Dividend
Naviqasiyaya keç
Axtarışa keç
Mühasibat uçotu |
---|
Əsas anlayışlar |
Maliyyə hesabatları |
Mühasibat uçotunun sahələri |
Audit |
Maliyyə nəzarəti |
Dividendlər (ing. dividends) — səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Yəni dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Dövlət maliyyəsi terminləri lüğəti" (PDF). 2014-08-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.