Diesel
Diesel S.p.A. | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ASC |
Sənaye | geyim, aksessuar |
Məhsulları | geyim |
Təsis tarixi | 1978 |
Baş qərargahın yeri | İtaliya: Molvena (Veneto) |
Struktur | |
İşçi sayı | 2200 adam (2009-cu il) |
Rəhbərlik | |
Təsisçilər |
Rentso Rosso Adriano Qoldşmid |
www.diesel.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Diesel – italyan dizayn və həmçinin brend geyim və aksessuar firması. Şirkət 1978-ci ildə Molvenada Rentso Rosso və dostu Adriano Qoldşmid tərəfindən yaradılmış və təsis edilmişdi. Diesel Only the Brave adlı holdinqinə daxildir. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir.
Tarix
[redaktə | mənbəni redaktə et]1978-ci ildə Rentso Rosso AG Jeansdən olan və onun keçmiş müdiri Adriano Qoldşmid (Adriano Goldschmied) birgə yeni kompaniya yaratmağa qərar verdilər, bu indiki Diesel firmasının başlanğıcı idi.
Fəaliyyət
[redaktə | mənbəni redaktə et]Diesel markası altında geyim, ətir və bir çox digər parfüm növləri, ayaqqabı, alt paltarları, aksessuarlar buraxılır. Hətta bir zaman avtomobil Fiat 500 və motosikl Ducati buraxılmışdı. Kompaniya özü istehsal ilə məşğul deyil; digər fabrikalarda sifarış edirdi. Həm də 2012-ci ilə verilmiş statistik göstəricilərə görə, firma istehsalının 40% italyan, 60% isə digər xarici fabrikalarda buraxılmışdı. Kompaniyanın ən iri mağazası Milan şəhərindədir.
Firmanın dünyanın Avropa, Asiya, Şimali Amerikanın ümumilikdə 18 ölkələrində yerləşən filiallarında 2200 işçisi işləyir. Onun məhsulları 5000 pərakəndə mağazalarda satılır və bu mağazalardan 300-ü firma mağazalarıdır.
Kompaniyanın gəliri əsasən böyüklər üçün mallarla əldə edilir, amma həmçinin əhəmiyyətli gəlir Diesel Kid uşaq geyimləri liniya markası da gətirir.
Parfüm
[redaktə | mənbəni redaktə et]Aşağıda Diesel firmasına məxsus ətir siyahısı gismən verilmişdi:
- 2003 — Zero Plus Feminine (qadınlar üçün)
- 2003 — Zero Plus Masculine (kişilər üçün)
- 2004 — PLUS PLUS Feminine (qadınlar üçün)
- 2004 — PLUS PLUS Masculine (kişilər üçün)
- 2007 — Fuel for Life men (kişilər üçün)
- 2007 — Fuel for Life women (qadınlar üçün)
- 2008 — Fuel for Life men COLOGNE (kişilər üçün)
- 2008 — Fuel for Life women COLOGNE (qadınlar üçün)
- 2008 — Fuel for Life Unlimited (qadınlar üçün)
- 2009 — Only the Brave (kişilər üçün)
- 2011 — Loverdose (qadınlar üçün)
Mağazaların yerləşməsi
[redaktə | mənbəni redaktə et]Ölkələr | mağaza sayları |
---|---|
İtaliya | 67 |
ABŞ | 56 |
Böyük Britaniya | 37 |
Çin | 31 |
Fransa | 29 |
İsrail — Cənubi Koreya | 22 |
İspaniya | 21 |
Kolumbiya | 17 |
Hindistan | 14 |
Almaniya | 20 |
Türkiyə | 12 |
Meksika — Yunanıstan | 9 |
Niderland — Səudiyyə Ərəbistanı — İsveçrə — Tayvan | 8 |
Honq Konq — CAR — Venesuela | 8 |
Avstraliya — Filippin — Portuqaliya | 6 |
Belçika — Braziliya — Danimarka — Polşa | 5 |
Avstriya — Kanada — Xorvatiya — Panama — İsveç — Tayland | 4 |
Çili — Malta — Sinqapur | 3 |
Argentina — Bəhreyn — Dominikan Respublikası — Ekvador — İran — Küveyt — Makau — Mavrikiy — Marokko — Norveç — Rusiya — Serbiya | 2 |
Aruba — Azərbaycan — Kosta Rika — Çexiya — Finlandiya — Qvatemala — İordaniya — Livan — Misir — Paraqvay — Qətər — Rumıniya | 1 |
Azərbaycanda yerləşmə: Ü. Hacıbəyov küç., 27 Baku, Bakı AZ1010 Tel: (99412) 4935741
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Tel-Əvivdəki (İsrail) Diesel mağazası
-
Diesel cinsləri
-
Şirkətin kreativ rəhbəri
-
Berlində "Dieselwall"
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- store.diesel.com Rəsmi online satış saytı
- www.dieselumusic.com Diesel:U:Music
- press.adidas.com Arxivləşdirilib 2010-04-13 at the Wayback Machine Adidas press site
- www.psfk.com PSFK
- Rəsmi sayt
- Store Online Ufficiale
- Sito 500 Design By Diesel