəsilə həyata keçirilir.
Məqsədi
[redaktə | mənbəni redaktə et]QİYŞ–in üzvü olan ölkələrin alim və mütəxəssislərinin erqonomik məsələrə dair Birinci Beynəlxalq konfrasında (1972–ci il) qeyd edilmişdir ki, erqonomika insanın əmək prosesindəki imkan və qabiliyyətini öyrənir. O, əmək fəaliyyətinin təşkilində elə şərtlər və üsullar yaratmalıdır ki, bunlar əməyi yüksək məhsuldar əməyə çevirərək eyni zamanda insanın fiziki və mənəvi inkişafına səbəb olsun, işçinin təhlükəsizliyini təmin etsin, onun sağlamlığını və iş qabiliyyətini mühafizə etsin. Buradan görünür ki, erqonomika öz məqsəd və məsələlərinə görə müasir əmək mühafizəsinə yaxındır. Erqonomika müasir cəmiyyətin ən sadə tərkibli istehsalat güclərini, insan–maşın sistemlərinin növlərini və biotexniki kompleksləri ətraflı tədqiq edir. İnsan–maşın–mühit sistemlərini kompleksi öyrənmək üçün erqonomika müasir gigiyena, fiziologiya, psixologiya antroologiya və s. elmlərin ideya və nailiyyətlərini sintez edir. Erqonomika insanın konkret fəaliyyətini müəyyənləşdirən xassəsinin, imkanının, bacarığının, bir–birinə uyğunluğuna əsaslanaraq görülən işin quruluş və tərkibini, texnikanın və onu əhatə edən mühitin xassələrini aydınlaşdırır. İnsan–maşın–mühit sistemlərinin uyğunluğu erqonomik xüsusiyyət, komponentlərin tərkibi, texnikanın növü, fəaliyyətinin daxili və xarici mühiti, iş yerinin quruluşu, keyfiyyəti, forması, idarəetmə vasitələrinin ölçüsu və yerləşdirilməsi, iş sahəsi və s. amillərlə müəyyənləşdirilir. İnsanın erqonomnk xassəsinə onun görmə qabiliyyəti, toxunma, iybilmə, səs duyğusu, qavrayış, həmçinin mürəkkəb hissi–hərəkəti və əhval–ruhiyyəsi, yaddaşı, təfəkkürü, diqqəti və s. təsir göstərir. Buradan görünür ki, əmək şəraitinin təhlükəsizliyinin təmin edilməsi məsələləri nə qədər mürəkkəb və hərtərəflidir.müəssisələrdə zədələnmələrin aradan qaldırılması üçün insan–maşın sistemlərinin quruluşunda və vəzifələrində ahəngdarlıq yaradılması böyük əhəmiyyətə malikdir. Bədbəxt hadisələrin törəməsində psixoloji şəraitin əhəmiyyətinin təhlili göstərir ki, zədələnmələrin 10%–i adi vaxtda olduğundan daha çox səhvə yol vermişlər. 8,4 %–i vərdiş etdikləri əməliyyatın yerinə yetirilməsində ləngimiş, 11,6%–i iş zamanı mühüm tədbirlər görülməsini yaddan çıxarmışlar və s. Buradan aydın olur ki, kollektivdə psixoloji iqlimin sağlamlığı, hər bir işçinin emosional vəziyyəti təhlükəsizliyin təmin edilməsində əsas şərtlərdən biridir. Sorğu nəticəsində aydınlaşdırılmışdır ki, zədələnmələrin 80%–i üçün bədbəxt hadisə qəflətən baş vermiş, qalanları isə vaxt olmasına baxmayaraq, qəzanın qarşısını almaq üçün düzgün yol tapa bilməmişlər.
Zədələnmə ilə mübarizədə təhlükəli gərgin şəraitdə soyuqqanlı olmaq və düzgün qərar qəbul etmək vərdişi aşılanması üçün işçiləri hazırlamaq lazımdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əməyin erqonomikası Arxivləşdirilib 2011-11-16 at the Wayback Machine
- Эргономическое обеспечение Web-дизайна — Венедикт Кляуззе. «Мир ПК» № 05, 2002 год.
- Компьютерная Эргономика Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine — компьютерно-зрительный, карпально-туннельный, позвоночный, грудной, ножной синдромы.
- Novus Ergonomics[ölü keçid] (ing.)
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Шульц Д., Шульц С. Психология и работа
- Раздорожный А. А. Охрана труда и производственная безопасность: Учебно-методическое пособие — Москва: Изд-во «Экзамен», 2005. — 512 с. (Серия «Документы и комментарии»)
- В. М. Мунипов, В. П. Зинченко. Эргономика, Логос,2001, стр.356
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İş yerinin Erqonomikası". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.