Devid Lloyd Corc
Deyvid Lloyd Corc | |
---|---|
David Lloyd George | |
| |
6 dekabr 1916 – 19 oktyabr 1922 | |
Əvvəlki | Herbert Henri Askvit |
Sonrakı | Endryu Bonar Lou |
Şəxsi məlumatlar | |
Doğum adı | David Lloyd George |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Tŷ Newydd, Llanystumdwy, Caernarfonshire, Uels, Böyük Britaniya |
Vəfat səbəbi | beyin şişi |
Vətəndaşlığı | Britaniya |
Partiya | Liberal (1890–1916) və (1924–1945) Milli Liberal (1916–1924) |
Fəaliyyəti | siyasətçi, diplomat, Solisitor, dövlət qulluqçusu, yazıçı |
Uşağı | 5 |
Dini | Baptizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Devid Lloyd Corc (ing. David Lloyd George; 17 yanvar 1863[2][3][…], Mançester, Lankaşir[1] – 26 mart 1945[1][2][…]) – britaniyalı siyasətçi, 1916-1922 illərdə baş nazir. 1945-ci ildə ölümündən qısa bir müddət əvvət Dvifor qrafı rütbəsi verildi.
Liberal Partiyasından seçilən sonuncu baş nazirdir. Birinci dünya müharibəsi ərzində ölkəsini idarə etdi, müharibədən sonra Avropanın yenidən dirçəlməsində baş rol oynadı. Osmanlı İmperiyasını parçalama siyasətini dəstəklədi, İstiqlaliyyət Müharibəsi boyunca İngilis hökumətini idarə etdi. Türkiyə Cümhuriyyətinin qurulmasına səbəb olan türklərə qarşı açılmış müharibənin baş memarı oldu.
Gənclik illəri
[redaktə | mənbəni redaktə et]1863-cü ildə Mançesterə bağlı Korlton-on-Medlokda doğulan Lloyd Corc, fəhlə ailəsindən olan ilk ve əslən Uelsdən olan yeganə Böyük Britaniya baş naziridir.
Hüququ bitirdi. 1885-ci il seçkilərində Austen Çamberlainın islahat programından təsirlənərək Liberal Partiyaya qatıldı. İrlandiyanın muxtariyyəti (Home Rule) üçün mübarizə aparan baş nazir William E. Gladstoneun təqibçisi oldu. Uels üçün oxşar bir muxtariyyət programı təşkil etməyə çalışdı. 1890-cı ildə parlamentə girdi. Parlamentdə xüsusilə Anqlikan Kilsəsinin rəsmi statusuna ve Bor Müharibəsinə qarşı çıxışları ilə tanındı.
1905-ci ildə Nazirlər Kabinetinə daxil oldu. 1908-ci ildə maliyə naziri oldu. İngiltərədə sosial təhlükəsizlik sisteminin qurulmasında baş rol oynadı. İşçi hüquqlarını müdafiə etdi. Lordlar Palatasının ayrı-seçliliklərinə qarşı mübarizə apararaq aristokratiyasın ingilis siyasətindəki ağırlığının azaldılmasını təmin etdi.
Baş Nazirliyi
[redaktə | mənbəni redaktə et]Baş Nazir Asquith liderliyindəki Liberal Partiya 1916-cı ildə bölündükdən sonra, Lloyd Corc partiyanın bir qanadı ilə birlikdə ayrılaraq Muhafizəkar Partiyanın dəstəklədiyi bir koalosiya hökuməti qurdu. 6 dekabr 1916-cı ildə baş nazir oldu. Birinci dünya müharibəsinin son iki ilində, beş nəfərlik "Savaş Kabineti" ilə ingilislərin müharibə siyasətini idarə etdi.
Müharibədən sonra toplanan Paris Sülh Konfransı Lloyd Corcun karierasının zirvəsi idi. Parisdə qaldığı beş ay ərzində Fransa baş naziri Clemenceau və ABŞ baş naziri Vilson üzərində üstünlüyə sahib oldu. Müharibədən sonra başda Almaniya və Osmanlı İmperiyası olmaqla, yeni qurulacaq dünya nizamını müəyyən etməkdə mühüm rol oynadı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Ллойд Джордж Дэвид // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Blake R. N. W., Blake B. David Lloyd George // Encyclopædia Britannica (ing.).