65°46′ şm. e. 169°00′ q. u.HGYO

Diomid adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Diomid adaları
rus. Острова Диомида, ing. Diomede Islands
Ümumi məlumatlar
Adaların sayı 3
Ən böyük adası Ratmanov adası
Ümumi sahəsi 37 km²
Hündür nöqtəsi 505 m
Əhalisi 137 nəfər (2011-ci il)
Yerləşməsi
65°46′ şm. e. 169°00′ q. u.HGYO
Ölkələr
Region
  • Alyaska
Akvatoriya
Diomid adaları xəritədə
Diomid adaları
Diomid adaları
Diomid adaları (Alyaska)
Diomid adaları
Diomid adaları, Alyaska
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diomid adaları (ing. Diomede Islands) (həmçinin Qvozdev adası) — Berinq boğazının mərkəzində, təxmini olaraq Çukot Muxtar DairəsiAlyaskadan 35 km aralıda yerləşir.

Qərbində Ratmanov adası (Eskimosca İmaklik — «su ilə əhatələnmiş») 29 km² əraziyə malikdir və Rusiyaya məxsusdur. Ada Rusiyanın ucqar şərq nöqtəsidir. Ada dənizçi zabit olan Makar Ratnanovun şərəfinə adlandırılmışdır.

Şərqinndə yerləşən (7 km²) Kruzenştern adası (ing. Little Diomede — «Kiçik Diomid», Eskimosca «İnqalık» — «Əks tərəfdə». Amerikaya məxsusdur.

Arxipelaqın 4160 metr ərazisindən Rusiya ABŞ sərhədi keçir. Adalar arasında 4 km uzaqlıq olsa da, müəyyən edilmiş vaxt dilimlərinə görə iki ada arasında 21 saat vaxt fərqi var. Buna görə də bəzən bu iki adanı Sabah adası və Dünən adası adlandırırlar.[1]

Arxipelaqın cənub-şərqində Feruey (ing. Fairway Rock) adacıqları yerləşir. Onlar ABŞ-yə məxsusdur.

1989-ci ildə ABŞ SSRİ arasında sərhəd anlaşması izmalandıqdan sonra arxipelaqın əhalisi bir-biri ilə sərbəst gəliş-gediş əlaqəsi qura biləcəklərini təstiqlənir. Hazırda isə ruslar öz tərəflərindəki əhalini materikə köçürmüş və burada hərbi hissə qurmuşlar. Kruzenştern adasında 2011-ci ilə olan məlumata görə 135 nəfər yaşayır. Burada Diomid qəsəbəsi vardır ki, orada mağaza, məktəb və poçt fəaliyyət göstərir.

Arxipelaqa mənsub olan adalardan biri 1728-ci ildə Vitus Berinq tərəfindən Müqəddəs Diomid günündə aşkarlanmışdır. Adalar ilk dəfə xəritəyə 1732-ci ildə salınıb[2]. Adaların hazırkı adlarını 1815-ci ildə Otto Kosebu vermişdir. 1867-ci ildı Alyaska Amerikaya satıldıqdan sonra buradan iki ölkə arasında sərhəd keçir.

5 noyabr 1933-cü ildə Çelyuskin gəmisi Berinq boğazında buzlar arasında sıxılıb qalmışdır. Sonra isə Diomid adaları ətrafı ilə dreyf etmişdir.

  1. "Two of the world`s largest countries, Russia and the United States, at their closest points are separated by 2.4 miles, but are 21 hours apart! Find out how ... | ePaper | DAWN.COM". epaper.dawn.com (ingilis). 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  2. "Карта новых открытий в Восточном океане". World Digital Library. 2013-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2013.