Dravidlər
Ümumi sayı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
245 milyon | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dili | |||||||||
Dini | |||||||||
Dravidlər - dravid dillərində danışan xalqlar qrupu. Əsasən, Cənubi Asiyada (Hindistan[1], Pakistan və Şri-Lankada[2] ; ayrı-ayrı qruplar Banqladeş və Nepalda) yaşayırlar. Dravidlər dünyanın ən qədim və inkişaf etmiş sivilizasiyalarından biri olan Hind vadisi sivilizasiyasının yaradıcıları hesab olunur. Bu sivilizasiyanın mədəniyyətində və mifologiyasında dravid elementləri aydın görsənir.[3][4][5][6]. Dravid xalqları digər hind xalqlarından xarici görünüşünə görə çox fərqləndiyinə görə alimlər onları ayrıca dravid irqinə və ya Cənubi Hindistan irqinə aid edirlər.[7][8]
Dravid xalqlarından olan teluqular və tamillər Hindistanın iki nəhəng kinoindustirayasının yaradıcıları hesab olunur: Tollivud (teluquq dilində) və Kollivud (tamil dilində). Kino məhsullarının sayına görə onlar artıq Bollivudu üstələmiş[9][10][11]. Dravidlərin daha çox yaşadığı Cənubi Hindistanın iki şəhəri: Banqalor və Heydərabad Hindistanın əsas elmi və industrial mərkəziləridir. Heydərəabad və Banqalor bir biri ilə hind silikon vadisi adı uğrunda mübarizə aparır.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Şimali, mərkəzi və cənubi dravidlərə ayrılırlar. Şimali Dravidlərə Pakistan, Əfqanıstan, İran və Türkmənistanda brahuilər, Şimal-Şərqi Hindistan, Banqladeş və Nepalda oraonlar (kurukh dilində danışırlar), Şimal-Şərqi Hindistanda (Çhota-Naqpur yaylası, Racmahal yüksəkliyi, Şilonq yaylası) maltolar və paharilər (malto dilində danışırlar); mərkəzi dravidlərə (Mərkəzi Hind silsiləsi, Vindhya, Satpura dağları, Mahadeo çayı vadisi) qondlar, khondlar, koyyalar, penqolar və s. aiddir. Cənubi dravidlərə (Dəkkən yaylası, Qərbi və Şərqi Qat dağları, Malabar və Kormandel sahilboyu) Hindistanın iri etnik birlikləri ilə yanaşı, (1953-56-cı illərdə ərazilərində Tamilnad, Kerala, Andhra-Pradeş və Karnataka “dil ştatları” yaradılan teluqular, tamillər, malayalilər və kannaralar, tamillər həmçinin Şri-Lankanın şimalm. rayonlarında məskunlaşmışlar) adivasilər qrupundan kiçik tayfalar: kodaqular, todalar, kotalar, irulalar, tulular, kurumbalar, koraqalar, çençular, kaykadalar və s. daxidir.
Cənubi dravidlər sıx məskunlaşmışlar və öz ərazilərində əhalinin əksəriyyətini təşkil edirlər, qalanları isə qeyri-dravid xalqlar ilə əhatələnmiş anklavlarda yaşayırlar. Cənubi Asiyada dravidlərin sayı 210-220 mln. nəfərdir (2004). XIX-XX əsrin əvvəllərindən dravidlərin bir neçə milyonu həmçinin Cənub Şərqi Asiyada (Malayziya, İndoneziya, Sinqapur və s.), Sakit və Hind okeanlarının adalarında, Cənubi və Cənub Şərqi Afrikada yaşayır.
Antropoloji cəhətdən cənubi dravidlərin çoxu dravid irqinə, şimali və mərkəzi dravidlər hind-Aralıq dənizi irqinə aiddir. Bütün dravidlərdə, xüsusilə Şimali və Şimal-Şərqi Hindistanda yaşayanlarda vedda irqi və Avstraliya irqinin cizgiləri müşahidə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Louis, Rosenblatt; Steever, Sanford B. The Dravidian Languages. Routledge. 15 April 2015. səh. 388. ISBN 978-1-136-91164-4. 19 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
- ↑ Swan, Michael; Smith, Bernard. Learner English: A Teacher's Guide to Interference and Other Problems. Cambridge University Press. 26 April 2001. səh. 227. ISBN 978-0-521-77939-5. 30 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
- ↑ "Дравиды". «БРЭ» (БОЛЬШАЯ РОССИЙСКАЯ ЭНЦИКЛОПЕДИЯ). 2018-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
- ↑ Тюляев С. И. Искусство Индии. III-е тысячелетие до н. э. — VII век н. э. Под. ред. Е. Н. Галкиной. М. Искусство. 1988. 58, 60
- ↑ "Dravidians". International Encyclopedia of the Social Sciences/Encyclopedia.com. 2008. 2016-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
- ↑ "Indus script early form of Dravidian". The Hindu. 2014-11-15. 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
- ↑ "ДРАВИДИЙСКАЯ (ИЛИ ЮЖНОИНДИЙСКАЯ) РАСА". Физическая Антропология. Иллюстрированный толковый словарь ::: БИБЛИОТЕКА УЧЕБНОЙ И НАУЧНОЙ ЛИТЕРАТУРЫ. 2011. 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
- ↑ "Дравидийская цивилизация". Цивилизациум. 2016-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
- ↑ "India surges ahead in film production, Tamil films on top". The Times of India. 2013-08-20. 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
- ↑ "Tamil leads as India tops film production". The Times of India. 2013-08-22. 2014-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
- ↑ Hemanth Kumar. "Tollywood gets a digital boost". The Times of India. 2014-10-22. 2014-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.