Epimenid
Naviqasiyaya keç
Axtarışa keç
Epimenid | |
---|---|
q.yun. Ἐπιμενίδης | |
Doğum tarixi | e. ə. VII əsr |
Doğum yeri | |
Vəfat tarixi | e. ə. VI əsr |
Fəaliyyəti | yazıçı, filosof, şair |
Fəaliyyət illəri | e.ə. 7. əsr–e.ə. 6. əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Epimenid (q.yun. Ἐπιμενίδης; e. ə. VII əsr, Knos, Krit – e. ə. VI əsr) — qədim yunan keşişi və qabaqgörəni, fəlsəfidən əvvəlki ənənənin nümayəndəsi, epik şair.
Həyatı
[redaktə | mənbəni redaktə et]Epimenid e.ə. VII əsrdə Kritdə yerləşən Fest şəhərində anadan olmuşdur. O, sonra Knossda yaşamışdır. Qədim əfsanələrdə o, tanrıların sevimlisi və falçı kimi təsvir olunur. Aristotelə görə o, gələcəyi proqnozlaşdırmırdı, əksinə qaranlıq keçmişi izah edirdi. Onun xüsusi kosmoqonik təlimi haqqında məlumat verilir. Epimenidə görə, iki ilk prinsip var idi – Hava və Gecə. Kilon üsyanından sonra afinalılar e.ə. 596-cı ildə Kilon lənətindən təmizlənmək istəyəndə Epimenidi təmizləyici qurbanlar verməyə dəvət etmişdilər.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Кулишова, О. В. Дельфийский оракул и тирания в архаической Греции // Античный полис: Проблемы социально-политической организации и идеологии античного общества (Межвузовский сборник). СПб.: Издательство С.-Петербургского университета. 1995. 16. ISBN 5-288-01316-0. 2014-12-05 tarixində arxivləşdirilib.