Doğum günü
Bu məqalə qaralama halındadır. |
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. İnsanların ad günləri bir çox mədəniyyətlərdə, çox vaxt ad günü hədiyyələri, ad günü kartları, ad günü partiyası və ya keçid mərasimi ilə qeyd olunur. Həmçinin bir çox dinlər öz qurucularının və ya din xadimlərinin doğumunu xüsusi bayramlarla qeyd edirlər (məsələn, Milad, Mövlud, Buddanın Ad günü, Krişna Canmaştəmi və Qurpurb).
Ad günü tortu hazırlamaq və üzərinə şam qoyub arzu edib üfürmək adəti əslində Qədim Yunanıstana gedib çıxır. O dövrdə üzərində şam olan yuvarlaq tortların parlaq ayı simvolizə etdiyinə dair ümumi bir inanc var idi. Belə inanılırdı ki, bir arzu etmək və tortun üzərindəki şamları üfürmək duaları tüstü vasitəsilə tanrılara çatdıracaq.[1]
Bir çox Latın Amerikası ölkələrində, xüsusən də Meksikada ad günü şənliklərində Pinyata (piñata) ənənəsi keçirilir. Bu pinyatalar adətən bəzəkli heyvan şəklində olur və karton və yaxud papyer-maşedən hazırlanır, içərisi isə konfet və şirniyyatlarla doldurulur. Pinyatalar əvvəlcə asılır və iştirakçılar, əsasən də uşaqlar onu növbə ilə, açılana qədər gözləri bağlı halda çubuqla vururlar.
Azərbaycanda doğum günü
[redaktə | mənbəni redaktə et]Azərbaycanda adətən uşaqlar üçün doğum günlərinin keçirilməsi bir çox ailələrdə vacib sayılır. Doğum günündə süfrəyə üzərinə şamlar düzülmüş tort gətirilir.
Son zamanlar, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə partiyaların, şirkətlərin və müxtəlif təşkilatların da doğum günlərinin keçirilməsi dəb halını almışdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Knelly, Clarice. "The Beautiful, Ancient Story Of How Birthday Candles Were Invented". Tasting Table (ingilis). 2022-10-11. 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-17.