Didye Lokvud
Didye Lokvud | |
---|---|
fr. Didier Lockwood[1] | |
Ümumi məlumatlar | |
Doğum adı | Didier André Paul Lockwood[5] |
Ləqəbləri | Didier Lecoude[6], Stöth Malawëlëkaahm[7] |
Doğum tarixi | 11 fevral 1956[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 fevral 2018[4][3][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, skripkaçı, cazmen, film bəstəkarı |
Fəaliyyət illəri | 1975–2018 |
Janrlar | caz, proqressiv rok |
Musiqi aləti | skripka[1][9] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Didye Lokvud (11 fevral 1956[2][3][…], Kale[2][5] – 18 fevral 2018[4][3][…], Parisin 18-ci dairəsi[d][5]) — cazmen
Həyatı
[redaktə | mənbəni redaktə et]Didye Lokvudu dünyanın ən yaxşı caz skripkaçılarından biri, əfsanəvi Stefani Qrappellinin mənəvi oğlu və varisi, Fransız cazının ən yüksək beynəlxalq səviyyədə parlamasına imkan yaratmış unikal səslənməni icad edən sənətçi adlandırırlar.
O, bir neçə "qızıl" kompakt disk yazdırmış, Kelt musiqisinin ən yaxşı ifaçılarından biri, müxtəlif Şərq musiqi mədəniyyətlərinin bilicisi, Avropada, Paris yaxınlığında ən məhşhur caz kolleclərindən birinin — bütün dünyanın peşəkar musiqiçilərinin mürəkkəb improvizə sənətində öz ustalığını artırmalarına imkan verən unikal məktəbin banisidir.
Atası skripka sinfinin professoru, qardaşı caz pianoçusu olan Lokvud bu insanların birincisindən çalğı alətinə hədsiz marağı, ikincisindən isə incə zövqlü improvizasiyaya məhəbbəti mənimsəmişdir. Didye Lokvud musiqidə o vaxta qədər misli görünməmiş bir cərəyan yaratmışdır. Elektrik musiqisi böyük marağa səbəb olmuş və ən yüksək keyfiyyət etalonu olan skripkanın sayəsində böyük uğur qazanmışdır.
Didye 16 yaşında ikən Kalais Milli Konservatoriyasının birinci mükafatına layiq görülür. Bu hadisə onun sənət karyerasının başlanğıcında bir növ tramplin oldu. Sonrakı 10 ilə yaxın müddətdə Lokvud ifaçılıq fəaliyyətinin müxtəlif növlərini səylə mənimsəmiş, simli alətlər triosundan başlamış soloya qədər, kvartetlərdən tutmuş D.L.G. sintez qrupuna qədər müxtəlif variantlarda öz istedadını nümayiş etdirmişdir.
Dünya cazının bibliyası sayılan "Daun Bit"də üç ulduz qazanmış, ilk "musiqi Viktoriyası"nın sahibi olmuş Didye həm cazda, həm də klassik musiqidə özünü çox sərbəst hiss edir. O, öz ifasında spontallıqla texniki kamilliyi eyni dərəcədə asan və lirik şəkildə əlaqələndirə bilir.
1993–1994-cü illərdə Lokvud öz yaradıcılıq fəaliyyətinin 20 illiyi münasibətilə ən prestijli beynəlxalq festivallara dəvətləri qəbul etmiş, bütün dünyada yüzlərlə konsert vermişdi.
1996-cı ildə müəllif və ifaçı kimi debüt etmiş Didye əvvəlcə Jan-Klod Kasadenin idarə etdiyi Lilli Milli orkestri ilə, sonra isə Kann orkestri ilə birlikdə elektro-akustik skripka və simfonik orkestr üçün üç hissəli "Seagulls" adlı birinci konsertini ifa etmişdir. Bu, əsl zəfər yürüşü idi!
1999-cu ildə Lokvud Bastil-operada "Kosmik sərnişinin gündəliyi-2" librettosu əsasında caz operası yazmış, sonra Fransada uğurlu səfərləri başlanmışdır. Elə həmin il Didye Lokvud "Sənət zabiti" rütbəsinə və Mədəniyyət Nazirliyinin ordeninə layiq görülmüşdür.
2001-ci ildə Fransanın baş nazir Lionel Jospen Didye Lokvudun "Gələcəyin hədiyyəsi" adlı yeni əsərini yaratmaq üçün ona "kart blanş" təqdim etmişdir. Bu əsərin premyerası Matinyon sarayında 20 cazmenin və Fransa milli orkestrinin ifasında səslənmişdir.
Qalleriya
[redaktə | mənbəni redaktə et]-
Didier Lockwood in concert (1992)
-
Didier Lockwood in concert, International Jazz Festival Prague, Lucerna Hall, 1984
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.lemonde.fr/disparitions/article/2018/02/19/mort-du-violoniste-et-compositeur-didier-lockwood_5259066_3382.html.
- ↑ 1 2 3 4 https://www.ouest-france.fr/culture/musiques/le-jazzman-francais-didier-lockwood-est-mort-5573968.
- ↑ 1 2 3 4 Didier Lockwood // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 https://france3-regions.francetvinfo.fr/hauts-de-france/pas-calais/calais/didier-lockwood-violoniste-jazz-calaisien-est-decede-1426223.html.
- ↑ 1 2 3 4 5 Fichier des personnes décédées.
- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Studio Zünd: 40 Ans d'Evolution. Fransa: 2009. 5000 nüs.
- ↑ https://france3-regions.francetvinfo.fr/hauts-de-france/pas-calais/calais/funerailles-du-musicien-calaisien-didier-lockwood-ont-ete-celebrees-paris-1429353.html.
- ↑ Montreux Jazz Festival Database.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Official website Arxivləşdirilib 2018-10-19 at the Wayback Machine
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 11 fevralda doğulanlar
- 1956-cı ildə doğulanlar
- 18 fevralda vəfat edənlər
- 2018-ci ildə vəfat edənlər
- 62 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Monparnas qəbiristanlığında dəfn olunanlar
- Fəxri Legion ordeninin kavalerləri
- Əlifba sırasına görə musiqiçilər
- Musiqiçi qaralamaları
- Cazmenlər
- Fransız bəstəkarlar
- Fransa musiqiçiləri